Ağdü lətifələri 2
Naxıs
danışandı
Dayım oğlu Bahadırın toyu idi. Kənddə adət belə idi: “Gəlin gələndən sonra toybaşı adamları süfrəyə dəvət edərdi.
Amma bir məsələni də vacib bilirdi:
—İçənlər bu tərəfdə, içməyənlər o tərəfdə əyləşsinlər- deyərdi.
—Kəndin iki ağzı dualı bəndəsi Mürüd kişi, Mehman kişi keçib otaqda
oturdular.
Bu heynidə Xudum əmi əlində də bir uzun əl ağacı böyürdən çıxdı.
—Yaxşı vaxt gəldin,
qaynanan səni çox istəyir, keç otağa ağsaqqallar da oradadır-dedim.
Xudum əmi adəti üzrə bir çırt atdı:
—Kimdi ə,
onlar?
—Mehman kişi ilə Müdrük kişi.
—Ə, qoy getsinlər işlərinə, onların ikisi də naxış danışardı.
Mən güldüm və ona başqa yeri göstərdim.
Məni də yasdan çıxardın
İzzət həkimin əziz qardaşı İsmayıl dünyasını dəyişir.
Onun dostlarından iki nəfər (Nərçə və Zaman) yaxşı vururlar, gedirlər yas yerinə. İzzət bicin kəlləsi olur, onlarla danışanda içmələrini hiss edir. Dostlarını başdan ayağa
süzür və can yanğısı ilə deyir:
—Ay bişərəflər, məni də yasdan çıxartsaydınız, olmazdı?
Bədnəzər
Şaxvəli və Eyvaz tanınmış, sınaqdan
çıxmış bədnəzərlər idi. Onlar
Sərgəndər təpəsində qoşa oturub gəlib-gedənlərə nəzər salırdılar. Bu
zaman yelini südlə dolu Mərcan inək gəlib keçirdi. Şaxvəli əlini dizinə vurub dedi:
—Pa
atona inəkdə yelinə bax e!
Onun
gözü atəş-tutaş
idi. Mərcan əlbəəl uzanır yerə. Eyvaz
üzünü Şaxvəliyə çevirir:
—Dədənin evi yıxılsın
sənin
gözün atəş-tutaşdı
ki.
Elə o dəqiqə Şaxvəlinin gözləri sulanır və qıpqırmızı olur.
Bəli, Allah
bizi bədnəzərdən qorusun.
Riyaziyyat dərsi
Binnət müəllim riyaziyyat
dərsini
keçirdi. Mövzu
kəsrin
toplanması idi. Bu
vaxt nazirliyin nümayəndəsi icazə alıb sinfə daxil olur. Binnət müəllim:
—Hə, uşaqlar, kəsiri toplamaq üçün
surəti
surət, məxrəci məxrəcin üstünə gəlmək lazımdır.
Tənəffüsdə gələn nümayəndə Binnət müəllimə irad tutur. İkinci
dərs
yenə
həmin
sinifdə
həndəsənin yerinə cəbr keçir:
—Hə, uşaqlar, bayaq
izah etdiyim düz olmayıb. Yuxarıdan
göstəriş
var, kəsri toplayanda
ortaq məxrəc tapmaq lazımdır...
Bu məni hardan tanıyır?..
Bir dəfə Səfər gəlir qatar ayağına, bilet
alıb minir qatara. Bir-iki
stansiya gedəndən sonra bilet və sənəd yoxlayan özünü
Səfər oturan vaqona
çatdırır.
Səfər pasportunu verir
sənəd yoxlayana. O
da uca səslə:
—Bəhlulov Səfər Qulam oğlu.
Səfər əyilib yoldaşının
qulağına pıçıldayır ki, sənin köhnədən savadın var, bu, məni hardan tanıyır?
Sonra
da əlavə edir:
—Sən öləsən kənddə əmimgildə olub e, məni orda görüb.
Cibi də ürəyi kimi təmiz
Bir dəfə qatarla uzaq səfərə çıxmış Binnət Bayramov kupedə təkcə oturub qatarın
yola düşməsini
gözləyirmiş. Birdən bir nəfər içəri daxil olur, çamadanı
açır, pijama
geyinir və
Binnətə salam verir. Sonra
yenə
iki nəfər gəlir. Bunlar
bir-birini tanıyan adam olur. Qatar yola düşür, onlar
dərhal
yaxşı stol açır və yemək-içməyə başlayırlar. Bir
sağlıq, iki
sağlıq deyiləndən sonra onlardan biri deyir:
—Gəlin tanış olaq. Mən Filankəsov Filənkəs yem anbarının
müdriyəm.
O
biri yoldaş Binnətə əl uzadır.
—Mən Üstüaçıq şəhərin milis rəisiyəm.
Üçüncü:
Mənə pullu Kəlfirəliş deyərlər. Gündüşməz rayonunun pambıq
məntəqəsinin müdriyəm.
Binnət də ayağa qalxıb deyir:
—Cibi
də
ürəyi
kimi təmiz
Binnət
müəllim.
Namuslu keçi
Ağdü kəndində bu söhbət çox dəbdə idi. Uşağın
çoxdusa keçi saxla, ağartısı
bol olsun. Salamatın
da uşağı çox idi. (Hümbətə Salamat deyirdilər) Arvadı
Salamata yalvarır ki, a
kişi, get
bazardan bir sağmal keçi al, uşaqlar
südünü hortdartsın.
Salamar
bazara çatanda Qüdrət Tərxan keçini tərifləyirdi. «Çox namuslu
keçidi, hər axşam evə gəlir, düzdü
südsüzdü, amma
namusludu» Salamat
keçini alır gətiri evə. Arvadı
sağır görür ki, südü
yoxdu. A
kişi, bu
südsüz keçini neynirdin?-deyə soruşur.
—Arvad, Qüdrət dedi ki, çox
namuslu keçidi, axşam
yiyəsini
ələtaş eləmir. Beləsi yaxşıdır.
Ulağa zoru çatmır
Yay qurtarıb getmişdi, payız
özünü yetirmişdi. Otun-ələfin yığılıb taya
qurulan vaxtı idi. Əl-qan eləmək, gecəni gündüzə qatmaq lazım idi. Axşam
şər
qarışanda Məmməd müəllim iki ulaq
götürür özünü çatdırır qonşu kolxozun kövşənində tığlanmış arpa-küləşə. Hər ulağa 10 bağ
yükləyir, düşür
yolun ağına. Ulaqlar
dalbadal gedir, Məmməd müəllim də yabanı boynunun
dalına qoyub qollarına aşırıb yavaş-yavaş hərdən «atoş» deyə-deyə gedirdi. Birdən gördü ki, ulağın
biri yükün altında yatıb. O, arxadan, qabaqdan
hayladı, küylədi, yaba
ilə
yükün altına dürtmə vurdu bir murad hasil olmadı yabanı qoydu yerə əl atdı ki, ulağı
quyruqlayıb qalxmasına kömək etsin. Nə görsə yaxşıdır. Örkən qırılıb yük
palan qarışıq düşüb qalıb, ulaq
lütüryan çıxıb gedib. Məmməd öz-özünə deyinməyə başlayır:
—Vallah
yaxşı deyiblər, eşşəyə zoru çatmır, palanı
toqqaşdayır.
Səbət
Sabir ot-küləş oğurlamaqda çox
pərgar
idi. İşinə əngəl törədən qonşusu Həmid oğlu Sədirxanın «Bozdar»adlı
iti idi. O, bir-iki
kərə duyuq eləmişdi ki, axşam
iti açmayın, gəlir bizim qapıda
sülənir. Lakin
qonşu onun dediklərinə əhəmiyyət vermir, günü
qulağı batmamış «Bozdar»ı açıb buraxırdı.
Sabir
bu axşam Kolxozun ot tayasından mütləq ot götürməli idi. Amma
«Bozdar»ın hürməsi qarolçunu oyaq saxlayırdı, yatmağa
qoymurdu. Sabir
hirslənir, saman
səbətini keçirir başına
oturur aşağı başlayır addımlamağa. İt qorxudan Sədirxanı qoyur
keçir. Hamı
qorxudan itli-pişikli dolurlar dama. Sabir gedir yükünü
tutur qayıdır. Səhər Heyvagül arvad
Sabirin anası Güllüyə deyir:
—Az, bu
gecə
oxlu kirpi bizim itin üstünə sonra da özümüzə hücuma keçmişdi. Səhərə qədər evdən çölə çıxa bilməmişik.
Sabir
də
bu sözləri
eşidəndə gülməkdən uğunur və deyir:
—Köpək oğlunun səbətində vahiməyə bax e.
Diş həkimi
Sizə kimdən deyim, nədən deyim, hardan
deyim, ordan
deyim. Cümə axşamı günlərin bir günündə, gecənin qarımış vaxtı
ağıl dişimin ağlı azaldı, başladı
ağrımağa. Papiros
tüstüsü verdim ağrısı kəsmədi, altında
üzərlik
yandırdım olmadı, bir
dujin analgini dalbadal atdım dincəlmədim, üstünə sarımsaq əzdim qoydum daha
da bərk
ağrıdı. Sızıltıma
arvad şirin yuxudan ayıldı, mənə tərəf tərs-tərs baxıb, acıqlı-acıqlı:
—Sən də qoymazsan bir
tikə
gözümün acısını alam-deyib yönünü o tərəfə çevirdi, başını
bülədi. Arvadın
bu hərəkəti mənə pis təsir elədi. Ə, neyləyim, neyləməyim, dərdimi kimə deyim? Sazı
köynəkdən çıxartdım, «Qəhrəmanı» havası üstündə köklədim, başladım
dişimə
yalvarmağa
Gəl qızılın baha vaxtı,
Ağrıma dişim ağrıma.
Dirənmə ki, daha
vaxtıdı,
Ağrıma dişim ağrıma
Şuluqdu işim ağrıma.
Ağrıma dişim ağrıma
Ağrıyardın gündüz barı,
Başlamısan gecə yarı.
De, oyadım necə yarı?
Ağrıma dişim ağrıma
Şuluqdu işim ağrıma.
İndi evdən necə çıxım,
Haram oldu şirin yuxum,
Hara gedim, kimə baxım.
Ağrıma dişim ağrıma
Şuluqdu işim ağrıma.
Sənin mənə vəfan hanı,
Düşməni seç dostu tanı,
Sən Əvəzin çürük canı
Ağrıma dişim ağrıma
Şuluqdu işim ağrıma.
Nə başınızı ağrıdım, dan
yerinə
səda
düşənə qədər ləbbey dedim. Üzünüzə səhər xeyrə açılsın. Səhər açıldı. Durdum
başı alovlu qaçdım diş həkiminə. Başladım
kabinetləri
axtarmağa. Ə, gördüm
pəzəvəngin biri oturub
burda. Başımı
içəri
uzadıb dedim:
—Ürəyin qadama, bura
diş doxtorudu?
Dedi:—Yox!Bura
diş poliklinkasıdır.
Dedim: Nə yaxşı düz gəlmişəm, elə mən də oranı gəzirəm. Dədələrin goruna qurban
olum, yaxşı
deyiblər, axtaran
tapar.
Dedim: Həkimbaşı, ürəyin qadama, sən elə oracığazı tap
ver mənə sonrası ilə işin olmasın.
Həkimbaşı məni başdan ayağa
süzdü, sonra
könülsüz soruşdu:
—Bir
de görək
noluf? Nə hay-küy salmısan?
—Nolasıdı, dərdim sənə! Gecə yarıdan ağıl dişimin
ağlı başından çıxıb ağrıyır. Bir
ünüm yerdədi, bir
ünüm göydə. Mən çəkəni heç it də çəkməz. Həkimbaşı bir az
da qımışdı, dedi:
—Axtardığın
yer elə
buradı, düz
gəlmisən keç əyləş!
Keçdim
oturdum. Gördüm
ə, doxtur
sınıq-salxaq bir diş yonan maşını saldı xoda. Düz üzümə baxdı.
—Ağzını
geniş aç görüm!
Ağzımı
açan kimi diş yonanı ilişdirdi dişimə. Ə, maşın
işlədikcə gördüm üstümə un tökülür. Üstüm-başım
oldu dümağ un. Həkimbaşı dişyonan
maşını bir balaca əyləndirdi:
—Ağzını
yaxşı-yaxşı yaxala.
Ağzımı
balaca yaxaladım. O, yenə maşını xoddadı
bir də
girişdi dişimə. Ə, bu
dəfə gördüm dilim
yaman sancdı. Ağzım
qızıl qana boyandı. Həkim üzünü köməkçisinə tutdu:
—Azz, ordan
bir az yağlıqara düzəlt gətir, xəstənin dişini almaz
bir az qişdədi.
Köməkçi də eləmədi tənbəllik pol əskisindən bir az cırdı, xəkandazın içində yandırdı, gətirdi. Ə, burda
məni
qəhər tutdu:
—Həkimbaşı, dilimi
çox kəsmisən?
O, mənə elə baxdı ki, az
qala bağrım yarılsın:
—Noluf
ey! Dildi
də! Ağız
yarası tez sağalır. Həm də bir neçə gün rahat olacaqsan, dinib
danışmayacaqsan. Sonra
da xeyrin o olacaq ki, yeməyi az yeyəcəksən. Ə, bu
belə
deyəndə elə bil başıma bir
qazan qaynar su tökdülər. Gördüm işin orası
deyil, başladım
yavıncamağa:
Yalvarıram, həkimbaşı
Mən yazığı lal
eyləmə
Olmaginən işdə naşı,
Mən yazığı lal
eyləmə
Dil ürəyin vəkilidir,
Gözlər mənə dikilidir.
Çox işlərim tökülüdür,
Mən yazığı lal
eyləmə
Görünməyib bu iş hələ,
Ağzımda qan dönüb selə.
Əvəz deyir, bilə-bilə,
Mən yazığı lal
eyləmə.
Bu sözdən sonra həkimbaşı yağlıqarını
basdı yaranın üstünə qanı kiritdi. Diş kəlpətinini
götürüb, saldı
ağıl dişimə. Di
bir diş, on
diş 32 diş. Ağıl
dişimdən
başladı, ağılsız
dişimdə
nöqtə
qoydu. Qada-bala
sizdən
uzaq olsun. O
vaxtdan ta bu çağacan bir dişim ağrımır. Amma bir töhmət qalıb boynumda. Bir
az ötkün danışanda deyirlər:
—Gərək sənin dilini o həkim lap dibindən kəsərdi.
Bax eləsən ki, vermirəm e!
Bir gün camaatın gur yerində Çoban Balay kişi yenə xod verir dilinə:
--Böyük oğlum Garaya bu qədər, ortancıl oğlum Sadaya fılan qədər, kiçik oğlum Köçəriyə isə hamısından çox ata payı vermişəm.
Sən demə Köçəri da adamaların arasındaymış. O, qabağa çıxıb deyir:
--Dədə, mənə nə vaxt ata payı vermisən?
Balay ona tərəf tərs-tərs baxır və aramla deyir:
--Bax, eləsən ki, vermirəm, e!
Yaxşı pobedadı
Moskviç maşınının təzə çıxdığı vaxt Turab kişi bir Moskviç alıb gətirir kəndə. Xudum onlara gəlir. Soruşur:
--Bu nə maşındı ə?
--Moskviç
--Mos-kviç. Toylara sürəsən yaxşı pobedadı.
Kötüyün əhvalatları
Bir dəfə bir toyda Kötük «sapı çıxana» qədər vurur, olur lül-qənbər. Onu uzadırlar «nasılkaya» aparırlar. Bu vaxt bir nəfər səkkiz yaza-yaza gedirmiş. Kötük üz-gözünü turşudur və deyir:
—A
bala, içə bilmirsən, içmə də! Ayıb
olsun! Gör
özün necə
biabır edir e?
Mənim yolum cəhənnəmə düşməyəcək
Bir dəfə Kötük bərk xəstələnir,
hamı deyir: «gedəsidir» Bu əhvalatı eşidən Ağlıkəm axşam çağı əlində bir zərf gəlir Kötükgilə və xoş beşdən sonra deyir:
—Qadan alım, Kötük qağa, bu məktubu hələhəlbət çatdır atama.
Kötük ciddiləşir və deyir:
—İncimə, mən apara bilmərəm.
—Niyə?
—Ona görə ki,
mənim yolum cəhənnəmdən düşməyəcək.
Üzüm
yarpağı
Bir gün Kötük Ağlıkəmi göndərir dükana bir
şüşə
konyak alsın. Ağlıkəm konyakı alıb
gətirir. Kötük
vacib iş üçün 5-10 dəqiqəyə başqa yerdə olur. Ağlıkəmin səbri çatmır, Kötük
gələnə qədər konyakı açır, bir
rumka içir, əvəzinə dəmli çay əlavə edir.
Bir azdan Kötük
gəlri. Sən demə çörək də almaq lazım olur. O, Ağlıkəmi göndərir çörək almağa. Ağlıkəm qayıdana qədər Kötük də konyakdan bir
stəkan
tökür, içir. Çay əlavə edib butulkanı
qoyur stolun üstünə. Ağlıkəm gəlir, məclis qurulur, keflər durulur, sağlıqlar
deyilir. Növbəti rumkada Kötük
görür ki, konyakın
içində
yarpaq var. O, üzünü
Ağlıkəmə tutur:
—Ağlıkəm, bu
nə
olar?
Ağlıkəm tez cavab verir:
—Ə, konyakı üzümdən çəkmirlər, üzüm
yarpağıdır, dana!
Nigaran getmərəm.
Bir gün Nərçə Ağayev bərk xəstələnir. Həyat yoldaşı onun
belinə
yaxşı küpə
salır, ovur, tərlədir. O
da babatlaşır. Soyuqlu
gün olduğuna görə Nurxanım Nərçənin isti yun
koftasını keçiribmiş əyninə. Nərçə bunu görür və Nurxanımı çağırıb
deyir:
--Nurxanım, bundan
sonra ölsəm
də dərdim olmaz.
Nurxanım da elə başa düşür ki, onu
küpələdiyi, ovduğu
və
tərlətdiyi üçün belə dil-ağız edir. Lakin
Nərçə ayrı məsələyə işarə edirmiş:
—Bildim
ki, mən öləndən sonra mənim soyxamı
geyinən
var, çox
şükür, ta
nigaran getmərəm.
Durun, dur, Alı
Bir dəfə 8 nəfər oğru Kötüyün
evini qarət
etmək
istəyiblər. Onlar
evə
dolanda Kötük onların 8 nəfər olduğunu bilir. Daha
doğrusu oğruları sayır. Özünü
itirmədən ağılla hərəkət edir.O, oğruları
eşidən
tərzdə çağırır.
Durun,
dur, Alı,
Əmiralı, Piralı.
Oğru səkkiz, biz doqquz
«Biz
doqquz» sözünü
eşidən
kimi oğrular əkilir. Xata Kötükdən sovuşur.
Tramvay gözləyirəm
Bir gün qonşu qadın Kötüyü çağırıb
deyir:
—Ay Kötük qardaş, bizim bu dolab (şfaner) məni bezdirib. Elə ki,
burdan tramvay keçir, dolabın qapısı öz-özünə açılır. Kötük qardaş,sənin köhnədən savadın var, bəlkə bunun dərdinə çarə edəsən.
Kötük dolabı başdan ayağa, ayaqdan başa süzür heç bir
nöqsan tapa bilmir. Sonra üzünü qonşu qadına
tutub deyir:
—A qonşu, bunun dərdini belə bilmək çətindir. Yaxşısı budur oturum dolabın içində tramvay keçəndə görüm qapı nədən açılır.
Bəli, Kötük keçir oturur dolabın içində. Bir azdan evin kişisi gəlir, plaşını soyunur və dolabdan asmaq istəyir. Qapını açanda görür ki, Kötük oturub. Kötük onu görən kimi:—ört-ört, tramvay gözləyirəm-deyir.
Tövbə etməmişəm
Kötük ziyarətdən qayıdandan sonra yenə əvvəlki kimi «ley-peyi» davam etdirir. Yaxın dostlarından biri:
--Hacı, bəs sən həcc ziyarətindən sonra yenə… Eyib deyil!
--Mən orda bu məsələ üçün tövbə etməmişəm, ona görə də bu əməllər günah sayılmır.
Mən gedəsi olmadım
Kötük dostu Hulbaxanla həcc ziyarətinə getmək arzusuna düşürlər. Elə olur ki, Kötük gedir, Hulbaxan qalır. Kötük ziyarətdən qayıdandan sonra Hulbaxan soruşur:
--Hacı, ziyarətdən gələndən sonra nəyi etmək olar, nəyi etmək olmaz?
Hacı əlini saqqalına çəkib deyir:
--Yalan danışmaq, haram yemək, sağır malına kəm baxmaq, şərab içmək, zina etmək olmaz. Bu əməlin sahibləri cəhənnəm odunda yanacaqlar.
Hulbaxan gözünü süzdürə-süzdürə dedi:
--Mən gedəsi olmadım.
Xəstə artıq dünyasını
dəyişdi
Kötük imtahan götürürdü. Ağlıkəm imtahan biletini
çəkib
fikirləşmədən cavab verəcəyini dedi.
Kötük etiraz etmədi. Ağlıkəm xəstəyə bir xörək qaşığı dərmən verməyi Kötüyə bildirdi. Kötük heç bir söz demədi və tələbəni yola saldı. Aradan bir neçə dəqiqə keçmiş Ağlıkəm qapını təlaşla açdı və dedi:
—Cənab Kötük, cənab Kötük mən xəstəyə dərmanı çox vermişəm.
—Xəstə artıq dünyasını dəyişdi, bala!
Bir
kisə
un yemişəm?
Bir dəfə Kötük kənddən şəhərə gəlir, bir yeməkxanaya girir. Xörəkpaylayan Kötüyə istədiyi yeməkləri gətirir. Hesab çürütmə vaxtı xörəkpaylayan deyir:
—13 şirvan
Kötüyün gözləri çıxır kəlləsinə və təəccüblə:
—Sənin deməyindən belə çıxır ki, mən bir kisə un yemişəm?
Sən demə Kötük 13 şirvana bir kisə un alıbmış.
Ləzzət
Kötük gedir Moskvaya. Taksiyə oturur, maşının
pəncərəsini açır və meh vurduqca
xumarlanır və şellənib deyir:
—Ləzzət!
Sürücü xeyli fırlanır və nəhayət sərnişin ondan dayanmasını tələb edir. Sürücü maşını dayandırır
və Kötük ona min manat pul uzadır.
Sürücü ona tərs-tərs baxır və deyir:
—Sluşay,mən gedirəm qabağa, sən deyirsən «nazad».Bu qədər yol sürmüşəm,heç olmasa sayqaca yazılanı
ver.
Sən demə sürücü Kötüyün «ləzzət» deməyini «nazad» başa düşür.
Burdan milyon adam keçib.
Günlərin bir günündə Əhməd, Tatos və Georgi xırda xuliqanlıq üstündə 15 sutkalıq həbsxanaya düşürlər.
Georgi üçün yaxşı Kaxeti çaxırı gətirirlər. Məhbuslar dəmlənir.
Tatos üzünü Georgiya tutub deyir:
—Ara, qatso, gəl bir parad-parad oynayaq.
Georgi soruşur ki, o nə cür oyundur?
Tatos deyir ki, mən çıxım stolun üstünə sən də gəl mənim qarşımdan keç və uca səslə de: Yaşayan böyük erməni xalqı! Ura! Sonra sən çıxarsan stolun üstünə mən deyərəm.
Gürcü razılaşır. Erməni dediyi kimi addımlayır və deyir;
Yaşasın böyük erməni xalqı! Ura!
Tatos aşağı düşür, Georgi stolun üstünə çıxmaq istəyəndə Tatos deyir ki, ara,
parad qurtardı. Georgi soruşur ki, nə üçün?
Tatos izah edir ki, ara,
qatso, dünyada bir böyük xalq var, o da erməni xalqıdır, eli.
Georgi hirslənir,
Tatosun qulağının dibindən elə ilişdirir ki, Tatos dünyasını dəyişir.
Həbsxana rəisi haya gəlir və soruşur: Ə, bu erməni bədbəxti kim öldürdü? Georgi cavab verir ki, mən hardan bilim kim öldürdü?
Əhməd də demə Hacı dayının yerlisiymiş. Üzünü rəisə tutub deyir:
—Ə, dilu yeyim, gözun
için yeyim, səhərdən burdan milyon
adam keçirdi, ha
indi mən
hardan bilim ermənini kim murdar edib? Öl, ha!
Qoy növbədən kənar gəlsin
Kötüyün kabinetinin qarşısında xəstələr növbəyə dayanmışdı. Bir-bir müayinədən keçirdilər.
Birdən xəstələrdən biri içəri keçib dedi:
—Cənab həkim xəstənin biri huşunu itirib yıxılıb yerə.
Kötük xəstəlik tarixi yaza-yaza:
—Yaxşı qoy növbədən kənar gəlsin. Nizam-intizam yaratmaq mümkün deyil ha!
Qurutmamış olum.
Bir dəfə Kötük çaydı boğulan bir adam görür.Onu sudan çıxarır, gətirir evinə,
qurulayır yola salır.
Bir gün gecəyarı qapı döyülür, Kötük xəbər alır:
—Kimdi?
—Mənəm, qurutduğun kürd.
Kötük qapını açır, «qonaq»
gəlir, gecələyir, səhər gedir. Aradan bir neçə gün keçir, yenə gecə vaxtsız qapı döyülür. Kötük soruşur:
—Kimdi?
—Mənəm, qurutduğun kürd!
Kötük hirslənir,
qapını açıb deyir:
—Ə, kürd!
Qurutmuşam, qurutmamış olum, xoş getdin.
İrad
Bir dəfə Kötük işə bir az gec gəlir. Müdir
onu danlayıb deyir:
—Gecikmisən sənə irad tuturam.
Kötük bu sözdən sonra pərişan olur. Dostlarından biri ondan soruşur:
—Nə olub?
Dəryada gəmin batıb?
Kötük yan-yana:
—Müdir bu gün mənə «irad» tutdu. Məni qovacaq.
Dostu qəşş eləyib gülür:
—Ə, ləvənd, irad çox yüngül cəzadır. Ondan sonra töhmət var, şiddətli töhmət var.
Kötüyün eyni açılır bir də
gecikmir.
Tupoy
Bir
dəfə yol polisi Kötüyü
saxlayıb sənədlərini alır. Kötük
müdirin kabinetinə suçlu kimi daxil olur və əhvalatı danışır. Müdir
ona tərs-tərs baxır:
—Maşının sənədləri hanı?
—Onları da aldılar.
—Ə, tupoy,
sənədləri niyə verdin?
Buradan çıxandan sonra
Kötük istəkli dostlarından birinə yaxınlaşır və soruşur:
—Ağlıkəm,
sən bilmirsən «tupoy» nədi?
—Tupoy? Vallah mən də bilmirəm, elə mənə də tez-tez «tupoy» deyirlər.
Züy
Bir gün Kötük qara
zurna çalmaq həvəsinə düşür. Orasını
da deyim ki, heç
bir hava çala bilmirdi. Oğlu
Mırtığı da dəmçi götürür. Bir neçə gün qara zurnanı «püləyirlər», lakin
heç bir şey çıxmır, bir
murad hasil olmur. Kötük
üzünü Mırtığa tutur və deyir:
—Ə, tupoy!
Niyə dəm tuta bilmirsən?
Mırtıq hırıldaya-hırıldaya:
—Ay dədə, sən hansı havanı
çaldın ki, mən onun züyünü tuta
bilmədim.
Ana ürəyi
Bir məclisdə Kötük nə qədər çığırırsa da bir şey çıxmır. Bir nəfər məclis əhli ona yaxınlaşır və deyir:
—Ə, anası göyçək, oxuya bilmirsən, niyə məclisə gəlirsən?
Kötüyün həmkarı söhbətin nədən getdiyini soruşur. Kötük özünü itirmədən:
—Heç «Ana ürəyi» mahnısını sifariş verdi-deyir.
* * * * *
Məclisin şirin yerində bir nəfər səxavətli iş adamı Kötüyün qənşərinə 100 ABŞ dolları qoyur və deyir:
—Əliağa Vahiddən oxu,
qəzəl oxu.
Sən demə Kötük Vahiddən heç nə bilmir. O, həmkarına deyir:
—Ə, bu köpəkoğlu məni bərkə saldı, Vahiddən sifariş verdi, mən də ondan heç nə bilmirəm, puldan da əl çəkmək istəmirəm. O, başlayır özü bildiyi bir başqa qəzəli oxumağa. Birdən sifarişçinin səndələyə-səndələyə ona tərəf gəldiyini görür və: «Ey Vahid, ey Vahid» sözlərini təkrarlayır. Müştəri əli ilə əla işarəsini verir. Sən demə, müştəri də Vahiddən heç nə bilmirmiş.
Комментарии
Отправить комментарий