Şahla Aqilin söhbəti
(nağıl-poema)
Keçmiş
zamanlarda bir şah yaşarmış,
Onun var-dövləti
aşıb-daşarmış.
İstəyən kimsəyə
yoxdu, deməzmiş,
Varını
onlardan əsirgəməzmiş.
Pəhləvan cüssəli,
bir qurd ürəkli,
Bir pələng
biləkli, enli kürəkli.
O addım
atanda yer tərpənərmiş,
Hər yerdə ,həmişə
nər oğlu, nərmiş.
Kimsə inciməzmiş,
küsməzmiş ondan,
Hamıya
simsarmış, hamıya həyanmış
Getdiyi qapıda
qan bağlanarmış.
Qaranlıq evlərdə
çıraq yanarmış
Allah bəxş
etmişdi varı, dövləti,
Özü
qazanmışdı xətir, hörməti
Bir könül
sındırmaz, qəlbə toxunmaz,
Başqası tək
az qazanıb çox unmaz.
Dağlardan
süzülən nurdu, işıqdı,
Məclis-mərəkəyə
bir yaraşıqdı
Qurub
yaratmağa eşqi tükənməz
Zəhmətdən od
alıb alovu sönməz.
Bilir dostun
yerin, düşmənin yerin
İstiyə istiymiş, sərinə sərin
Yöndəmsiz
danışmaz, mənasız gülməz
Kin-qüdrət
bilməz , ədavət bilməz.
Hamıya
arxadı, dağdı, dayaqdı,
Nahaqqa heç vədə
deməzmiş-haqdı
Əhali həmişə
xeyirdə, şərdə,
Dualar edərmiş
şaha hər yerdə:
-“ Şahın bəxt
ulduzu qoy parlaq olsun,
İşi avand
olsun, canı sağ olsun.
Ad-san
qazanmışdı adil şah burda,
Heç vaxt
tapşırmazdı qoyunu qurda.
Aydan
arıymış, sulardan duru,
Oduna
yanmazmış nə yaş, nə quru.
Əyrilik
olmazmış əlində onun,
Yalan yurd
salmazmış dilində onun.
Ağsaqqal
yolunu müdam saxlarmış
Bütün ailələri
özü yoxlarmış.
Qoymazmış
arada söz-söhbət ola,
Qıymazmış
kimsəyə əziyyət ola.
Hamı bilirmiş
ki ,şah olan yerdə
Kimsə düşə
bilməz bir çətin dərdə...
Bir gün
eşitdik ki, şah, gözəl insan
Düşüb bir
naşının toruna asan.
Əlli üz görənlə
aran, dağ gəzir
Çeşməni bəyənmir,
buz bulaq gəzir
Şahın əməlindən
el zara gəldi,
Aqillər
yığışıb qərara gəldi.
Məsləhət oldu
ki, bir sözü keçən
Şahı xilas
etsin afat yelindən
Aqil çox
düşündü götür-qoy etdi,
Könlümün
evində hay-haray etdi:
-Timsahla bir
yerdə suda üzən kəs,
Canını
timsahdan qurtara bilməz.
Şirin
mağarası təhlükəlidir.
Ora girən
adam bilki dəlidir.
İlan zəhərini
cana yeritsən,
Ilanı
taqsırkar hesab etmə sən.
Pələngə
çeviklik gəl öyrətmə sən,
Çevik
yaranıbdır pələng əzəldən.
Ahu
yaxınlaşsairişən şirə
Ahunun boğazı
keçər şəmşirə.
Əyrilər
dolaşar düyünlənər də
Düz düzə
dolaşmaz inan heç yerdə.
Bir uyğun gün
seçdi o aqil insan,
İçində həm
qorxu, həm də ki inam
Qəzəb
qılıncını qoydu qınına,
Ümidlə
yollandı şahın yanına.
Qəlbində söylədi;
pənah Allaha,
Ədəblə, ərkanlə
baş əydi şaha:
-Şahın bəxt
ulduzu qoy parlaq olsun,
İşi avand
olsun, canı sağ olsun.
İnamla gəlmişəm
ziyarətinə,
Şahım qoymaz
məni düşəm çətinə
Xəyanət
olmasa yaxından ,yardan
Kimsə bata
bilməz şaha kənardan.
Şah dedi:
könlündən keçəni danış,
Arzun, niyyətinlə
mən olum tanış.
Dedi: söylə mənə
qəlbindəkini,
Dedi: -çıxart
şahım,qəlbindən kini.
Dedi: neyləmişəm,
de suçum nədi,
Dedi: -bütün
işlər əməlindədi.
Fələkdən
aldığım yara dərindi
Mən mətləb
üstüylə gəlirəm indi
Şahım ,sözlərimə
yaxşı qulaq as,
Sənə dediklərim
faydasız olmaz.
-Dedi: nə mətləbdir
əlçatmaz olan
Dedi: xeyrinədir
,dediyim, inan.
Böyük bir ölkənin
qarantısan sən
Sənin qayğın
ilə gül açar Vətən.
Şahım, əməlindən
el olb agah,
Belə
haqsızlığı götürməz Allah.
Gəl bizə
güldürmə dostu, düşməni,
Gəldim
hüzuruna sevindir məni
Çalış
qınaqlardanbiz azad olaq
Ürəkdən sevinək,
qəlbdən şad olaq.
Qəzəb qılıncını
şah qoydu qına,
Bütün diqqətini
yönəlti ona.
-Şahım,
fikirləş ki, hələ oyaqsan
Əbədi yuxudan
qalxmayacaqsan!
Alçaq
adamlardan üz döndər, əl çək,
Mərdlərin
yolunda bacar cəfa çək
Doğmalar
yolunda qan töksən əgər
Belə qan
halaldı,tökməyə dəyər
Quyudan su çəksən
yenidən dolar,
Cürdəkdən su
içsən cürdək boşalar.
Özündən
cavana meyl etsən əgər
Hamı sənə gülər,
ağılsız deyər.
Balaca səhv
etsən cibin boşalar,
Həyatı
duymayan başı boş olar.
Yolunu azarmı
düz yolla gedən
Olmaz şöhrət
güdən,olmaz şan güdən
Içib məst
olmusan eşqin meyindən
Kələfin ucunu
itirmisən sən
Uysa əyyaşlıqa əkər hökmuran,
Quldurlar yurudunu
qoyallar viran
Kimə uyduğumu
bilirsənmi sən
Səni bağışlamaz
anamız Vətən
Ayağı sürüşkən
olan bir qadın
Həmişə
batırıb kişinin adın
Dualı dilində
min hiylə,kələk
Batildə
iblisdi,zahirdə mələk
Gedib
zinalıqda arım,ismətin
Səndən uzaq gəzir
indi qismətin
Kəbin kəsilməyib,hanı
bəs higah
Sizə
yaraşarmı,belə əməl şah
Nigahsız kəbinsiz
zinalıq olar
Bizim adətimiz
qanunumuz var
Zinalıq
insanı hörmətdən salar,
Uluların goru
od tutub yanar
Dürdən qiymətliydi
bir vaxt hər sözün
Necoldu evləri isidən közün
Kişidə atarmı
namusu arı,
Olmaz namusuzun
namuslu yarı
Bir xoruz girərsə
özgə bir hinə
Xoruzluq edəmməz
öz fərəsinə
Dağlardı
daşlardı könlünə həmdəm,
Onun xəyallından
keçsə də, nə qəm,
Təkədən dələmə
tutammaz çoban
Bir donuz qızanda
istər on qaban
Göstər
bacıları barmaqla göstər
Birində
namusdan qalmayıb əsər
Niyə
xırdalandın niyə alçaldın
Əlli üz görəni
qoynuma aldın
Yeyir qaz
kababı əmlik kababı
Yadların
yanında içir şərabı
Xaç pərəs
deilik müsəlmanıq biz
Bizim öz
dinimiz peyğəmbərimiz
Haqq meyi
bizlərə buyurub haram
O,içir məst
olur hər səhər axşam
Sən də ona ləzzət
alırsan
Ellərin
gözündə ucuzlaşırsan
Yadalar bədənini
sökür qurd kimi
Dər olmaz həyatda
belə dərd kimi
Dönüb hansı
dinə,hansı məsəbə
Günahda
boğulur eyləmir tövbə
Otur,papağını
qoy qabağına
Sərt kükəklər
əsir könül bağına
Hər gün
orda-burda yatmaqdan usan
Çalış
günahını əməlli yu sən
Açıq de məqsədin
məramın nədir
Əhli-əyyalına
şah biganədir
Mərfətdən
kasaddı sevdiyin zövcə
Gövhər
mücrüsünü kim açır gecə?
Bostançı
bostanda olmasa əgər
Yolçular
bostanı talan eyləyər
Bu gədər xəcalət
bəs deyil sənə
Qulluq eyləyirsən
də,hansı dinə
Zarafat sanma
sən elin sözünü
Uz görən
qadından gözlə özünü.
Özündə
bilmirsən şah,nə edirsən
Hələ çox həvəslə
duza gedirsən
Duzdan
qayıdanda gec olacaqdı
Caduya -pitiyə
öyrənib əli
Ilanı yuvadan
çıxardar dili
Min şeytan
fitnəsi oynar gözündə
Hiylədən göz
yaşı qaynar gözündə
Hiyləgər
tulküyə nə lazım kələk
Qurdun
qurdluqunu biləsən gərək
Doymur
mirvaridən inci qaş daşdan
Fahişə alıbdı
ağlını başdan
Küçə qadınıydı
indi xanımdı
-Deyir bu məhəbbət
din-imanımdı
Hər gün fitnəylə
girir min dona
Səndə
bağlanmısan sidq ilə ona
Işildaquş
kimi çəkir özünə
Bir kimsə
isinməz onun közünə
Ürəyi
daşdandır üz görənlərin
Bədəni iylənər
çürüyənlərin
Ömür gün keçəndə
qocalır insan
Namusla qeyrətlə
ucalır insan
Istər küs
sözümnən, itərsə qına
Məhəbbət
qılıncı çəkilib qına
Eşqin ox
qabından ox tükənibdi
Eşgin göylərindən
eşgin enibdi
Bir kişi
uyarsa pozqun qadına
Yaxşı söz deməzlər
onun adına
Onun namusunu
it yesə əyər
Itin qabağına
atmağa deyər
Elə məst
olmusan bu məhəbbətdən
Sanki yerdə
deyil,göydə gəzirsən
Yadlara
qurduğun zəngin dəm-dəsgah
Millətə
xeyanat deyilmi, bəs şah
Üstündə gəzdiyin
mügəddəs torpaq
Millətə məxsusdur,millətə
ancaq
Qanından,canından
olmayanları
Bizim
başımıza çıxartma barı
Bir gün
çırpılacaq qani üzünə
Oturub döyəssən
onda dizinə
Nədir bu
sevdanın məqsəd-məramı
Səndən üz
döndərib qohumlar hamı
Bütün
yazı,yayı,payızı,qışı
Torunda
saxlayır səni o naşı
Çəkdiyin zəhmətlər
getdi hədərə
Oğul qız hərrənmir
bu həndəvərə
Arxada qalana
dönüb birdə bax
Burda
qazanmadın itirdin ancaq
Bir
varlı sevərdin ad-sanı, təmiz
Əxlaqlı,ədəbli
vicdanı təmiz
Onda
qınamazdı bir kimsə səni
Gəzib
dolanardın çölü çəməni
Dünyada nə gədər
fərsiz adam var
Özünü hərraca
qoyub satan var
Aludə olduğum
o “gözəl” pəri
Çalışıb öyrəndi
bütün sirləri
Sənin
pullarını çin-çin eylədi
Qohum-qardaşını
zəngin eylədi
Üstüdən kəsmirsən
bir an kölgəni
Ovsuna
salıbdı o qəhbə səni
Min hiylə işlədib
azı yüz kərə
Sənsizdə
çıxıbdı gecə səfərə
Otlardan düzəldib
min cürə dərman
Sənə
yedizidrir onları hər an
Dərmanla
qalsaydı insan dünyada
Təbiblər ölməzdi
asan dünyada
Doğma evladların
gəlibdi cana
Nə günah işlədib
zavallı ana
Sənə bəxş eyləyib
oğul qız payı
Əlindən nə
gılir ondan savayı
Şəhvətin əsiri
olmasın niyə
Mənalı ömrünü
verdin küləyə
Bizə kafir
kimi zülm eyləyirsən
Insafsız mürvətsiz
yaranmısan sən
Necə də
zalımsan əzizlərinə
Bicləri
götürdün övlad yerinə
Çürümə
başlayıb nəslin içində
Aləmə car
oldu əslin içində
Ayıla bilmirsən
div yuxusundan
Yamanca
tutubdu gözlərini qan
Əgər
varlısansa bəs varın hanı
Yolunda can
qoyan öz yarın hanı
Əllərdə
tallanır varın dövlətin
Dərindən bir
düşün nədir niyyətin,
Hər işi qəhbəyə
qurban verirsən
Kimlərin
canına qəsd eyləyirsən
Gözlərin
qapanıb heç nəyi görmür
Bağın bəhrəsini
öz yarın dərmir
Səhər yeməyini
o verir sənə
Axşamlar
fırlanır həndəvərinə
Bir oyna
günorta orda yeyirsən
Niyə
qazancını kül eyləyirsən
Bəlkə and
içmisən günəşə aya
Məcnun tək
düşmüsən çölə,səhraya
Canın gücü
gedib,yaddaş azalıb
O zəngin xəznədən
qaş-daş azalıb
Dağdan hey götürüb
desən ki çoxdu
Birdə görərsən
ki dağ özü yoxdu
Varını pulunu
tökürsən çölə
Səni yaman
tutub,qurulan tələ
Mənşəyi
bilinmir, kökü bilinmir
Bu gedən
karvanın yükü bilinmir
Həyatın tələbi
belədir məncə
Arvada keşiyi
ər çəkər gecə
Cavanlar nifrətlə
baxırlar gendən
Onlar üz döndərib
əzizim səndən
Deyillər
qızıyla çıxıb gəzməyə
Onun səbəbini
soruşma niyə
Çalış yan yörənə
yaxşı-yaxşı bax
Biclər
yandiracaq gorunda çıraq?
Şahım bu əməldən
tez qayıt geri
Qurusun
alnımın xəcalət təri.
Aqilin sohbəti
yetişdi sona
Şahın
baxışları zilləndi ona
-Hansı cürət
ilə bu sözləri sən,
Şahın
qarşısında şaha deyirsən
Səni çəkdirərəm
çərmıxa indi
əcəldən gəl
qutar sən yaxa indi.
Çərmıx da bil
sənə yüngül cəzadı
Yurdan silməliyəm
fitnə,fəsadı
Mən şahlıq
taxtında oturan zaman
Nələr söyləmədin
zavallı,insan
Dəlindi xəncər
tək sözlərdən ürək
Hamıya dərs
olsun bu cəza gərək
-Çıxmışam
ölünün güzarına mən
Kəfənlə gəlmişəm
hüzuruna mən
Təkəbbür
yumubdu açılmır gözün
Gəzir el
obada söhbətin sözün
Xalqın xeyrinəsə
bu işlər əgər
Bu yolda əlbəttə
ölməyə dəyər
Əhtə sədaqətə
xor baxırsan sən
Qorxmursan
danlaqdan el tənəsindən
Şah gördü
aqilin xoşdu niyyəti
Təmiz,səmimidi
sözü,söhbəti
Şah burda bir
gədər xəyala daldı
Aqilin sözləri
elə bil baldı
-dünyamı
unutdun bu sözlərlə mən
Yolumdan çəkildə
sanki duman,çən
Dediyin fəsaddan
əl çəkirəm mən
Əziyyət çəkməsin
qoy doğma Vətən
Hikmət,ağıl,təmkin,bir
də ədalət
Şahın ürəyinə
doldu nəhayyət
Belə zad oldu
dəyişdi dövran
Əhali yaşadı
xoşbəxt,firavan
Kaş ki qalib
gələ düz əyrilərə
Atını
dördnala çapmaya hərə!
Əvəz Mahmud Lələdağ.
Комментарии
Отправить комментарий