Yadında varmı


Yadında varmı

Çoxdandır getmirəm o dağlara mən,
Ovçunun bərəsi yadında varmı.
Ayağı xınalı, dili nəğməli,
Kəkliyin fərəsi, yadında varmı.

Necə şirin idi uşaqlıq çağı,
Dolanıb gəzirdik dərəni, dağı.
Ey mənim qatığı, nehrəmin yağı,
Qoyunun kərəsi yadında varmı.

Yadımdan çıxmayır dağların adı,
Sinəmi yandırır, bir həsrət odu.
Getmir damağımdan yarpızın dadı,
Ağdüzün tərəsi yadında varmı.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal