Eyləmə


Eyləmə

Qadir Allah, budur  səndən diləyim,
Yaxşını yamana möhtac eyləmə.
Könlümün sevincin, toyun, düyünün,
Həsrətə, hicrana möhtac eyləmə.

Qəlbimə fərəhdir elin sevinci,
Yarımçıq kəslərdən nə küs, nə inci.
Apar bu dünyadan məni birinci,
Qocaldıb cavana möhtac eyləmə.

Xəbisdən sən vəfa gözləmə belə,
Fürsət tapan kimi quracaq tələ
Aqili nakəsə, düzü qozbelə,
Əvəzi nadana möhtac eyləmə.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri