Qalmayıb
Qalmayıb
Mən əldən gedirəm, sən necə, gülüm,
Məndə gir qalmayıb, dözüm qalmayıb.
Boşalıb olmuşam ləyənçə, gülüm,
Üzünə çıxmağa üzüm qalmayıb.
Sən mənim gözümdə döndün mələyə,
Günəş üstümüzə gulab çiləyə,
Onun səbəbini soruşma niyə,
Səndə bir nişanam, izim qalmayıb.
Mənim varlığımsan, ayüzlü sənəm,
Bizdən kənar olun
fəlakət dərd, qəm.
Yaqut dodaqlardan doyunca əməm,
Səni haraylayan səsim qalmayıb.
Zülfünün birçəyi tənabdır mənə,
Sənsizlik əziyyət, əzabdır mənə.
Əvəzi görməyin savabdır mənə,
Səndən
qeyrisində gözüm qalmayıb.
Комментарии
Отправить комментарий