Məndədi
Məndədi
Bu dünyanın özü
boyda dərdi var,
Bilirsənmi neçəsi də məndədi.
Həmdəm olub qəm yükünü çəkən yox,
Gündüzü də, gecəsi də məndədi.
El dərdimiz çınqıl kimi töküldü,
Sinəmizə şəhid dağı çəkildi.
Ələsgərin alaçığı söküldü,
Çubuğu da, keçəsi də məndədi.
Ümidim var o yerləri görməyə,
Çiçəklidən tər çiçəklər dərməyə.
Əvəz deyir el yolunda verməyə,
Şirin canın bircəsi də məndədi.
Комментарии
Отправить комментарий