Od ağlar məni


Od ağlar məni

Hanı mənim yelqanadlı yelatım,
Əl uzadıb yalmanıma əl attım.
Yada düşdü hay-haraylı elatım,
Ya Rəbb, gözləyirmi o dağlar məni?

A köhlənim, nal-mıxını bərk elə,
Telli sazı bağlayaram tərkinə.
Mən getməsəm el-obama ərk ilə,
O yandırar məni o dağlar məni.

Gəl telini tumarlayım bir də mən
Sənə ümid bağlamışam burda mən.
Baş çəkməsəm Əvəz düşən yurda mən,
Ocaq haray salar, od ağlar məni.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa