Bu dünyaya bel bağlama
Bu dünyaya
bel bağlama
Dikbaş olsan
başın gedər,
Ağlın çaşar, huşun gedər.
Fikir çəksən, yaşın gedər,
Bu dünyaya bel bağlama.
Nə diləsən, haqdan dilə,
Acda nə var, toxdan dilə.
Azdan yan keç, çoxdan dilə,
Bu dünyaya bel bağlama.
Dərd çəkməyə hünər gərək,
Düşmən seçməyə nər gərək.
Ölçüb-biçməyə sər gərək
Bu dünyaya bel bağlama.
Dünya fani sən də yolda,
Ömrün keçdi qılu-qalda.
Bu ağılda, bu kamalda,
Bu dünyaya bel bağlama.
Beyin duman, göz yuxulu,
Çardaq uçar, ev yıxılar.
Bir gün Əvəz də yox olar,
Bu dünyaya bel bağlama.
Комментарии
Отправить комментарий