Amandı


Amandı

Gücüm çatmır qaldırmağa hər daşı,
Can nə gəzir bir sümüyəm, bir dəri.
Mən olmuşam gözəlliyin sirdaşı,
Sərraf olan seçə bilər gövhəri.

Kasadlıqdan hər vaxt olub üz qara,
Qismətimə bir ağ düşüb yüz qara.
Qış qısırdı, tamarzıyıq biz qara,
Bəlkə çönüb fəsillərin məvhəri.

Yazıq Əvəz, zaman başqa zamandı,
Gələn günlər bir-birindən yamandı.
A qardaşlar, ayıq olun, amandı,
Ələ keçər qoç Nəbinin səngəri.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri