Dünyada elə dahi tapılmaz ki...
Dünyada elə dahi tapılmaz ki...
Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik
zirvəsinə gedən yolun mahir bələdçisi müəllimdir. Dünyada elə bir dahi tapılmaz
ki, onun yoluna nur səpən müəllim olmasın, o dahi müəllimdən dərs almasın.
Elə buna görə də bəşəriyyatın aparıcı qüvvəsi olan
müəllim əməyi danılmazdır. Aqillərimiz demişdir:
-Bağ bağbansız, bəşər övladı müəllimsiz keçinə bilməz!
Müstəqil dövlətimizin tərəqqisi üçün inkişaf etmiş qabaqcıl ölkələrin
ziyalıları səviyyəsində dura biləcək yüksək keyfiyyətlərə görə onları ötüb keçməyə
qadir olan, sağlam düşüncəli, vətəndaşlar yetişdirmək, tərbiyə etmək onları həyata
hazırlamaq həmişə olduğu kimi bu gün də müəllimin qarşısında duran başlıca vəzifələrdən
biridir. Hazırda dünyada gedən qloballaşma prosesi Respublikamızın
ictimai-siyasi həyatına təsir göstərdiyi kimi təhsil islahatlarında da özünü
qabarıq şəkildə göstərir. Təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, beynəlxalq standartlara cavab verməsi,
milli-mənəvi dəyərlərin çağdaş dünyaya inteqrasiyasıbu gün hər bir təhsil
işçisini dərindən düşündürməli, onu yeni texnologiyalardan bacarıqla istifadə
etməyə yönəltməlidir. Bu vəzifənin icrası, həyata keçirilməsi üçün təhsil
islahatlarının aparıldığı bir dövrdə bəşəri, milli-mənəvi dəyərlərə söykənərək
milli təhsilimizi yeni təlim metodlarının inkişafına yönəltmək vəzifəsi yenə müəllimin
üzərinə düşür. Dərin və hərtərəfli biliyə,
bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi
dünya görüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət
formalaşdırmaq, soykökünə, Azərbaycan
xalqının azadlıq və demokratoya ənənələrinə sadiq qalan, ürəkdən bağlı olan,
xalqın milli əxlaqı, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən,
onu göz-bəbəyi kimi qoruyan, daim inkişaf etdirən, ailəsini, Vətənini,
torpağını, millətini, dilini, dinini sevən onu həmişə ucaltmağa çalışan, dövlətinə,
dövlətçiliyinə vəfalı olan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və
azadlıqlarına hörmət edən, müstəqil, yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi
mənəvi keyfiyyətlərinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində
dura bilən sağlam yurddaşlar yetişdirmək,
Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə
çevirməyə qadir olan insan tərbiyə etmək kimi şərəfli, məsuliyyətli vəzifənin
öhdəsindən gəlmək yenə müəllimdən tələb olunur. Bəşəriyyətin ən görkəmli dahiləri
müəllimin fəaliyyətinə, onun cəmiyyətin inkişafındakı roluna tərəddüd etmədən həmişə
yüksək qiymət vermişlər.
Ulu öndər, Ümummilli lider, dahi şəxsiyyət Heydər
Əlirza oğlu Əliyev demişdir.
-Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri belə
hesab edirlər ki, hər adam müəllim ola bilər. əslində bu belə deyil. Müəllimliyə
gedən adamın zəngin, biliyi dərin, saf vətəndaşlıq vicdanı, sənətkarlıq məharəti
olmalıdır. Müəllim bütün xalqın hörmət və
etimadını qazanmışdır. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi
kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini,
qiymətli nəyi varsa, hamısını şagirdlərinə, xalqına bəxş edir. Mən dünyada müəllimdən
şərəfli ad tanımıram. Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin
insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirir. Mən isə
bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam. “Hər
birimizdə müəllimin hərarətli, qəlbinin bir zərrəciyi var”. Bununla bərabər
xalq müəllimin qarşısında yüksək tələblər qoymağa da haqlıdır. Insana daim təsir
göstərən müsbət və mənfi amilləri
formalaşdıran ailə məktəb və ictimaiyyətdir. Burada məqsədyönlülük vahid istiqamətə
yönələn təsirlərin cəmi həlledici rol oynayır. Güc enerji, məqsəd və təsir
birliyi bizi son məqsədə-təhsil islahatının ideyalarının bütövlükdə həyata
keçirməyə imkan verir. Bundan ötrü respublikamızda hər cür imkan və şərait, əvəzi
olmayan zəngin həyat təcrübəsi var. Bu gün bütün pedaqoji kollektivin
qarşısında duran əsas vəzifə bütün imkanlardan maksimum və yaradıcı istifadə
etməkdən ibarətdir.
Müəllim sinifdə çevik, gözü açıq, hər bir şagirdə
qarşı diqqətli olmalıdır. Əks halda böyük Sədi Şirazi deyimi kimi olar.
“Müəllim olarsa sakit, mülayim,
Uşaqlar bazarda oynayar daim”.
Müəllimin savadı, dünyagörüşü, həyat hadisələrindən
baş çıxarması, dözümü, təşkilatçılıq bacarığı olmasa onun dərsi həmişə maraqsız
və cansıxıcı olacaq. Ulu Zərdüşt vaxtı ilə demişdir:
“Pis müəllim şüuru korlayır, ağılın inkişafını ləngidir,
təlim-tərbiyəni fəsada çevirir”. Böyük yunan filosofu, alimi Platon müəllilimin
məsuliyyətini dərk edərək yazırdı:
“Pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfərə
ziyan vurduğu halda, bir müəllimin pis işi cəmiyyətə ziyan gətirər”.
Bu gün ölkəmizdə təhsil islahatı uğurla həyata
keçirilir, bütün sahələrdə yeniləşmə gedir. Əlbəttə bu yenilik, yeni üsul, yeni
təlim təhsil sahəsində də özünü göstərir. Köhnə, maraqsız, ənənəvi metoddan
uzaqlaşmaq, millətin gələcəyi olan gənclərin inkişafına maneçilik törədən
ünsürlərdən qaçmaq lazımdır. Yeni təlim həyatın tələbidir. Interaktiv təlim
şagirdlərin bir-biri ilə əməkdaşlıq etməsinə, bir-birini hörmətlə dinləməsinə şərait
yaradır.
Mən istərdim ki, müəllimlik peşəsini
ucuzlaşdırmamaq üçün müəyyən qabiliyyət imtahanları tətbiq edilsin, bu peşəni
seçənlərin bilik səviyyəsi, dözümü, təşkilatçılıq bacarığı, həvəsi nəzərə
alınsın. Axı gələcəyimiz müəllimin intellektual səviyyəsindən, savadından,
dünyagörüşündən həyat hadisələrindən baş çıxarmasından asılıdır. Dünyada elə
bir dahi tapılmaz ki müəllimdən dərs almamış olsun. Bir vacib məsələdə diqqətdən
yayınmamalıdır. Məktəblərdə sinifin sayı azalır, müəllimin sayı dəyişmir. “Mənəmlik”
baş qaldırır.
Bu gün Təhsil Nazirliyinin atdığı cəsarətli addımı
alqışlayıram. Müəllimlərin imtahan verməsi ilə təhsilimizdə bir saflaşma, bir
paklaşma yaranacaq. Savadsız, öz üzərində çalışmayan köhnəlikdən əl çəkməyən,
yeniliklə barışmayan müəllimlərdən xalqın canı qurtaracaq. Bir vacib məsələni də
qeyd etmək yerinə düşər. Mənə elə gəlir ki, bugün ki, qiymətləndirmə çox vaxt
ğzünü doğrultmur. Belə halları aradan qaldırmaq üçün mövzular qurtaran kimi təkrar
yoxlama aparmaq, şagirdin mövzunu mənimsəmə qabiliyyətini üzə çıxarmaq və onun
obyektiv qiymətini vermək lazımdır.
Bu gün təhsil işçilərinə dövlət qayğısı göz
qabağındadır. Mənim yaşadığım və işlədiyim Sumqayıt şəhərində təhsilə yönəldilən
məqsədyönlü işlər dövlət qayğısının bariz nümunəsidir. Bütün məktəblərin dam
örtüklərinin əsaslı təmiri bir sıra məktəblərdə qazanxanaların tikilməsi,
istilik sistemlərinin yenidən qurulması böyük irəliləyişdən xəbər verir.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyevin
“Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər
də yaxşı məktəblərdə işləməlidirlər” fikri bu gün artıq reallığa çevrilmişdir.
Müəllimlərin əməkhaqlarının artırılması, mükafatlandırılması, fəxri
adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük stimul
olmaqla, onların məsuliyyətini də artırır. Möhtərəm prezidentimiz Cənab İlham
Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim”
müsabiqəsi keçirilir. Qalib gələn hər məktəbə 10 min manat , hər müəllimə 5 min
manat birdəfəlik pul mükafatı verilir.
Bu da müəllimin ictimaiyyət arasında nüfuzunu artırır. Sumqayıt şəhərində 19
ümumtəhsil məktəbi, “Ən yaxşı ümumtəhsil məktəbi”, 36 nəfər “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibi olublar. Müstəqillik dövründə 27 nəfər müəllim Azərbaycan
Respublikasının “Əməkdar müəllim” fəxri adına, 27 nəfər “Tərəqqi ” medalına
layiq görülmüşdür.
Minarə Tahirova “Şöhrət” ordeninə, Prezident təqaüdünə,
Ofelya Babayeva “Tərəqqi” medalı, “Şöhrət”
ordeni almış, “Əməkdar” müəllim fəxri adına layiq görülmüşdülər. Ali məktəblərə
qəbul zamanı yüksək bilik nümayiş etdirən tələbələr 2001-2014-cü illərdə
102 nəfər Sumqayıt şəhər məktəblərinin məzunları Prezident təqaüdünə
layiq görülmüşlər. Azərbaycan müəlliminin şərəfli adıni daha da yüksəltmək, gələcəyimiz olan şagirdlərə ürəkdən
dərin bilik vermək hər bir müəllimin Vətən
qarşısında, xalq qarşısında mənəvi borcudur.
Комментарии
Отправить комментарий