Lələdağın söz dünyası
Lələdağın
söz
dünyası
Bu günlərdə
şair Əvəz Mahmud Lələdağla Sabunçu rayonu
Pirşağa qəsəbəsindəki 10 №li internat
məktəbdə
görüş oldu.
Görüşdə
müəllimlər, şagirdlər,
valideynlər
iştirak edirdilər. Yığıncağı
məktəbin direktoru,
respublikanın əməkdar müəllimi Dilarə
xanım Əliyeva açdı.
O qonaqları salamladı və
xoşgəlmisiz dedi.
Dilarə
xanım poeziyamızın şirinliyindən, qəlbə
yatımlılığından, sözün qüdrətindən söhbət açdı.
El deyimlərində
deyildiyi kimi «qılınc yarası sağalar, söz yarası sağalmaz»! Dilarə
xanım sözü aparıcılara
verdi. Şagirdlər Əvəz Lələdağın 55 illik yaradıcılıq
yoluna nəzər saldılar və
şeirlərdən nümunələr söylədilər. Görüşdə gənc aşıq İsmayıl
Əhmədovun çaldığı «Ruhani» saz havası
məclisi daha da
gözəlləşdirdi. Sonda şair
Əvəz
Mahmud Lələdağ görüşü təşkil edənlərə
minnətdarlığını bildirdi və
yeni yazdığı şeirlərindən, poemalarından
parçalar söylədi. Toplantı
şagirdlərin oxuduqları şən mahnılarla başa çatdı.
******
Bakı şəhər Xətai rayonunun
95 saylı orta məktəbində
Əvəz
Mahmud Lələdağla məktəblilərin, müəllimlərin görüşü oldu. Görüş dövlət himni ilə başladı. Məktəbin direktoru Tahir Süleymanov
qonaqları salamladı. Əvəz Mahmud Lələdağ poeziyanın təbiiliyindən, torpağa bağlılığından,
Vətənə
sadiqliyindən, dilinin şirinliyindən ağızdolusu söhbət açdı.
Sonra
məktəbin 600-dən yuxarı bal
toplayan prezident təqaüdünə
layiq görülən məktəblilər barəsində
fərəhlə
danışdı. Şagirdlər hazırladıqları şeirləri sazın müşayəti ilə ifa etdilər. Sonra
dramaturq Əvəz
Lələdağın «Qorxaq»
tamaşasından bir parçasını şagirdlərin iştirakı ilə
tamaşaçılara göstərdilər. Söz
tanınmış şair, dramaturq və
publisist, AYB,
AJB, AAB
üzvi Əvəz Lələdağa verildi.
Şair görüşü təşkil edənlərə
təşəkkür etdi,
yeni şeirlərini oxudu,
şagirdlərin, müəllimlərin suallarını cavablandırdı. Sazlı-sözlü görüş başa
çatdı.
Комментарии
Отправить комментарий