Bağışla məni
Bağışla məni
(etiraf poema)
Söz verdim, gəlmədim vəfasızam mən,
Bağışla a kəndim, bağışla məni.
Məndən inciyibdi bilirəm çəmən,
Bağışla a kəndim, bağışla məni.
Nə məni təriflə, nə də ki danla,
Söhbətim olubdu xeyli cavanla.
Qayğı göstərmədim sənə vicdanla,
Bağışla a kəndim, bağışla məni.
Göydən başımıza od yağır, lələ,
Ilanlar sürünür belədən-belə.
Hələ belimdədir o ağır şələ,
Bağışla a kəndim, bağışla məni.
Yazağzı sulu qar, çovğun olardı,
Göyuçuq uçardı, yarğan olardı.
Yorğun maralların yorğun olardı,
Bağışla a kəndim, bağışla məni.
Cəlladın qılıncı daşa dəymədi,
Zalımın kotanı hoşa dəymədi.
Daldan atılan daş başa dəymədi,
Bağışla a kəndim, bağışla məni.
Daşa əl vurursan, daş da partlayır,
Nakişi papağı başda partlayır.
Yemiş “şirinləşib” qışda partlayır,
Bağışla a kəndim, bağışla məni.
Indiki cavanlar “tokla” işləyir,
Hamı yoxdan tutub, yoxla işləyir.
Çoxunun başında noxta işləyir,
Bağışla a kəndim, bağışla məni.
Özünə qapanıb oğlan da, qız da,
Eşidə bilmirsən canlı avaz da.
Samana əkilmir, tağlanmır yazda,
Bağışla a kəndim, bağışla məni.
Nə söz eşidən var, nə söz qanan var,
Nə dərdə acıyan, qəmə yanan var.
Yaxşı ki hələlik haqqa inam var,
Bağışla a kəndim, bağışla məni.
Çəkir Mirəhmədin dərəsi məni,
Qatığı, qaymağı, kərəsi məni.
Almır ağuşuna bərəsi məni,
Bağışla a kəndim, bağışla məni.
Bir qoyun görəndə, əmlik görəndə,
Qəlbim tel-tel olur yemlik görəndə.
Yazım yada düşür nəmlik görəndə
Bağışla a kəndim, bağışla məni.
Necə ululaşıb o dərə, o dağ,
Necə gözəlləşib o baxça, o bağ,
Necə şirin olub o su, o bulaq,
Bağışla a kəndim, bağışla məni.
Babamın ocağı, nənəmin sacı,
Pendirin, lavaşın acıyam acı.
Ohh yenə göynədi burnumun ucu,
Bağışla a kəndim, bağışla məni.
Çıxmır ürcahıma burda göbələk,
Həmişə yığardım xırda göbələk.
Görən yeyəcəmmi birdə göbələk,
Bağışla a kəndim, bağışla məni.
Söz verdim, sözümün ağasıyam mən,
Dağımın, dərəmin qağasıyam mən.
Kəndimin qocası, çağasıyam mən,
Bağışla a kəndim, bağışla məni.
Içimdə yaşayır
vətənə sevgi,
Olmaz ürəyimdə yetənə sevgi.
Nə sənə qayğı var, nə mənə sevgi,
Bağışla a kəndim, bağışla məni.
Yolunda can verdim, ölə bilmədim,
Isti qucağında qala bilmədim.
Bağışla, görüşə gələ bilmədim,
Bağışla a kəndim, bağışla məni.
Burda dağ gəzirəm başına çıxam,
Çiçək axtarıram köksümə sıxam.
Bulaq istəyirəm hüsnünə baxam,
Bağışla a kəndim, bağışla məni.
Mən səndən küsürdüm açığı bəzən,
Tərsləyib hörmürdüm uçuğu bəzən,
Bəyənib yemirdim qatığı bəzən,
Bağışla a kəndim, bağışla məni.
Bitirmi mərəvcə, qalxırmı yonca,
Gəlib yığammadım dolça doyuna,
Mən sənə borcluyam ömrüm boyunca,
Bağışla a kəndim, bağışla məni.
Sən mənim gözümdə ulusan, ulu,
Yolun haqqın yolu, həqiqət yolu.
Bağışla günahkar, ərköyün qulu,
Bağışla a kəndim, bağışla məni.
***
Qapımı kəsibdi ömrün sərt
qışı,
Harda doğulmuşdum, hara
düşmüşəm.
Itirdim saldaşı, göbəkli
daşı,
Bu yolda borana, qara
düşmüşəm.
Bir vaxt daş sındırıb
cığırlar açdım,
Fərhad tək dağ çapdım,
qayalar çapdım.
Dərddən yayınırdım, şərdən
qaçırdım,
It kimi sülənib dərd məni
tapdı.
Ovuda bilməyir ta məni dağlar,
Çıxdığım yamaca çıxa
bilmirəm.
Sinəmi göynədir çəkilən
dağlar,
Mən qənim dərdimi yıxa
bilmirəm.
Bundan betərindən qorusun
Allah,
Kişilər sözünü deyib
gedibdi.
Qan verən yaramı sarısın
Allah,
Yad məni canüstə qoyub
gedibdi.
Bu zalım fələkdən nələr
görmüşəm,
Vüsal qapısını çırpıb
üzümə.
Mənə qəsd edəni mələr
görmüşəm,
Namərd kül üfürür mərdin
üzünə.
Içimdə paslandı sözüm pas
atdı,
Həsrət qaldım aranıma,
dağıma.
Qarı düşmən bostanıma daş
atdı,
Gedəmmədim o bülbüllü
bağıma.
Gedəmmədim candan əziz torpağa,
Orda mənim nənəm, babam
qalıbdı.
Çıxammadım Göyyaylağa,
Bozdağa,
O dağlarda elim, obam
qalıbdı.
Uşaqlığım cücəribdi o
yerdə,
Kürəyimdə dayaq olub o
dağlar.
Nəbiləri, Həcərləri
qoruyub,
Yatmayıbdı oyaq olub o
dağlar.
Töküldü çöllərə elim bir
çətən,
Yerindən, yurdundan
perikdi hamı.
Ürəyində Vətən, dilində Vətən,
Vətən torpağını tərk etdi
hamı.
Döndü xarabaya babamın
yurdu,
Çörək itirənlər yolumu kəsdi.
Namərdin zərbəsi belimi
qırdı,
Qolundan tutduğum qolumu
kəsdi.
Daşı daş üstündə qoymadı
nadan,
Əl atıb zərimə, incimə
indi.
Dünyanın işinə mat qalır
adam,
Gəl fani dünyadan incimə
indi.
Baxıram yollara göz işlədikcə,
Dağların başının tacı
görünmür.
Iy xata eyləyib, dolaşıb
dükcə,
Nənəmin təndiri sacı
görünmür.
Kələfin ucunu itirib
dünya,
Söz düşüb düyünə hələ
açılmır.
Bəlkə üstümüzə it hürüb,
Allah,
Qurulan tələlər lələ,
açılmır.
Günahkar da bəlli, günah
da bəlli,
Bəs niyə açılmır o cin
düyünlər?
Işə baxan varmı bir düz əməlli,
Qaldı, tarixləşdi o qanlı
illər.
Bir uşaq canüstə yıxılı
qaldı,
Düşmən bir balaca himə gəzirdi.
Bir körpə beşikdə yuxulu
qaldı,
Dodağı əmizik, məmə gəzirdi.
Içimdə bir qəzəb tonqalı
yanır,
Axı bu dağ mənim, dərə mənimdi.
Bir dəli hikkədən içim
dayanır,
Doğma torpağımdan əl çəkim
indi?
Bəsdir ağladığım, bəsdir yatdığım,
Ağlamaq, sızlamaq nə
verdi mənə.
Xəcalət tərinə batıb
yastığım,
Zorla sırıdılar bu dərdi
mənə.
Əyri şərəfləndi, urvata
mindi,
Görənin gözünə mil çəkdi
naşı.
Quldurlar taladı şəhəri,
kəndi,
Dağılmış yurdumda turp əkdi
naşı.
Dərd dərdin üstünə kükrədi
qaldı,
Fil çəkə bilmədi bu ağır
yükü.
Qışın da əynində qəm yükü
qaldı,
Özü cansıxıcı, havası
bürkü.
Zəlilər şirəmi, qanımı
sordu,
Yağı ürəyimi düşərlə
çapdı.
Cumdu yurdumuza “Xilaskar
ordu”
Atını eninə, boyuna
çapdı.
Bakı qan gölündə üzdü o
gecə,
Gülləyə tuş oldu sakitcə
duran.
Heyvanlar şəhərdən təzdi
o gecə,
Bilmədik dağ getdi, bilmədik
aran.
O gecə dayandı yol
ayrıcında,
Ölüm həyat ilə, hicran
vüsalla.
Qolları qırıldı ağacların
da,
Bənizi saraldı onların
Allah.
O gecə yağırdı güllə
yağışı,
Elə bil dünyanın sonu
çatmışdı.
O gecə günahsız xalqıma
qarşı,
Qəddarlıq artmışdı, sitəm
artmışdı.
O gecə budaqlar qan
ağladılar,
Quşlar səksəkədən yata
bilmədi.
O gecə atları
cidarladılar,
Yolçu mənzilinə çata bilmədi.
Mənim şirin yuxum ərşə çəkildi,
Ulduzlar söndülər
baxışlarımda.
Başıma od yağdı, alov
töküldü,
Dondu gözlərimdə göz
yaşlarım da.
O gecə susmuşdu hayqıran
dəniz,
Sahildən küsmüşdü şıltaq
ləpələr.
Mənə əziz olan, əzizdən əziz,
Xiffətdən əridi dağlar, təpələr.
Günahsız qanlardan
yaranan göldə,
Neçə qız batmışdı, ana
batmışdı.
Təzə qönçələnən qönçə
güllərin,
Fidan ləçəklərin qana
batmışdı.
O gecə oyandı içiməd qeyrət,
O gecə arıldı ağzımda
dilim.
Məndən inciməsin ana təbiət,
Qana qan gərəkdir, ölümə
ölüm.
Qanın yerdə qalmaz igid
qardaşım,
Qəbrin nurla dolçun
ağbirçək ana.
Mənim şəhid bacım,şəhid
qardaşım,
Siz vüqar oldunuz Azərbaycana.
***
Burnu qanamadı bircə
satqının,
Xıncım-xıncım oldu
günahsız insan.
Günahı nə idi görən bu
xalqın,
Yandı külə döndü neçə qəhrəman.
Burnu qanamadı xatakünlərin,
Şələsi pul oldu, yükü pul
oldu.
Elin sərvətini mənimsəyənlər,
Köhnə ağalara təzə qul
oldu.
Millətin itinin çulu
olanlar,
Millətin başına oyun
açdılar.
Haram tikə yeyib
harınlayanlar,
Keçi ayağından qoyun
asdılar.
Ərköyün, xatakün fərsiz
övladlar,
Dəvəni dəngiylə yeyib
getdilər.
Dedilər yad gəzir Qarabağında,
“Cəhənnəmə gəzsin”
deyib getdilər.
Bu elə, obaya, başa töhmətlər,
Duya bilmədilər xeyiri, şəri.
Torpağa töhmətlər, daşa
töhmətlər,
Gudaza verdilər igid ərləri.
Torpağı qorumaq, yurdu
qorumaq,
Belə dəllallara asan
göründü.
Hünəri çatmayan daşdam
yapışdı,
Daşa zoru çatan insan
göründü.
Sovuşdu fəlakət, səngidi
tufan,
Qardaş qırğınına son
qoydu öndər
Millətin yolunda, xalqın
yolunda,
Böyük zəhmət çəkdi can
qoydu öndər.
O gərgin əməyin halal bəhrəsi,
Bu gün dil-dil ötən Azərbaycandı.
Dünyanı bürüyüb onu haq səsi,
Haqqa sadiq Vətən Azərbaycandı.
Qəbrin nurla dolsun ey
böyük insan,
Alimsən, şairsən, gözəl
memarsan.
Səni unudarmı heç Azərbaycan,
O harda görünsə, sən orda
varsan.
***
Insanın zəkası insana qənim,
Dağlarən yerini dəyişər insan.
Yandı, külə döndü çölüm,
çəmənim,
Elə yaranışdan döyüşür
insan.
Haqqa dönük çıxan
nadanlar oldu,
Dünyanı beş əlli tutanlar
hanı?
Nə başlar kəsildi, nə
qanlar oldu,
Qurd kimi marıqda
yatanlar hanı?
Hanı Əmir Teymur, hanı
İsgəndər,
Hamısı bir ömür yaşadı,
getdi.
Hitler zülm elədi ölənə qədər,
Azad fikirlilər, yurda
bağlılar,
Nizə qabağında sürgünə
getdi.
Qolsuz işlədilər, qolu
bağlılar,
Minlərlə soydaşım bir günə
getdi.
Hünər meydanına kimlər
atıldı,
Keçəllər igidin atını
satdı.
Dərd ucuz alındı baha
satıldı,
Cavidlər, Müşfiqlər “günaha” batdı.
Ora gedənlərdən tək-tükü
döndü,
Çoxları ömürlük qürbətdə
qaldı.
Atası tutulan, ocağı sönən,
Oğul qapaz altda, töhmətdə
qaldı.
Bir vaxt Araz kəsdi mənim
yolumu,
Sərhəd çəpərindən Təbrizə
baxdım.
Indi də kəsibdi qənim
yolumu,
Hələlik açılmır Qarabağ bəxtim.
Ocaq qırağında, pir
qırağında,
Sirrimi qan içən yağıya
verdim.
Qalmışam çarəsiz Kür
qırağında,
Qarabağ olubdu sağalmaz dərdin.
Mən cıdır düzünə çıxa
bilmirəm,
Öz doğma yurduna Qacar da
gəlmir.
Düşməndən hayıfı çıxa
bilmirəm,
Cavad xan da gəlmir,
çapar da gəlmir.
Vaqif də görünmür bu həndəvərdə,
Yazıya, pozuya qarışıb
başı,
Vidadi babamı salıbdı dərdə,
Qarabağ elinin Göbəklidaşı.
***
Xocalı harayı, gəlin
harayı,
Adamın gör neçə qatından
keçir.
Xocalı harayı elin harayı
Elin soykökündən,
zatından keçir.
Adamın bağrının başı göynəyir,
O məhsum körpəyə çönüb
baxanda.
Torpağı göynəyir, daşı
göynəyir,
Xocalı tərəfə dönüb
baxanda.
Toz-torpaq içində boğulur
dünya,
Dağlar tatamarzıdı dağ
havasına.
Bir nadan hökmüylə
dağılır dünya,
Quşlar dönə bilmir öz
yuvasına.
Dərd-sərin içində təntiyir
insan,
Dağların selini dərələr
insan.
Göz yaşı axıdır, qəm
yeyir insan,
Allahın torpağı gör nələr
udur.
Yerdəki tufandan göy də
çaşıbdı,
Səmtini itirib yağış da,
qar da.
Ipin ucu itib, ip
dolaşıbdı,
Meşələr qorxuda, təbiət
darda.
Şərqində ah-nalə Qərbində
şivən,
Axan göz yaşından sellər yaranır.
Bağlayıb yolları qatı
duman, çən,
Günahsız qanlardan göllər
yaranır.
Göz yaşı axıdır ana təbiət,
Üzür qan gölündə kainat
özü.
Düşübdü bəlaya, qana təbiət,
Niyə kor olubdu dünyanın
gözü.
Atom bombasının nəriltisindən,
Əngin səmalar da çatlayır indi.
Qəflətən açılan güllə səsindən,
Quşların ürəyi partlayır
indi.
Kimsə bir silaha təməl
qoyanda,
Yerdə də, göydə də qopur
vəlvələ.
“Hidrogen” bombası nərildəyəndə,
Yerin alt qatına qaçır zəlzələ.
Yoxdu üstümüzdə tanrının əli,
Haq da üz döndərib ta bəri
gəlmir.
Quyuyu daş atıb bir vaxt
bir dəli,
Yüzü çabalayır, çıxarda
bilmir.
Bəlkə bu işlərdən yoxdu xəbəri,
Böyük Yaradanın, ulu
Allahın.
Insan qanı axır illərdən
bəri,
Tükəndi qalmadı qulu
Allahın.
Uşaq tək boynumu bükürəm
indi,
Bilmirəm başıma nələr gələcək.
Ömür sarayımı sökürəm
indi,
Kimlər ağlayacaq, kimlər
güləcək.
Hicran öyünməsin, sevinməsin
də,
Sönəcək onun da odu,
ocağı.
Gün kimi aydındır bu
insan məndə,
Yenə nurlanacaq elin
çırağı.
Hər nə var qoymuşam əmanət orda,
Baxma ki, üstündən çox
illər keçib.
Mütləq dönəcəyəm o doğma
yurda,
Fəlakət yurdundan neçə
yol keçib.
Dağlar siləcəkdi, kədər
tozumu,
Kimsəsiz yurdlara ellər gələcək.
Şair görüşünə o qonşu
qızın,
Əlində tər çiçək, güllər
gələcək.
Qarşıla əvəəlki baxışla məni,
“Qul xatasız olmaz, ağa,
kərəmsiz”.
Əhf et, günahımı, bağışla
məni,
Bağışla a kəndim, bağışla məni.
Комментарии
Отправить комментарий