O çiçəyi ayaqlama


O çiçəyi ayaqlama

O çiçəyi ayaqlama, ay dəli,
O çiçəkdə sevənlərin gözü var.
Eşqin odu tezə yanır tacında,
Dodağında məhəbbətin közü var.

O çiçəyi ayaqlama, ay dəli,
Didəsinə şeh damcısı düşməyib.
Yanağına yar nəfəsi dəyməyib.
O sütüldü, düzəməlli bişməyib.

O qönçələr sevənləri səsləyir,
Nəsillərə deyiləsi sözü var.
O bətnində gül balalar bəsləyir,
Ürəyində neçə dərdin izi var.

Bu torpağın damarında qandı o,
Gəl baş əyək, bu müqəddəs torpağa.
Könüllərə sevincdir o, candır o,
Cəhd eləmə o çiçəyi qırmağa!

O çiçəyi ayaqlama birdə sən,
Sinəində Xocalının dərdi var.
Bu dəhşətli faciəni bilməsin,
O bizlərə daha böyük dərd olar.
O çiçəyi ayaqlama, ay dəli!



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri