Onu sevəcəyəm ölənə qədər



Onu sevəcəyəm ölənə qədər
Nökərin olaram, a qonşu qızı,
Yarı-mehribandan mənə bir xəbər.
Gözümdən perikib şirin yuxum da,
Yediyim zəqqumdu, içdiyim zəhər.
Hicran yanğısına tab etmir ürək,
Bizi ayrı saldı o zalım fələk.
Düşdüm biyabana, gəzdim Məcnun tək
Boylandım yollara hər axşam, səhər.
Qoy gəlsin sinəmi əliylə yarsın
Qızıl qan tökülsün əli qızarsın.
Könlümün evini yenidən qursun,
Görünsün alnında puçur-puçur tər.
Əvəz Lələdağın qaradır günü,
Kimsəyə çatmayır sorağı-ünü
Gəlsin baxışıyla öldürsün məni,
Onu sevəcəyəm ölənə qədər.
27.04.12

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri