Ömür payı kitabı 1
Ömür payı
Ötüb
keçən o günlərə,
O
aylara, o illərə,
Dırmaşdığım yamaclara,
Boylandığım dərələrə,
Bir
də baxdım.
Zirvəsində qartal gəzən,
Sinəsində qurd ulaşan,
O
dağlara,
Gözəllərin qəmzəsiylə
xumarlanan
Bulaqlara
Bir
də baxdım…
Göbəyimi burda kəsib Xatın qarı.
Bələyimin əskisini
O
bulaqda yuyub anam
Göy
otların üstə sərib
Saçlarıma burda mənim
Dağ
küləyi sığal verib
Bu
dağların cığırında
İlk
iməyə başlamışam
Şirin-şəkər nəğmələri,
Çobanların tütəyindən
Ovlamışam,
quşlamışam,
Corabımı tərs geyəndə
Yana-yana ağlamışam.
Çarığımın bağlarını
Sümük
itə bağlamışam
Çatıları çatmamızdan
Yüyrük
asıb yellənmişəm
Ağac atdan yıxılmışam,
Toz
içinə millənmişəm.
Üst-başımı tozlu görüb,
Məni
yun tək çırpıb anam.
Sapand
ilə daş atmışam,
Qonşu
qıza dəyib daşım.
Qız
anası haray salıb,
Nə bəlalar çəkib başım….
Qurd ürəkli, şir biləkli,
Enli
kürək, bığıburma,
Qorxu
bilməz,
Geri
dönməz
ərkən oldum,
Məhəbbətin qul balası,
erkən oldum
Qonşu
qıza düşdü gözüm,
Özüm
seçdim, özüm sevdim,
ancaq özüm,
Ona
yer ayırdım öz ürəyimdə,
Eşqi
dönüb oldu köz ürəyimdə!..
Bir
payız səhəri,
toyçular gəldi
Harayçılar gəldi, hayçılar
gəldi
Toybəyi
ortada meydan suladı,
Həyət-bacamızı bibim suladı.
«Mirzeyi» çalındı,
Nənəm
sındıra-sındıra,
süzə-süzə
Gəlinin
alnından öpdü,
başladı sözə:
Anam bacım qız gəlin,
Əl-ayağı düz gəlin,
7 oğul istərəm,
Bircə gözəl qız, gəlin….
Bax
beləcə ömür keçib,
Yaş
qarıyıb
Gülşənimə qış yeriyib,
Diş
tökülüb,
Bel
bükülüb,
Şəvə
saçlar bəyaz olub
Eşqin
gölü
dayaz olub
Baxın,
görün nə etmişəm?
6 övlad böyütmüşəm,
14 nəvə,
Mən
onları məhəbbətlə
sevə-sevə böyütmüşəm.
Ömrümün baharını pay vermişəm,
oğlum
üçün, qızım üçün,
Payızını, qış çağını saxlamışam
özüm üçün.
Gözlərimin nuru qonub,
övladların gözlərinə,
Taqətimi bəxş etmişəm,
qollarına, dizlərinə.
Ömrümü əritmişəm
neçə-neçə
ömürə mən.
Alışmışam od olmuşam,
Közərmişəm köz olmuşam,
Çevrilmişəm kömürə mən.
Ömür yolum dərə keçib,
dağ aşıbdır.
Bu dünyanın işinə bax!
Yetmiş yaşım tam olmamış,
Karvan gəlib
aşırıma yığışıbdır.
Bir bədənə bəs eyləmir iki qılça,
Gedib əsa almalıyam.
Qocalığın tufanına tab gətirib
dözmək üçün
Üç qılçalı olmalıyam.
Zəifləmiş gözlərimə
indi eynək taxmalıyam.
Bu dağlara, bu düzlərə, gözəllərə
Şüşələrin arxasından baxmalıyam,
dəhşətə bax!
Ömrümün baharını pay vermişəm
oğlum üçün, qızım üçün,
Payızını, qış çağını saxlamışam
özüm üçün.
Nə tez yetirdi
Bir vaxt
dəli könlüm sevdaya düşdü,
Bir mələk
ovladı, alovlu gözüm
Eşqimin
sədası dünyaya düşdü.
Məhəbbət
yolunda qazandım dözüm.
O mələk
dönmüşdü şirin bəhməzə,
Bir anlıq gözümdən qoya bilmirdim.
Sevən aşiq gərək tablaşa, dözə,
Onun söhbətindən doya bilmirdim
Gözüm qamaşırdı onu görəndə,
Elə bil üzündə günəş yanırdı.
Şəvə saçlarından birçək hörəndə,
İçimdə məhəbbət alovlanırdı.
Keçdi o məqamlar, keçdi o çağlar,
Dəyişdi dünyanın donu elə bil.
Qaraldı çıraqlar, söndü ocaqlar,
Yetişdi həyatın sonu elə bil.
Saç ağardı, diş töküldü, əl əsdi,
Bel büküldü, diz taqətin itirdi.
Cavanlıq getməyə yaman tələsdi,
Qocalıq özünü nə tez yetirdi?
2009
Mənim arzularım çin oldu qardaş
Xəyal
məni çəkir on il əvvələ,
Ölkə nə
kökdəydi, millət nə gündə.
Bu hisslər
içimdə yaşayır hələ,
Namus
nə gündədi, qeyrət nə gündə.
Ağsaqqalsız
yerdə, böyüksüz yerdə,
Vallah
dönük çıxar qardaşa qardaş.
Göy də
qan ağlayar, sızlayar Yer də,
Vətəni
duymasa əgər vətəndaş.
Baş alıb
gedirdi özbaşınalıq,
Elin sərvətini
yad talayırdı.
Nə həya
qalmışdı, nə də insanlıq,
Aqili
nadanlar tapdalayırdı.
Başı pozulanlar
düzü əyirdi,
Naxırçı
keçirdi topçu yerinə.
Əlimlə
başıma qapaz dəyirdi,
Nahaqdan
axırdı qan su yerinə.
Elə bil
çönmüşdü hər şey tərsinə,
Köhlən
yerişini ulaq gedirdi.
Satqının,
alçağın əməlləriylə,
Əldən kənd gedirdi, torpaq gedirdi.
Milləti bəladan, dərddən qurtaran,
Allahın hökmüylə xilaskar gəldi.
Onun gəlişiylə səngidi tufan,
Vətən torpağına ilk bahar gəldi.
Gəldi alqışladı onu el hamı,
Parlaq günəş doğdu Azərbaycana.
Millət ondan aldı gücü, ilhamı,
Millət dəstək oldu dahi insana.
Onu yaradana minnətdarıq biz,
O xalqın yolunda məşələ döndü.
Müstəqillik oldu mübarizəmiz,
Zülmün, zülümkarın çırağı söndü.
Yönümü çevirdim dahi insana,
Onun gəlişiylə göyərdi hər daş.
Taleh sığal çəkdi Azərbaycana,
Mənim arzularım çin oldu qardaş.
2003
Olsun
İstəkli nəvəm Günelə
Balaca olanda tez böyü, dedim,
Boyunu oxşayım, bir az şad olum
Sevindir bu qəmli ürəyi, dedim
Hicran zindanından mən azad olum.
Yaşa gözəl balam, adınla yaşa,
Artıq böyümüsən, a çinar boylum.
Mənim ömür yolum, keçibdi qışa,
Sadiq ol eşqinə, qurbanın olum.
Sevinclə yoğrulsun ömrün hər anı,
Nur qapı açılıb bəxtinə, gülüm.
Batmasın qəlbinə həsrət tikanı,
Bədnəzər baxmasın taxtına, gülüm.
Ulduzlar yolunda dönsün məşələ,
Əsən sərt küləkdən şamın sönməsin.
Sənin xoş günlərin öndədir hələ
Səndən yaradanın üzü dönməsin.
Hörməti, izzəti, namusu, arı,
Uca tut həmişə, ucadan uca.
Çıxmasın əynindən ismət paltarı,
Abırı, həyanı qoyma hərraca.
Mənim qəşəng nəvəm, ay üzlü nəvəm,
Yetiş muradına, şad-xürrəm yaşa.
Sən nurlu çıraqsan, mənsə tüstüyəm,
Heç zaman diləyin dəyməsin daşa.
Bir vaxt istəyimi yellər apardı,
Ay da qan ağladı əngin səmada.
Evin bərəkətin sellər apardı,
Damın dirəkləri qaldı havada.
Həmin faciədən uzağam indi
Nə işrət, nə də kef ovutmur məni
Sizin qarşınızda üzağam indi,
Gəzib dolanıram çölü, çəməni
Qocalıq əlimi sıxsa da, fəqət,
Cavanlıq eşqiylə döyünür ürək
Həmdəmim əzəldən olubdur zəhmət
Zəhmətin qoynunda yaşamışam tək.
Əlinlə sevginə min sığal da çək,
Dilindən süzülən ləl-gövhər olsun.
Hərdən cuşa gəlsin qəlbim dəniz tək,
Qələmim sizlərə qoy sipər olsun.
14.08.2009
Söz
Sözdə hünərə bax, cəsarətə bax,
Məhəbbət qalası alınır sözlə!
Sevdiyin o şikar ahu olsa da,
Tutulub qəfəsə salınır sözlə.
Dodaqdan süzülən bal kimidi söz,
Eşqin qıfılı da sözlə açılar.
Haqqa doğru gedən yol kimidi söz,
Haqdan haqq yoluna şəfəq saçılar.
Söz var deyiləndə qəlbinə yatar,
Söz də var məlhəmdir çarəsiz dərdə.
Söz də var insanı zindana atar,
Bir sözün hökmüylə məhv olar şər də.
Könül sındıran da tikanlı sözdü,
Söz yıxan evləri düzəltmək çətin.
Düzün boy-buxunu əzəldən düzdü,
Əyrini düzəldib düz etmək çətin.
Sənə söz deməyim düz olmaz, gülüm,
Söhbət də sənindi, söz də sənindi.
Əhd- peyman heç vədə pozulmaz, gülüm,
Çox şükür, düz yolla gedirik indi.
Yarın kefini də yaxşı söz açar,
Cəhd edib ayaqlaş bu həyatla sən.
Yöndəmsiz sözlərdən söz özü qaçar,
Sözünü cilala ləyaqətlə sən.
22.01.2010
Oğul, başına dönüm
İstəyimin çarası,
Gözlərimin qorası.
Könlümün bir parası,
Sənsən ömrüm-günüm,
Oğul, başına dönüm.
Çalış elə qız al ki,
O, bizim sevinci, qəmi
Çiynində daşıya bilsin.
Ağsaqqal atanla, ağbirçək anan
Səninlə bu evdə yaşaya bilsin.
1983
Könlümə şer düşüb
Nəvəm Cəlala
Dünyaya göz açdın sən on il öncə,
Dərdimiz, sərimiz döndü sevincə.
Bir başqa gecədir, vallah, bu gecə,
Könlümə şer düşüb.
Sevincdir bu gecə qəlbimə həmdəm,
Yolumu kəsəmməz nə kədər, nə qəm.
Bax elə bu saat, bax elə bu dəm,
Könlümə şer düşüb.
O isti baharlar isidir məni,
Bu şaxtalı qışlar üşüdür məni,
Göydəki mələklər eşidir məni,
Könlümə şer düşüb.
Bu gərdiş məni də yaman ləlitdi,
Mərcan axtarırdım, düşüb ləl itdi.
Öz obam dağıldı, öz elim itdi,
Könlümə şer düşüb.
Harda doğulmuşdum, gör hara gəldim,
Həsrətin əlindən zinhara gəldim,
Nə haraya çatdım, nə kara gəldim,
Könlümə şer düşüb.
Mənim odum hanı, ocağım hanı,
Bəzəkli, qurulu otağım hanı?
Dağlarda gəzdiyim o çağım hanı,
Könlümə şer düşüb.
Qanla yoğruldu, qanla bu torpaq,
Qaldı yağılara o bağça, o bağ.
Kimlər yandıracaq gorumda çıraq,
Könlümə şer düşüb.
On bahar nəfəsli yaşın mübarək,
Payızın mübarək, qışın mübarək.
Təzə başladığın işin mübarək,
Könlümə şer düşüb.
Gələcək sənindir, əzizim Cəlal,
Sənət dünyasında göylərə ucal!
Bacarsan babanı hərdən yada sal
Könlümə şer düşüb.
1993
Ay şirin payım
Nəvəm Turala
Sən gəldin bir dünya sevinc gətirdin,
Elə bil üstümdən dağı götürdün.
Səni tapan kimi, ay şirin payım,
Qəlbimdən kədəri salıb itirdim.
Ayağın bərəkət gətirdi bizə,
Son qoydun, əzizim dərd-sərimizə.
Sənin varlığına şükürlər olsun,
Yenidən qayıtdıq biz özümüzə.
Sən hələ uşaqsan, gözümün nuru,
Hələ seçəmməzsən yağını, yarı.
Həmdəmin beşikdir, bir də oyuncaq,
Sən ki, görməmisən boranı, qarı.
Qəddimi əyibdir el dərdi-səri,
Sənin ovcundadır dünya sirləri.
Kim bilir, bəlkə də sən yazacaqsan,
Hələ yazılmamış şah əsərləri.
Bu gərdiş Əvəzi Lələdağ etdi,
Dərdimi artırıb min budaq etdi.
Sənin bu gəlişin, a körpə quzum,
Könlümün evini çil-çıraq etdi.
Əziz qardaşım
Qardaşım İsgəndərə ithaf edirəm
Könlümün,
ruhumun sevincisən sən,
Qəlbimdə
əbədi bir incisən sən.
Süfrəmin
başında birincisən sən,
Sən mənim
həmdəmim, dostum, sirdaşım,
Əziz qardaşım.
Sənsizli
günlərim kədərim, qəmim,
Sənsiz dəryalarda qərq olar gəmim.
Şadlıq aləmidir sənli aləmim,
Səninlə seçilməz baharım, qışım,
Əziz qardaşım.
Ömrümün, günümün haylı günləri,
Qonaqlı, qaralı, paylı günləri.
Fərəhli günləri, toylu günləri…
Bu dəmdə əllini haxladı yaşım,
Əziz qardaşım.
Sən Vətən eşqiylə göylərə ucal,
Zəhmətdən ilham al, torpaqdan güc al.
Vaxtında yaşa dol, vaxtında qocal,
Mənim də ağ günlə ağarsın başım.
Əziz qardaşım.
1985
Çörək
Çörək süfrənin tacı,
Elin şanı, şöhrəti.
Çörək Vətənin gücü,
Çörək elin sərvəti.
Bircə qarın çörəyə,
Muzdurluq edib babam.
Düşmənin qapısına,
Çörəyə gedib babam.
Qazancın halalına,
Halal çörək deyiblər.
Şaha baş əyməyənlər,
Çörəyə baş əyiblər.
Çörək elin zəhməti,
Çörək elin qeyrəti.
Gözdən salmaq olarmı,
Belə gözəl neməti.
Dalğalanan zəmidə,
Tükənməz dənim olsun.
Çörəyə xor baxana,
Qoy çörək qənim olsun.
50 yaşım
Dostlar, məndən üz döndərdi,
Karvanını çəkib getdi 50 yaşım.
Məhəbbətin sarayını,
Kərpic-kərpic söküb getdi 50 yaşım.
Gəncliyimin budaq-budaq
Yarpağını töküb getdi 50 yaşım.
Saçlarıma öz əliylə
Qarçiçəyi əkib getdi 50 yaşım.
Əlli ildə nələr çəkib başım mənim.
Açılmayan düyün düşüb
Arzum mənim, əhdim mənim, işim mənim!
Qalmayıbdır daş üstündə daşım mənim.
Sərt ayların, nəhs illərin
Pəncəsindən saldırmışam gəncliyimi,
Güllərin yağışından səpdirmişəm,
İlk eşqimi, səadətimi, dincliyimi.
Dərd saçında
Cızbız kimi qovrulmuşam.
Ələk-ələk ələnmişəm,
Üflənmişəm, sovrulmuşam.
Qılıncını ovxarlayıb
Hücum edib aclıq mənə.
Fəlakətlər caynağından
Sağ çıxmışam dönə-dönə
Belə-belə ömür keçib,
Yaş üstünə yaş gəlibdir,
Payız çıxıb qış gəlibdir.
Yaz gəlibdir, yay gəlibdir,
Hay-haraylar qucağında
Əriyibdir əlli ilim.
Biləyimdən yapışıbdır öz diləyim,
Öz əməlim.
Dağlar mənə arxa olub, kömək olub.
Məni dağla qovuşduran
Zəhmət olub, qeyrət olub, əmək olub.
Mən dağlara güvənmişəm,
Dağ vüqarlı böyümüşəm.
İlk laylamı sular çalıb
Kaman, tarlı böyümüşəm.
Zirvəsində qartal gəzən,
Yaylağına
Karvan-karvan elim köçən,
Bulaqları diş göynədən,
Dərəsində yarpız bitən,
Qayasında min əfsanə,
Nağıl yatan,
Dünya görmüş qoca dağlar!
Qüdrətimi sizdən alıb
Ağ günlərin ağuşuna,
Şeir, sənət ocağına atılmışam.
Ləpə-ləpə yan almışam.
Dostlar, məndən üz döndərdi,
Karvanını çəkib getdi 50 yaşım
Saçlarıma öz əliylə
Qarçiçəyi əkib getdi 50 yaşım.
Nəvələr
Nəvələr çiynimdən asılır
Nənəmin naxışlı xurcunu tək.
Biri qoltuğuma qısılır,
Biri başını sinəmə qoyur
Cüyür balası tək.
Biri nağıl istəyir, biri şeir,
Biri üstümə suallar yağdırır,
«Göydə neçə ulduz var?» -deyir.
Eh! Şirin-şəkər nəvələr!
Mən nələr görmüşəm, nələr,
Aclıq, fəlakət, müharibə,
Sağdan zərbə, soldan zərbə!
Gərdişin amansız oyunlarını
Görmüşəm.
Nadanların önündə
Əyilməmişəm.,
Məğrur gəzmişəm.
Sizin də qarşınızda eniş-yoxuş var!
Külək var, tufan var, qar var, yağış var!
İndidən dözüm yığın canınıza,
Naləsini eşidin bu torpağın,
Böyüyün!
Qovun bu torpaqdan yağıları!
Sağaldın sinəmizə çəkilən dağları!
Eh! Gözəl-göyçək nəvələr,
Qönçə-çiçək nəvələr!
Olsun
Açıq qoy qapını, oğlum, açıq qoy,
Üzümə toxunan yaz nəfəsidir.
Ürəyim bir evdir qoşa qapılı,
Gözlərim o evin pəncərəsidir.
Qoy o pəncərədən baxım dünyaya,
Bəlkə, dünənimi yenidən görüm.
Boylanım günəşə, ulduza, aya,
Səmada nə duman, nə də çən görüm.
Görüm dünyamızda əmin-amanlıq,
Ömrün bütün anı xoş dövran olsun.
Bizdən əl götürsün pislik, yamanlıq,
Gələcək nəsillər firavan olsun.
2006
Olmasın
Yadıma düşür, 60 il qabaq,
Bizi qılınc tək kəsirdi sazaq.
Əli qoynunda, dizi qarnında
qalmışdı anam.
Dərin xəyala dalmışdı anam.
Papaq-papaq qar yağır,
Yağan qarnıma yağır.
-deyirdi anam.
Bacanın yaxasından
Lülə buzlar asılmışdı.
Xəstə nənəm,
Kəfrəm yorğana bürünüb,
Bir küncə qısılmışdı.
Çöldə yox, evdə yox,
Anamın ürəyində
sevinci az, dərdi çox.
Torba dağarcığı
Üzüb getmişdi payız.
Boş təhnəni, tabağı
Qab-qacağı yan-yana
Düzüb getmişdi payız.
Bayırda qar göyərmişdi
Gün işarırdı, göz yaşarırdı.
Evi bürümüşdü aclıq
Eşik çovğun, ev buzxana.
Bayatı deyirdi yazıq ana:
-Kiçik çilə, qan çilə
Kəhər atı qamçıla
Çatdır bizi bahara
Halımıza yan, çilə.
O günlər arxada qalıb,
Tarixə dönüb.
O sərt qışların, hikkəsi sönüb,
Bu gün yağan qar gözəldir,
sevinir uşaqlar.
Qoy arzular, diləklər,
Heç vaxt nakam olmasın.
Uşaqların sevinci,
Şadlığı kəm olmasın!
2007
Eylədin
«Ata-ana haqqı tanrı haqqıdır»
İmkan ola-ola qocalar evinə
Atılan atanın dilindən.
Niyə qorunmadın şərdən, xatadan,
Niyə gen dünyamı sən dar eylədin.
Heç üz döndərərmi oğul atadan,
Dost, doğma atanı inkar eylədin.
Niyə gen dünyamı sən dar eylədin.
Qəmli ürəyimə xal düşən kimi,
Şəvə saçlarıma çal düşən kimi,
Hərdən bir əlinə pul düşən kimi,
Gedib özgələrlə nahar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Gecəni sübhədək beynimi yordun,
Sinəmə sağalmaz yaralar vurdun.
Qırılmış könlümü yenidən qırdın,
Sonra da qarşımda ah-zar eylədin.
Niyə gen dünyamı sən dar eylədin.
Kim barın olubdu dünya malından,
Kim səni çaşdırdı doğru yolundan.
Kim ölüb dünyanın qilü-qalından
Yadların bağını bahar eylədin
Niyə gen dünyamı sən dar eylədin.
Şirin gülüşümü aldın əlimdən,
Məğrur yerişimi aldın əlimdən.
Nəvə görüşümü aldın əlimdən
Ağzımın dadını zəhər eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Yağdırdın yalanı, şəri üstümə,
Bir naşı, şərəfsiz durdu qəsdimə.
Yandım, çatmadılar mənim tüstümə
Məni el içində sən xar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Görürəm, fitnəyə, felə düşmüsən,
Oddan əlin çıxıb külə düşmüsən.
Dəymişin tökülüb kala düşmüsən,
Məni qəm çəkməyə vadar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Qayıt cızığına, lənət şeytana,
Allah da qarğıyar böhtan atana.
Yazığın gəlmədi, yazıq atana,
Onun can evini tarmar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Nəvələrim
Uca-uca dağlar aşdım,
Zirvələrlə qucaqlaşdım.
Sizə neçə nəğmə qoşdum
Gül nəfəsli nəvələrim,
Gözəl səsli nəvələrim.
Yanağınız çiçək-çiçək,
Saçlarınız şəlalə tək,
Dağa dönür məndə ürək,
Sizi belə şən görəndə,
Yaman günü gen görəndə.
Kim zəhmətlə ucalarsa,
Çatar aya, çatar Marsa.
Aranızda tənbəl varsa,
Onu sevməz bu el-oba,
Küsər ondan Şaxta baba.
Sizə gülüş gətirmişən,
Fərəh, sevinc gətirmişəm,
Min yüksəliş gətirmişəm,
Qucaq-qucaq arzulardan,
Bu dövrandan, bu bahardan…
Sənə sözüm var
(Şirzadın 45 illiyinə)
Məni haqlayıbdı artıq qocalıq,
Dizimə taqət ol, gözlərimə nur.
Ağılla, kamalla qazan ucalıq,
Qarşına çıxmasın heç vaxt bəd uğur.
Alçaq adamlardan bacar uzaq gəz,
Tamaha ağa ol, kamala qul ol.
Ağılsız hərəkət bir fayda verməz,
Ağıla, hikmətə, amala qul ol.
Tamahkar adamla dostluq əbəsdir,
Tamahkar dünyanı beş əlli tutar.
Toxum çürükdürsə, qulluq əbəsdir,
İnsan təmizliklə vüqarlı olar.
Var dövlət yığmağa çox da can atma,
Sənə çatmayacaq bir cüt corab da.
İşinə can yandır, günü yubatma,
Yanğını söndürməz «Qax» da, «Sirab» da.
Çalış borc-xərc ilə yaşama qəti,
Həmişə işində, sözündə düz ol.
Yadından çıxmasın elin adəti,
Qonşunun malına, malın tək göz ol!
Olanda yeyib-iç, şad-xürrəm yaşa,
Yoxdursa, nə etmək, vecinə alma.
Dünyada hər nə var, yaranıb qoşa,
Tanrı qismətinə sən asi olma!
Nöqsanlı işləmə söz gəlsin sənə,
Özünü qovğaya, alova salma.
Layiqli övlad ol doğma Vətənə,
Elin adətinə biganə qalma.
Uyub bəd əmələ, əməlsiz olma,
Adın pis çıxmasın eldə, obada.
Çalış xeyir – şərdən kənarda qalma,
Elinlə gül açsın arzun dünyada.
Yurdun keşiyində dayan mərdana,
Pis işlər gəlməsin sənin əlindən.
Dünyaya gətirib səni mərd ana,
Yalan söz qaçmasın bacar dilindən.
Allah bağışlamaz yalan deyəni,
Yalan danışandan vətəndaş olmaz.
Yalançı qorumaz ana Vətəni,
Yalan danışanı sevən tapılmaz.
Yalan dediyinin üstü açılsa,
Deyərlər: - «Kişisən, yalan danışma»!
Ölümdən betərdi insan alçalsa,
Məclis - mərəkədə kalan danışma.
Qoru ləyaqəti, saxla hörməti,
Giley eyləməsin bir kimsə səndən.
Həmişə uca tut namus-qeyrəti,
Oturub-duranda düşün dərindən.
Oğul var itidir fəhmi, ağılı,
Oğul var bir elə xətası gəlir.
Yaxşıdan yaxşı ol, ay Əvəz oğlu,
Desinlər, Şirzadın atası gəlir.
İlk zəng
İlk zəng…
Mənəviyyat aləminə atılan ilk addım,
Ürəklərin kövrək döyüntüsü, sədası.
Dodaqlardan süzülən sevinc harayı,
Gülüş nidası!
Qəlblərdən əriyib gedən qəm,
Körpə barmaqlarla ilk dəfə
Tutulan qələm.
Lövhədə yazılan «A» hərfi, ana səsi,
Ömrün bir parçasının şirin nəğməsi.
Gələcəyə zillənən ilk qaynar baxış
Körpə təfəkkürünə həkk olan
İlk mənəvi naxış.
Səmaya açılan yolun əzəli
Könüllərin bir yetkin arzusu,
Körpə təbəssümü, səhər yuxusu.
Bir diləyin qolundan yapışan ilk əl,
Bəşəri xeyirxahlığa səsləyən
Xeyirxah əməl.
İlk zəng!
Səslən, səsin ucalsın!
Alovlu nəfəsinlə sübhün çırağı yansın.
Yer üzünü nurladan nurlu günəş ayılsın,
Qızıl telli ziyası pərdə-pərdə yayılsın.
Qulaqları batıran,
Qayaları çatladan,
Vahiməli səsləri etişməsin nəsillər.
Qapıları döyməsin çətin illər, nəs illər.
Səslən, səsin ucalsın!
Dünyamıza dərd olan
Bəd səslərdən bac alsın.
Qardaşlığa, dostluğa təməl olsun,
Tac olsun.
Kainatı oyadan qoy sənin səsin olsun.
Ay mənim körpə zəngim, ilk zəng!
Səslən, səsin mübarək!
Gedin, uğurlar olsun
Son zəng!...
Sinəmdə aramla döyünür ürək.
Köksümdə baş qaldırır,
Sevinc harayı, qəm səsi.
Körpə təbəssümü, gənclik qəhqəhəsi,
Müəllim əməyinin zəfər nəğməsi!
Çöhrələrə sevinc gəlir, qəm çökür,
Hay-haray azalır,
Yaddaşlarda mənalı illərin
İzi qalır.
Baxışlar süzgün,
Görüşlər mehriban,
Gülüşlər cazibədar!
Məktəblə vidalaşır,
Sevimli, şən uşaqlar.
Bu ayrılıq çağında
Sevdalar qucağına atılır gənclik.
Pərvazlanıb uçmaq arzusu,
Dolur könüllərə.
Bir sənətin ardınca düşür,
Bir diləyin biləyindən yapışır hərə.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar!
Alnı açıq vurdunuz
Siz də sona məktəbi
Qəlbinizdə yaşadın,
Doğma, ana məktəbi.
Bu məktəbin gücündən
Qəhrəmanlar güc alıb,
Yerdən göyə ucalıb.
Sizi cavanlaşdıran,
Müəllimlər qocalıb.
Qara saçlar ağ olub,
Sinifdə neçə dəcəl,
Mülayim uşaq olub,
O mehriban dəcəllər,
O mülayim uşaqlar
Gözlərə çıraq olub.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar.
Bahar günəşi çıxsın
Hər zaman qarşınıza
Yollarınız nur olsun.
Gedin, sizdən doymadım,
Yaxşı yol, uğur olsun!
Unutmadıq o qayğını
Birinci sinif müəllimim Mehdiqulu Əliyevə
Sərt ayların
pəncəsinə
Yaman
düşdük biz 43-də,
«İlk Zəng»in
də sədasında
Qəm eşitdik
biz 43-də.
Atam getdi cəbhələrə
Mən məktəbə
gedən günü,
Həmin
vaxtdan anam çəkdi
Öz çiynində
ev yükünü.
Səksəkəli hala saldı
Üzüqanlı
zaman bizi,
Gözlərimiz
açılmamış
Yetim
gördük özümüzü.
Bir əlimiz
yazı yazdı,
Bir əlimiz çörək kəsdi.
Aman Allah! O illəri,
Qayıtmasın bir də geri…
Sən lövhədə «Ata» yazdın,
Nalə qopdu qəlbimizdən.
Gözlərimiz silələndi
Vərəqlərə sel ələndi.
Telimizi sığalladın
Qayğı ilə, nəvazişlə,
Könlümüzü ovundurdun
Bir yumorla, bir gülüşlə.
Sən bizlərə dayaq oldun.
Arxamızda bir dağ oldun.
Yaman günə dözməyi də sən öyrətdin,
Bizə məğrur gəzməyi də sən öyrətdin.
Sən öyrətdin eniş-yoxuş çıxmağı da,
Sən öyrətdin gözəlliyə baxmağı da.
Mərdliyi də, sərtliyi də
Həkk elədin köksümüzə.
Ətir səpdin üstümüzə
Zəhmət ətri, qeyrət ətri.
Bizə elə kitab verdin
Ləldən oldu hər sətri.
Qanımızda cövlan etdi el qeyrəti,
Unutmadıq o qayğını, o zəhməti.
Əllərinin sığalını telimizdə
saxladıq biz.
Şirin-şəkər sözlərini dilimizdə
saxladıq biz,
O mənalı baxışını gözümüzdə
saxladıq biz.
Sənin bütün varlığını özümüzdə
saxladıq biz
Duruşunu yamsıladıq,
Yerişini yamsıladıq
Nə gizlədim, uşaqlıqda
Hər işini yamsıladıq.
Hansımızda yaxşı nə var
Körpəlikdə səndən aldıq
Bəlkə elə o səbəbdən
Bir neçəmiz müəllim olduq.
Məktəb, mehriban ana
Məktəb, mehriban ana,
Şam kimi yana-yana,
Nur səpirsən hər yana!
Gör nə qədər məzuna,
Yeni həyat verirsən.
Dünyanı dərk etməyə
Mənəviyyat verirsən.
Pərvazlanıb uçmağa
Qartal qanad verirsən.
Məktəb, mehriban ana,
Mən sənin yollarında
Eniş, yoxuş görmüşəm,
Şaxtalı qış görmüşəm,
Çiçəkli yaz görmüşəm,
Günəşli yaz görmüşəm,
Qızıl payız görmüşəm,
Qucağında böyüyən
Mərd oğul, qız görmüşəm.
Məktəb, mehriban ana,
İlhamı səndən aldım,
İnamı səndən aldım
Sənin isti qoynunda
İldə bir arpa boyda
Qayğın ilə boy atdım,
Gəlib, ərsəyə çatdım.
Səndən hünər, güc aldım
Yerdən göyə, ucaldım,
Məktəb, mehriban ana,
Sən nələr görməmisən
Ötüb keçən yaşında.
Divarında, daşında
Körpə nəfəsim qalıb
Gənclik həvəsim qalıb
Həqiqət səsim qalıb.
Boyuma yaraşıqsan,
Gözlərimə işıqsan
Qollarıma qüvvətsən,
Dizlərimə, taqətsən
Sən mənim həyatımsan
Qolumsan, qanadımsan
Toyumsan, büsatımsan,
Laylamsan, bayatımsan,
Təzəmsən, boyatımsan
Aranımsan, dağımsan,
Çeşməmsən, bulağımsan
Baharımsan, yazımsan
Telləri min havalı
Dil-dil ötən sazımsan
Kəbəmsən, Kərbəlamsan
Qibləmsən harda varsan
Yerdəki səcdəgahım
Göydəki Allahımsan!
Məktəb, mehriban ana,
Şam kimi yana-yana
Nur səpirsən hər yana.
Комментарии
Отправить комментарий