Dünya


Dünya

Qələm çalan nə bəd çalıb,
Pərgəri pozulan dünya.
Qara bəxti qara xətlə,
Qapqara yazılan dünya.

Şərqində qanlar tökülür,
Ulu məbədlər sökülür,
Hər yerində turp əkilir,
Torpağı qazılan dünya.

Qalmayıbdı daş daş üstə,
Indi göz olub qaş üstə.
Nə quru, nə də yaş istə
Kəndiri kəsilən dünya.

Köçüm azdı Yeddiqatda,
Qənim oldu Yeddiqat da.
Tər gülləri tapdıq altda,
Tapdanıb əzilən dünya.

Bülbüllər ölür qəfəsdə,
Quşlar köçür dəstə-dəstə.
Əvəz dərddən olub xəstə,
Hər dərdi dözülən dünya.





Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa