Bəxtimin
Bəxtimin
Hansı yolkəsənin ucbatındandı,
Bağlanıb açılmır yolu bəxtimin.
Sərv-xuramanım qalıb qürbətdə,
Bəxti yaman yatıb ulu bəxtimin.
Söz aldım danışam, kəsdi sözümü,
Qoruya bilmədim ondan özümü.
Namərdin tikanı tökdü gözümü,
Yenidən dəyişdi halı bəxtimin.
Dağların qoynunda bağladım nigah,
Belə müsibəti götürməz Allah.
Lələdağ olmadı bu sirdən agah,
Vədəsiz saraldı gülü bəxtimin.
Комментарии
Отправить комментарий