Ağdü lətifələri 3
Topor neto
«N» hərbi hissəsində intervalların
yoxlanılması üç gün idi davam edirdi. Siyahıda qalan
təkcə balta idi. Baş
müfəttiş
baltanı götürüb başladı deyinməyə:
—Baltanın ağzı ovxarlı deyil, sapı acar ağacından olsaydı yaxşı olardı və s.
«N» hərbi hissənin təsərrüfat işləri üzrə müavini Hüseyn baltanı pəncərədən atır bayıra və deyir:
—Sluşay, topor neto!
İclas
davam edir
İclasa gələnlərdəb bir neçəsi bir növ adətkarda olmuşdular. İclas başlanan kimi yatar və yanındakılara deyərdilər:
—Zəhmət olmasa iclas qurtaranda bizi də durğuzun.
Bir dəfə iclasın şirin yerində güclü leysan yağır və sel dolur zala. Hamı çıxır dəhlizə,
yatanlar islanırlar. Məhərrəm oyanır, görür suyun içindədir. Hövlanak qaçır bayıra:
—Ə, Əliş, ə nə təhər adamsan ə! Ə, demədim iclas qurtaranda məni də durquz?
Əliş bir az qabağa yeriyir
və deyir:
—Brat, sən dedin iclas qurtaranda səni durğuzum. Axı iclas hələ qurtarmayıb, davam edir.
Kişi
Kəndimizdə Xankişi adlı bir nəfərin işi düşür milisə.
Rəis:
—Adın nədir?
Xankişi:
—Kişi!
Rəis:
—Məni dolamısan?
Xankişi:
—Naçalnik, adım Xankişi idi. Şura höküməti gələn kimi xanı, bəyi götürdü. Mənim də adım qaldı «Kişi». Ta niyə hirslənirsən?
Qorxuram
Sabir avtobusda uyğun yerlərdən birində oturub şellənirdi. Növbəti dayanacaqda Alverdi avtobusa mindi, yer olmadığı üçün ayaq üstə dayandı. Sabir heç vecinə də qoymadı. Alverdi yavaş-yavaş ona
yaxınlaşıb dedi:
—Sabir, bala,
sən ayaq üstə dura bilmərsən?
Duraram, niyə durmuram. Amma...
—Nə amma?
—Qorxuram yerimi tutasan
qalam yersiz.
Vot
eto fizik
Seyfəddin müəllimin həyat yoldaşı Xoşqədəm sənədlərini verib universitetin qiyabi şöbəsinə qəbul olunmuşdu. Ona kimyadan, fizikadan, riyaziyyatdan yoxlama işləri gəlmişdi. Seyfəddin müəllim fənləri dostları arasında payladı, fizika müəllimi olduğu üçün fizikadan
yoxlama işini özü yazmalı oldu. Yazı işləri göstərilən ünvana göndərildi.
Cavablar hamısı «məqbul»,
fizika «qeyri-məqbul»
gəldi. Milliyətcə rus olan İrina Vladimirovna
işə belə yekun vurdu:
—Vot
eto fizik!
Günahkar
mənəm
Bir dəfə Kötüyün evini yağmalayırlar, nəyi var aparırlar. Səsə-küyə gələn polis çinovnikləri ölçüb-biçəndən sonra başlayırlar Kötüyün barəsində deyinməyə:
—Hasar alçaqdı hasarın üstündə şüşə qırıqları yoxdur, qapının qıfılı nömrəli deyil, qapı dəmir olsa belə olmazdı və s.
Kötük onların dediyi bu
sözlərdən hiddətlənib deyir:
—Sizin dediyinizdən belə çıxır ki, günahkar mənəm?
Əncir ağacı
Günlərin bir günündə Yarməmməd adlı bir pəhləvan gəlir Gündüşməz kəndinə. Çıxıb ortaya başlayır meydan sulamağa:
—Döşümə çıxan gəlsin-deyir.
Camaat fikirləşir ki, bu pəhləvanın öhdəsindən gəlsə Kötük gələr.
Adam göndərib Kötüyü çağırırlar. Kötük gəlir.
Ona ürək-dirək verib:
—Bax kəndin adını batırma ha-deyirlər.
Kötük özünə baxır, pəhləvana baxır, içinə bir qorxu düşür. Göz gəzdirir görsün nədən yapışmaq olar. Yaxında bir əncir ağacını görür. Güləşin şirin yerində girəvələyir yapışır əncir ağacından. Yarməmməd pəhləvan nə illah edir Kötüyü ağacdan qopara bilmir. Axırda ya Mədəd,-deyib güc verir. Əncir ağacı köklü-köməcli gəlir. Hamı düşür Kötüyün üstünə:
—Adımızı batırdın, o cəmdək sənə haram olsun. Bivec boyunu yerə soxum və s.
Kötük deyir:
—Ay
camaat, mən gücsüz oldum, bəs bu əncir ağacı niyə torpağın əməyini itirdi, hıy?
Qayıb yazmışam
Müdir uşaqları bayırda gəzən görüb Kötüyü
çağırır, qəzəblə deyir:
—Kötük müəllim,
nə üçün şagirdlər sinifdə deyil, çöldə gəzirlər?
Kötük bir az qabağa yeriyib deyir:
—Səs salma, cənab müdir. Mən işimi bilən adamam. Şagirdlərin hamısına «qayıb» yazmışam.
Bəs məni öpən kim idi?
Kötüyün
çox cavan vaxtı idi. Sevdiyi qızla
metroda üz-üzə dayanmışdılar. Birdən
o qızın qulağına pıçıldayır:
—Əzizim, işıqlar
sönsəydi
səni
bir doyunca öpərdim.
Qız təəccüblə:
—Əzizim, bəs bayaq işıq sönəndə məni öpən kim idi?
40 illik mürəbbə
Bir gün Kötüyün dostlarından biri gəlir Kötükgilə və deyir:
—Kötük qağa, qabağında ölüm, arvad bihaldı, həkimlər ona mürəbbə buyurublar. Eşitmişəm həmin mürəbbə səndə var. Yox demə.
Kötük çox toxtaq halda:
—Var, 40 illik mürəbbə məndədir. O,
gedir mürəbbə küpünü gətirib qoyur dostunun qənşərinə. Dostu deyir:
—Bundan bir az ver aparım
arvadıma,
yesin sağalsın.
Kötük cavab verir:
—Qardaş, verə bilmərəm.
Mən bu mürəbbəni verməmişəm ki,
40 ildir qalır da, bə!
Yazmaq
papaqladırsa
Kötük məhəllə məscidinə axund təyin edilmişdir. O, başına yekə papaq qoyub oturmuşdu
yuxarı başda.
Bir nəfər içəri daxil olub ədəb-ərkanla salam verir və bir dua yazmasını xahiş edir. Kötük onu başa salır ki, savadı yoxdur, dua yaza bilmir. Müştəri ciddi əsəbləşir:
—Ə, yaza bilmirsənsə bu yekəlikdə papağı niyə qoymusan başına?
Kötük papağını çıxarır və deyir:
—Dua yazmaq papaqdadırsa, al papağı qoy başına özün yaz.
Nə vaxt sənə mane olmuşam?
Bir nəfər xeyli alma satıb pullarını
sayırmış.
Bir nəfər
səfil kökündə ona yaxınlaşır və deyir:
—Xahiş edirəm mənə bir manat verin.
Alma satan başını qaldırıb yuxarı baxmır. Səfil yenə deyir:
—Əzizim, axı müharibə eləmişəm, Vətəni müdafiə etmişəm, xeyli düşmən öldürmüşəm, mənə bir manat ver, gedim yüz qıram çaxır içim.
—Əzizim, sən vuruşanda, Vətəni müdafiə edəndə, düşmən öldürəndə mən sənə mane olmuşam? Niyə mənə mane olursan?
Çox gözəl sağlıqlar deyildi.
Toylarda çox masabəylilik edən bir dostum var, adını hələlik «Rahib» qoyuram. Hər dəfə «burada çox gözəl sağlıqlar deyildi» ifadəsini çox işlətdiyi üçün dili bir növ adətkarda olub.
Bir iclasda ona da söz verdilər.
O, kürsüyə qalxan kimi:
—Əziz dostlar, burada çox gözəl sağlıqlar deyildi. Mən də sağlıqlara qoşuluram.
Yerdə pıçhapıç düşdüyünü görüb özünü ələ aldı:
—Elə bu çıxışlar da sağlıq kimi bir şeydi, -dedi.
Onda
dur məni
yola sal
Bir dəfə Kötük gedir yeməkxanaya, karlı sifariş verir. Yeyib-içir, ancaq cibində pulu olmur. Yeməkpaylayan ona yaxınlaşanda Kötük soruşur:
—Qardaş, sizin bu yeməkxanada heç pul verməmiş gedən olur?
—Olur.
—Onda ona nə deyirsiniz?
—Ona? Heç nə! Salırıq boş oyağa mitilinə çırpıb buraxırıq.
—Onda dur məni yola sal gedim.
Elə indi düşmüşəm
Bir dəfə kötük sərxoş vəziyyətdə özünü 5-ci mərtəbədən buraxır yerə.
Adamlar onu dövrə alırlar. Bu vaxt polis ona yaxınlaşıb
soruşur:
—Buradan nə hadisə baş verib?
Kötük üst-başını çırpıb deyir:
—Vallah, mən də bilimirəm,
elə indicə düşmüşəm yerə.
Sən gedirsən ora, kişi gəlsin bura?
Bir gün Kötük Moskvada çox gəzir,
az dolanır gəlib çıxır Qızıl meydana. İlahi, burada nə qədər adam sıraya düzülüb? O, bir nəfərdən soruşur:
—Sluşay, burada nə satılır?
Qarşısındakı adam ona tərəf tərs- tərs baxır:
—Nə satırlar? Görmürsən Leninlə görüşə gedirlər.
Körük fikirləşir ki, həm ziyarət, həm ticarət gəlmişəm elə kişi ilə də görüşüm. Amma baxır ki, adam çoxdu, növbəyə dursa, bazar-dükanı gəzə bilməyəcək. İstəyir aradan dürtülə, gözətçi buraxmır ki, növbəni pozmaq olmaz. Kötük çox deyir, gözətçi az eşidir. Axırda Kötük əlli dolları çıxarır qoyur gözətçinin ovcuna. Gözətçi dolları görən kimi deyir:
—Bu başqa məsələ, indi sən gedirsən ora,
yoxsa kişi gəlsin bura?
Bunların yerinə.
Deyirlər qaş-daş yığmağa
hərislik
edən
bir adam varmış. O, zirzəmidə heç kimin xəbəri olmadan xəzinə düzəltdirir, tilimli
qapı saldırır. Onu
içəridən açmaq ancaq açarla
mümkün olarmış. Bir
gün yenə
onun əlinə xeyli qənimət düşür və o sevincək qaş-daşı, ləl-gövhəri xəzinəyə aparır. Sevinmək onu çaşdırır, açar
qalır çöl tərəfdə qapı örtülür. Haray
hara çatar? O, ömrünün
son dəqiqələrində qolunu kəsir qanı ilə zirzəminin divarlarına
bu sözləri
yazır:
-«Burulğanına
düşdüyüm bu qədər qaş-daşın yerinə bir parça çörək, bir
stəkan
su olsaydı mən bir həftə də yaşaya bilərdim».
Qələt eləyirəm
Bir gün dostlara xəbər çatır ki, Mustafa
bərk
bihaldı, özünü-sözünü
bilmir. Bir
azdan sonra bildirdilər ki, heç adam tanımır. Hamı
təəssüflənir və deyir: «Hayıf
Mustafadan, canlara
dəyən adam idi, Allah
qıymasın, Allah
salamatçılıq eyləsin». Nə isə. Belə-belə söhbət yayıldı ki, iraq
candan hələ lap əzrayıl da bir-iki
dəfə gəlib qayıdıb. Bəli dostlar sözü
bir yerə
qoyub gedirlər Mustafaya baş çəkməyə. Qıtlıq, bahalıq. Evə gələni qapıdan qovmazlar
ki! Birinci
badəni
Mustafanın sağlığına qaldırdılar və onun yastığının yüngül olmasını, tez
sağalıb qalxmasını diləyirlər.
—Axı
mən
xəstə deyiləm. Vacib
işim var idi işdə müavinə tapşırdım ki, xəstəyəm. Bir
də
qələt eləyərəm, xəstələnmərəm-deyə Mustafa dostlarına
bildirir.
Burda xeyir olmaz.
Bekarçılıqdan təngə gələn Kötük bir işin
qulpundan yapışıb dolanışığını yaxşılaşdırmaq fikrinə düşür. Yaxın
dostlarından biri ona bir yaxşı məsləhət verir:
—Ə Kötük, Gündüzməz kəndində Malqarınov yaxşı
bir dəyirman
tikdirib. Dəyirmançı Hülbixanov
allah adamıdı, oruc
tutan, namaz
qılan, fitrə və sadağa verən mömin bəndədi. Onun
yanına get, naümid
qayıtmazsan.
Dostunun məsləhətindən Kötüyün ağlı
bir şey kəsməsə də təzə açılmış dəyirmana gedir, gecə dəyirmançının qonağı
olur. Sübhçağı
çaqqallar ulaşmağa başlayır. Kötük
görür ki, dəyirmançı qalxdı, tələsik dəstamaz aldı başladı
namaz qılmağa. Axşama
qədər Kötük dəyirmanın yan-yörəsində fırlandı. Axşam
iftar vaxtı tülkü vaqqıltısı eşidən ev yiyəsi iftarını açmaq
üçün hazırlıq gördü. Kötük
dəyirmançının
bu hərəkətlərinə məəttəl qalır və soruşur:
—Dəyirmançı qardaş, sübh
çağı çaqqal uladı, namaza
durdun, axşam
tülkü vaqqıldadı iftarını açdın, məni bu sirdən agah elə görüm bu nədi axı? Dəyirmançı deynən hə, deyib
biz dədə-babadan belə görmüşük dedi.
Kötük
qalxıb üstünə qonmuş un tozlarını çırpdı və dedi:
—Bir
yerdəki
çaqqal ulaması ilə namaz qılına, tülkü vaqqıltısı
ilə
iftar açıla, belə yerdə xeyir olmaz deyib
şələ-şüləsini götürüb aradan
çıxır.
Belə ağrı görməmişəm
Bir dəfə Kötüyün böyrəkdən şiddətli ağrısı tutur. Onu
təcili
yardım maşını ilə xəstəxanaya çatdırırlar. Onun
bir ünü yerdə, bir ünü göydə olur. Xəstəxanadakılar onun
qışqırığına palatalardan dəhlizə çıxırlar. Qadınlardan biri-Dürnisə yaxınlaşır Kötüyə və canyanğısı ilə deyir:
—Can
a bala, mən qadınlara xas
olan ağrıları görmüşəm, ta beləsindən olmaz. Bu
qadın sancısından da betərdir.
Mən dilənçilik edirəm.
Kötük yolun ortasında dayanıb bir qadının pul
saydığını görür. Xəzri də ki, atını
dördnala çapırdı. Birdən külək qadının əlindən pulları aldı, səpələdi yerə. Qadın
başladı:
—Allah
eşqinə
kömək
edin.
Kötük
pulları yığıb verir qadına. Qadın
pulu sayır deyir:
—500
çatmır. Kötük
and-aman edir ki, məndə yoxdur.
Qadın:
—Adə, mən dilənçilik edirəm, ona
görə
yalvarırdım ki, Allah
eşqinə
kömək
edin, Allah
qazancını qabağında eləsin, kömək əlini uzat.
İki məktub
Bir varlı adam ölüm yatağında oğlu Kötüyü çağırır, deyir:
—Oğlum, Kötük, mən sənə iki zərf verəcəm, birinci
zərfi
mən
canımı tapşıranda açarsan, ikinci
zərfi
dəfndən sonra açarsan. Kötük
atasının vəsiyyətinə əməl edir. Atası
canını tapşırandan sonra birinci zərfi açır, baxıb
görür ki, atası
yazıb:
—Mən canımı tapşıranda
ayaqlarıma corab geydirin.
Molla məsələni eşidən kimi daş atıb
başını tutur daşın altına. Nə danışırsız, şəriət buna icazə vermir. Kişini
dəfn
edəndən sonra ikinci
zərfi
açıb oxuyur. Görür
ki, atası
yazıb: «Mən bilirdim, bu
qədər var-dövlətdən mənə bir corab də verməyəcəksiz.
Mənim də əlimdən bu gəlir.
Bələdiyyənin sədri söz verir
ki, Kötüyə torpaq sahəsi ayıracaq, günlər ay, aylar
il olur, bir
xəbər çıxmır. Sonra
aydın olu ki, Kötüyün
adını siyahıdan pozublar. Bir
gün Kötük sədrlə üz-üzə gəlir, Kötük
ona salam vermədən keçib gedir. Sədr əsəbi halda:
—Ə, Kötük, nə qudurmusan, yekəlmisən maa salam vermirsən?
Kötük:
—Cənab sədr, neyləyim, mənim də əlimdən gələn budur.
Nəzir qutusu
Bir dəfə Kötük nəzir qutularından
birinə
nəzir
atır və
bir neçə
addım atıb aralanır. Ayağı
ilişib yıxılır və qolu sıyrılır. O, ufuldaya-ufuldaya
ayağa durur və görür ki, bir uşaq da həmin nəzir qutusuna yaxınlaşır. Kötük
qışqıra-qışqıra:
—Bala, bala, o
qutu işləmir, ona
nəzir
atma, mən atdım, yıxıldım
qolum sıyrıldı.
48-ci ilin ikinci
yarısında
Bir
gün Kötükdən
soruşurlar:
—Cənab Kötük, siz
nə
vaxt anadan olmusunuz?
Kötük
bir qədər fikirləşir və deyir:
—Dəqiq deyə bilmərəm, nənəm həmişə deyərdi: 1948-ci
ilin ikinci yarısında anadan olmuşam. Mən dünyaya gələn günü qonşumuzun
evi uçub, Mirzənin kəhər madyanı qulunlayıb.
Səndə işləyə bilmədin.
Ağlıkəm həmişə intriqanın azarkeşi
idi. Həmişə çalışırdı ki, qarşıdurma
olsun, nöqsanlarının
üstü açılmasın. Hər gələn müdir də onunla hesablaşırdı.
İş elə
gətirdi
ki, Kötüyü həmin müəssisəyə müdir təyin etdilər. Orasını da deyim
ki, Kötük də qabağından yeyən deyildi ha!
O,
bir gün qapının ağzında dayanıb əmək intizamına nəzarət edirdi. Ağlıkəm adəti üzrə yenə saymazyana işə gec gəldi. Kötük ona
iradını bildirdi. Ağlıkəm Kötüyə tərəf tərs-tərs baxıb dedi:
—Yox
dost, deyəsən sən də işləyə bilmədin.
Şors küçəsində.
Bir dəfə Kötük bir küçədə bir meyid görür,
polis idarəsinə zəng edir:
—Alo, bu... bura p..polis idarəsidir?
—Bəli.
—Bu.. burda bir meyid var. Gə..gəlin aparın.
—Hansı küçədədir?
Pəltək Kötük sözü tələffüz edə bilmir və deyir:
—Şe.....Şe....
Polis soruşur:
—Şeyx Şamil?
—Yo...x!
—Şıxov?
—Yo...x!
Polis
dəstəyi yerə qoyur.
Pəltək yenə zəng vurur:
Alo, bu..burda bir meyid qa...qalıb a...axı, gə...gəlib götürün.
—Hansı küçədədir?
—Şe....Şe....
—Şıxov?
—Yo...yox.
—Şors?
—Hə...hə.
—Bəs səhərdən bəri soruşuram, niyə demirsən?
—Mə.....meyit başqa küçədə idi. İndi sürüyüb
gətirmişəm buraya, gəlin aparın!
Niyə görünmürsən?
Kötük işə hərdən bir gəlirdi.
Gələn kimi də müdirin yanına keçib hal-əhval tutardı və deyərdi:
—Müdir, xeyir ola görünmürsən?
Belə
getsə…
Bir nəfər çobanı ucqar dağ kəndlərindən əsgərliyə göndərirlər. Hərbi təlim keçmədən əlinə silah verib oturdurlar səngərdə. Çoban fürsət tapıb evə- anasına məktub yazır: «Ana, akopdayam. Akop erməni adı deyil ha, qazdığımız çala yerə «akop» deyirlər. İşlərimiz xod gedir, qələbə bizimlədir. Germanlar qovur, biz qaçırıq. Hesablamışam belə getsə bir həftəyə evdəyəm, İnşallah».
Elə
düşüb ki…
Kötük dostu ilə şəhərə kasıbçılıq etməyə gedir. Hərəsi bir qaloş alıb təyyarə ilə geri qayıtmalı olurlar. Havada təyyarədə nasazlıq baş verir. Hərə öz başına çarə qılmağa çalışır. Kötüklə dostu özlərini atırlar. Kötük ayaq üstə, dostu başı üstə düşür. Düşdükləri yer də bataqlıq olur, Kötük özünü düzəldəndə görür ki, dostunun ayaqları yuxarı başı aşağı düşüb. Deyir:
-- Allah, oydu, Allah, özü belə
düşüb ki, qaloşları bulaşmasın,
e!
Pişiyin
şətəli
Deyirlər ki, meşədə çoxlu meymun yaşayırmış. Onların arasında başbilən, müdrik bir qoca meymun cavanlara faydalı məsləhətlər verər, düzgün yol göstərərmiş. Bir gün o, cavan meymunlara deyir ki, şəhərdə xoşagəlməz bir əhvalat baş verib. Pişiklə qarının arasında ədavət düşüb. Qorxuram pişiyin şətəli bizə toxuna. Gəlin məni eşidin, vaxt ikən yerimizi dəyişək. Cavanlar onun məsləhətini lağa qoyurlar: Şəhər hara, biz hara?
Bir gün qarı bazardan evə qayıdır, görür ki, pişik başını salıb qovurma küpəsinə yeyir. Qarı pişiyi tutub döyür, ürəyi soyumur, bir şüşə ağ nefti tökür pişiyin üstünə və od vurur, pişik yana-yana qaçıb, özünü şahın şirlər saxlanan damına salır. Yanğın nəticəsində şirlərin tükü ütülür. O biri tərəfdən də başqa bir şah elçi göndərib bildirir ki, gələn həftə şirlərin yarışı keçiriləcək.
Şah bütün alim və biliciləri çağırıb deyir:
-- Bir həftəyə şirlər tüklənməsə hamınızın boynunu vurduracağam.
Alimlər çox götür-qoy edirlər, axırda bu nəticəyə gəlirlər ki, şirləri ancaq meymun yağı tükləndirə bilər. Bəli, meymunlar yaşayan meşə mühasirəyə alınır və bütün meymunlar ağzıbirə yığılır. Cavan meymunlar qorxa-qorxa qoca meymundan soruşurlar:
--Axırımız necə olacaq?
O deyir:
--Ulu sözünə baxmayan ulaya-ulaya qalar, deyiblər. Sizə dedimmi pişiyin şətəli bizə toxunacaq.
Ölülər elə bilir...
Günlərin bir günü adamlar arasında belə bir söhbət düşür ki, gecə heç kəs qorxusundan qəbirstanlığa girə bilməz. Kötük böyürdən çıxıb deyir: --Mən gedərəm.
Adamlar şərt kəsirlər, əgər sən qəbirstanlıqda halva çalıb gətirsən 1000 manat udacaqsan. Kötük razılaşır, halva üçün bütün lazım olan şeyləri götürüb gedir qəbirstanlığa. Uca bir baş daşı seçib dibində ocaq qalayır. Başlayır qazan asıb halva çalmağa. Bu yandan adamlardan biri Kötüyü eyməndirmək üçün xəlvəti gəlib daşın yanından əlini qazana tərəf uzadır. Kötük elə bilir əl qəbirdən uzanır. Qaşıqla əlin üstündən vurub deyir:
--Ay balam,qoy bişsin də mən yedim sənə qalmadı? Sən öl, burada deyiblər «Ölülər elə bilir, dirilər halva yeyir»
Комментарии
Отправить комментарий