Altay


Altay
(nəticəm Altaya)

Altay qədər yaşın olsun,
Yaşın mübarək.
Təzə- təzə dişin çıxır,
Dişin mübarək.
Nə gözəldir yerişlərin,
Qədəmlərin qaim olsun.
Şirin- şəkər gülüşün var,
Gülüşlərin daim olsun.
Ulu baban duaçındır,
Qurbanların qoyun olsun.
Qismətini Allah versin,
Yaradandan payın olsun.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri