Gəlir


                                      Gəlir
Danışıb gülməyə haqqın var bu gün,
Yaşının üstünə bir yaş da gəlir.
Səni yaradana şükürlər olsun,
Məclisə qohum da, qardaş da gəlir.

İlin gözəl çağı, bahar əyyamı,
Sevinclər qoynunda şadlanır hamı.
Ay ellər- obalar, yandırın şamı,
Süfrəyə plov da, lavaş da gəlir.

Saçını çal görən qızlar da gülür.
Dodaqdan süzülən sözlər də gülür.
Baxışlar sevinir , gözlər də gülür,
Bura dost da gəlir, yoldaş da gəlir.

60 cavanlğa yağıdır , yağı,
Getdi məhəbbətin alovlu çağı.
Bir təhər yola ver, arvad –uşağı
Təbriklər səngimir, alqış da gəlir.

Mən sənə cahanda sağ can istərəm,
Xoşbəxt gün-güzaran, dövran istərəm.
Səni alqışlasa hər yan, istərəm,
Qarşıla, Əvəz tək sirdaş da gəlir.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri