Zəngəzur
Zəngəzur
Dünyada nə çoxdu
gözəl yer, mekan,
Mənimsə qəlbimdə
birdi Zəngəzur.
Dolanım başına Kəbə
daşı tək,
Ocaqdı Zəngəzur,
pirdi Zəngəzur.
Dağlarının sinəsində
qar yatar,
Yaylağında dövlət
yatar, var yatar.
Tər güllərin
qucağında yar yatar,
Sevincə çevirər dərdi
Zəngəzur.
Zirvələri ağ
çarşaba bürünər,
Yamacıyla qatı
duman sürünər.
Bulaqları ayna kimi
görünər,
Hələ açılmamış
sirdi Zəngəzur.
Dağların sirrini
çobanlar bilir,
Arılar çiçəyin
gözünü silir.
Gölünə yaşılbaş
sonalar gəlir,
Qonaq qarşılayan
yerdi Zəngəzur.
Koroğlu nərəsi var
qayasında,
İldırım iz qoyub hər
qayasında.
Qoymaz məskən sala
sar qayasında,
Dəyişməz namərdə mərdi
Zəngəzur.
Gözüm yolda
qalıb,qulağım səsdə.
Hicrinə dözməyib
olmuşam xəstə,
Nə qədər bülbülün
öldü qəfəsdə.
De, kimə söyləyim dərdi,Zəngəzur?!
Hələ sərt küləklər əsir
qoynunda,
İgidlər saxlanır əsir
qoynunda.
“Çobanbinə” haylar
gəzir qoynunda,
Kim səni güdaza
verdi,Zəngəzur?!
İnsafsız,mürvətsiz
zamana gəldi,
Namərdin oxları
köksümü dəldi.
Sərçə qəhqəh çəkib
qartala güldü,
Sənə də çaqqallar
hürdü,Zəngəzur.
Onsuz yer üzünü fəlakət
alıb,
Yurdda nə yurd
qalıb ,nə yurddaş qalıb.
Gavurlar yoluna əlləmə
salıb,
O geniş yolların
dardı,Zəngəzur.
Ağdü Zəngəzurun
kilid-açarı,
Ox kimi atılar düşmənə
sarı.
Yağı aşa bilməz
bizim hasarı,
Yağı qabağında nərdi
Zəngəzur.
Birinci taqsırı
axtarın məndə,
Özüm ayağımla
düşdüm kəməndə.
Çörək itirən də,itirməyən
də,
Qırmızı üzümə
durdu,Zəngəzur.
Nənəmin ,babamın məzarı
orda,
Hasarməhləsinin
hasarı orda.
Fərhadın külüngü
,düsəri orda,
Vallah qaytaracam
yurdu,Zəngəzur.
Lələdağ, göz yaşı
tökmək əbəsdir,
Edilən sitəmlər
yurduma qəsdir.
Zəngəzur sağdırsa
,o sənə bəsdir,
“Günəş parçasıdır,
nurdu Zəngəzur!
Комментарии
Отправить комментарий