CƏNNƏT BAĞI
CƏNNƏT BAĞI
Qardaş
olmusan mı, Cənnət bağında
O güzarı vəsf
etməyə il gərək
Gözəlliyi sətir-sətir
yazmağa
Kağız gərək,
qələm gərək, əl gərək
Orda gördüm
pota-pota ayılar
Maralların
görən harda tayı var
Qartalların
vahiməli qıyı var,
Zooparkda nərildəyə
şir gərək
Qələm hanı, bəbir
hanı, şir hanı.
Öz qəfəsi
haraylayır aslanı
Azadlığa
buraxıblar dovşanı
Dovşan üçün çəmən
gərək, çöl gərək
El- oba
tanınır Babadağıyla
Yamaclar
öyünür buz bulağıyla
Dəvə məzələnir öz daylağıyla
Onlara baxasan neçə yol gərək
Dağ havası
müşkü-ənbər qoxuyur,
Gözəlləri gözəl
çələng toxuyur.
Hər budaqda
şeyda bülbül oxuyur
O nəğməni
dinləməyə el gərək
Комментарии
Отправить комментарий