Həmid baba


Həmid baba
(Nəvələrin dilindən)

Bu bün sənin ad günündür,
Bu gün sənin şad günündür
Sevinirsən, şadlanırsan,
Qəm-qüssəyə,  yad günündür.

Sumqayıtla yaşıt baba,
Bəd illərə daş, at baba.
Doğma şəhər Sumqayıtı
Öz qəlbində yaşat, baba.

60 bahar, qış görmüsən,
Neçə qəlbi daş görmüsən.
Sumqayıtı sevə-sevə,
Sən nə gözəl iş görmüsən.

Bir də donub şəhərə bax,
Hər tərəfi nurlu çıraq.
Yaratdığın bu şah əsər,
Məhəbbətlə verir soraq.

 60 nədir, yüz yaşa çat,
Nəvələrlə başını qat.
Nənəm sənə həmdəm olun,
Məhəbbətlə sən yaz, yarat.

Oğul olsun oğul gərək,
Yurdu sevsin öz canı tək.
Nəvələrin təbrik edir,
60 yaşın çox mübarək.

Həmid baba, əziz baba,
Şad ürəyi təmiz baba!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri