Bulaq
Bulaq
Dilbər təbiətin səırin şərbəti,
Ayrıla bilmirəm buz dodağından.
Səndədir eşqimin gücü, qüdrəti,
Dodağın şirindir qız dodağından.
Gəl kənar eyləmə, məni özündən,
Gözlərim nur alır durna gözündən.
Əyilib öpəndə ayna üzündən,
Süzülür qəlbimə söz dodağından.
Əzəldən vurğundur Əvəz hüsnünə,
Tapılmaz dünyada Əvəz hüsnünə.
Öpüm dodağından qoy dönə-dönə,
Qalsın dodağımda iz dodağından.
Комментарии
Отправить комментарий