Sizi gözləyirəm
Sizi
gözləyirəm
Yüz dəfə
qasırğa çıxdı qarşıma,
Yüz ildə millətim
yüz yol sınandı.
Göydən tökülsə
də alov başıma,
Ürəyim vətəndən
çətin sınandı.
Faciyə -faciyə
dalınca gəlir,
Bayquşun
sevinci dünyaya sığmır.
Quşların naləsi
göyə yüksəlir,
Yağının
başına ildırım çaxmır.
Sevdaya
qarışdı bir vaxt başımız ,
Bezmişəm inləyən
qaboy səsindən.
Zəhərə , zəqquma
döndü aşımız,
Yadların əliylə
talandı Vətən.
Gavur hər
daşımı qənimət sanır
Yadımdan
çıxmayır, o yerlər bir an
Hər söhbət
düşəndə ürəyim yanır.
Bu dərd
varlığımdan çıxmaz heç zaman
Həyatda
görmüşəm dəhşətli anlar,
Amansız
yağını, yadı yandırın.
Sizi gözləyirik
igid cavanlar,
Qələbə
tonqalı alovlandırın!
Комментарии
Отправить комментарий