Yurd Yanğısı
Yurd Yanğısı
Mən bu gecə səhərəcən
doğma yurdda oldum yenə.
Fikir dükcəm çözələndi
min xəyala daldım yenə
Eniş yendim
Yoxuş çıxdım
Çətinliklə çatdım
düzə .
Çiçəklərin arasıyla
gəzə- gəzə
Gah laləyə , gah nərgizə
Gag süsənə , gah sünbülə
Qönçədəki qızıl gülə
heyranlıqla bir də baxdım.
Könlüm kimi viran
qalmış
yurda baxdım.
Kəsək gördüm daş
yerinə
Böcək gördüm quş
yerinə
Çıxdım kəndin qənşərinə
Arı quşu at
oynatdı,
Mavi göydə başım
üstə
Ürəyimə tikan batdı
Elim, obam talan olub
Daş qalmayıb daşım
üstə
Kənddə bir inni –
cinni
gözümə dəymədi
Bağların səhər mehi
Üzümə dəymədi
Hanı həyətdəki
bedana tut ağacı
Dolaşıb dünyanln əriş
– arğacı
İtirib kələfin
ucunu
Kimsə boynuna almır suçunu,
Kəndin üzündən
,gözündən
Kimsəsizlik yağır
Evimiz fağır – fağır
Mənə baxır.
Soruşuram:
Hanı ev damı?
Bəs təndir damının
təndiri hanı
Bəs səkil kəhərin
hörüyü , kəndiri
hanı?
Hanı nənəmin
dombagöz
palıd nehrəsi
Hanı babamın kətil
doğrayan
əyriburun dəhrəsi .
Hanı qonşumuz Yetərin
naziklik əyirən cır –cır
cəhrəsi
Hanı evimizin
qoynunda
Çörək saxlayan qulaqlı təhnəsi
Niyə tapılmır dərdimin
dərmanı
Hanı igid ərlərim,
gəlib Vətən yolunda can
qoya.
Haqsızlığa , sitəmə
bir dəfəlik son qoya
Nə çəkic tapdım , nə
oraq
Bülövdən , zindandan yox səs
–soraq
Dəstəyi qırılıb
qoca dəryazın
Halqası hellənib çalaya düşüb
Tüstünü düz çəkən əyri
buxarı
Dağılıb , sökülüb bəlaya
düşüb
O kənddən əliboş
ümidlə döndüm geri
Eniş yendim,
Yoxuşda dirəndim
Çıxa bilmədim düzə
Görən kim qarğayıb
bizə?
Ümidlə dönürəm geri ,
Bir gün bağrıma
basacağam
Zirvəsi qarlı “Səngəri”
Комментарии
Отправить комментарий