Axı.


Axı.

Niyə tərk elədin, ay Sənəm məni,
Sənə nə pisliyim olubdu axı.
Birlikdə gəzərdik çölü, çəməni,
O cənnət çəmənlər solubdu, axi!

Alır ağuşuna məni min xəyal,
Çıxmır fikrimdən o yamac, o yal
Gərdənə düşərdi başındakı şal,
O günlər yadımda qalıbdı axı.

Üz-üzə dayanıb söhbətləşərdik,
Məhəbbət bağında hey dərdləşərdik
Eşqimiz sönməmiş eşqə düşərdik
Belə hallarımız olubdu axı.

Dərdə yanan varmı deyəm dərdimi,
Özümdə gir hanı, əyəm dərdimi?
Didəm ac qurd kimi yeyəm dərdimi,
Dərd məni ilan tək çalıbdı, axı.

İndi bir gümanım qalıb Allaha,
Sənə asi çıxdım, batdım günaha.
Şəvə tək saçlarım qalmayıb daha
Küləklər saçımı yolubdu, axı.

Bədən tab gətirmir sənin zülmünə,
Sən məni incidib saldın pis günə.
Qanımı töksən də yarmam yenə,
Yar mənim qeydimə qalıbdı axı.

Səndən başqasına qaynamır qanım,
Çalış atəşinə yenidən yanım.
Ya da al canımı, qurtarsın canım,
Səbrimin kasası dolubdu axı.

Niyə bu düyünü aça bilmirəm,
Niyə o tələdən qaça bilmirəm
Eşqin göylərində uça bilmirəm
Kim məni bu hala salıbdı axı.

Hicran yanğısına dözməyir ürək.
Yarım yar deyilsə, düşmən nə gərək?
Sevən can-can deyə sevənə gərək,
Cananım qürbətdə qalıbdı axı

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri