Xoş gedər


          Xoş gedər

Kipriyimlə süpürərdim,
Yollarının tozunu.
Pişvazına çıxardım,
Elin gözəl qızının.
Kaş ki biləydim onun
Keçidini, yolunu.
Gül, çiçəyə tutardım,
Yolun sağı solunu.

Ayaqyalın gəzərdim,
Inan, Tikanlıdağı.
Gözlərimə təpərdim,
Əli dəyən yarpağı.

Könül versəydi mənə,
Gülşəndə gül əkərdim.
Qəlbi şad olsun deyə,
Sinəmdən yol çəkərdim.

Məhəbbət də, sevgi də,
Torpağa səcdə edər,
Sevgi ürəkdən olsa,
Əvəzə də xoş gedər.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal