Vaqif
Vaqif
(istəkli şagirdim Vaqif Bayramova)
Çox şükür
yetişdim 55 sinnə,
Bir az da
böyüdün gözümdə, Vaqif.
Hər dəfə şad
xəbər eşidəndə mən,
Bir qürur
duyuram özümdə, Vaqif.
O eldən-obadan
güc aldı mən də.
Nadandan,naşıdan
bac aldım mən də.
Vətən deyə-deyə
qocaldım mən də,
Taqətim
qalmayıb dizimdə , Vaqif
Gözümü
yollara nə qədər dikim?
Nə qədər Vətənin
dərdini çəkdim.
Təbib yoxa
çıxıb,tapılmır həkim,
Azalır
canımda dözüm də Vaqif
İnsan haqqa
dönər düşəndə dara,
Həmişə, hər
yerdə gəlmisən kara.
Nifrət yağdırıram
mərdimazara,
Zərrəcə xilaf
yox sözümdə,Vaqif
Mənim nəyim
var ki, sözdən savayı
Haqdan ,ədalətdən
düzdən savayı.
Kim yurdu
itirib bizdən savayı,
Yurdumdan
silinir izim də, Vaqif
Tanrı nəzərini
səndən əyməsin
Bədnəzər
baxışı sənə dəyməsin
Qapını heç vədə
hicran döyməsin,
Namərd yurd
salmasın düzündə, Vaqif
Yurdumun
üstündən bu duman keçə,
Könlümü
oxşayan xoş zaman keçə
Ömür vəfa
qıla əcəl yan keçə
Yaşayaq
,görüşək yüzündə, Vaqif
Əvəz, qismət
ola dönək Vətənə,
Bizi həsrət
qoyub fələk Vətənə.
Əsməsin qara
yel. külək Vətənə,
Kədər görünməsin
üzündə , Vaqif
16.04.2013
Комментарии
Отправить комментарий