Düşmüşəm
Düşmüşəm
Ala
gözlüm , şirin sözlüm hardasan,
Dərdini
çəkməkdən dərdə düşmüşəm.
Oba
köçüb , yurdu qalıb xaraba,
Mən də gəlib
həmin yurda düşmüşəm.
Qan
ağlayır gəzdiyimiz yaylaqlar,
Südlübulaq
hər an səni soraqlar.
Qaraldı
ocaqlar, söndü çıraqlar,
Düşdüyüm
bəlaya bir də düşmüşəm.
Tez gəl
gülüm, nurlandıraq bu yurdu,
Nadanlar
gülümü qönçədə dərdi.
Çörək
itirənlər üzümə durdu,
Şərin pəncərəsinə
burda düşmüşəm.
Haq
işimiz nazilsə də, qırılmaz,
Yağılardan
heç vaxt bizə yar olmaz.
El
yolunda şair Əvəz yorulmaz,
Gör gəlib
çovğuna harda düşmüşəm
Комментарии
Отправить комментарий