Bilmirəm
Bilmirəm
Eşqin odu yerli-dibli sönübdü,
Bir də gülüm, yanar-yanmaz, bilmirəm.
Məhəbbətin məndən üzü dönübdü,
Mənə tərəf dönər-dönməz, bilmirəm.
Ürəyimin qalmayıbdı təpəri,
Cavanlığın yönü düşməz ta bəri.
Mənə çoxdan əl eyləyir o pəri,
O dərdimi qanar, qanmaz bilmirəm.
Çox sahədə açılmayıb hələ sir,
Diş tökülür, bel bükülür, əl əsir.
Yazıq Əvəz o zirvəyə tələsir,
Qarlı dağda donar donmaz, bilmirəm.
Комментарии
Отправить комментарий