Ağdü lətifələri 4


Onlar hara, sən də ora

Kötük haram tikə yeməz, şərab içməzdi. Peyğəmbərin dediyi kimi hətta müsəlman əlindən alınmayan əti, yağı, çörəyi belə dilinə vurmazdı. Bircə onu deyərdi ki, təbim çəkmir. Onun oğlu ilə dostluq edirdim. Kötük kişi mənə sidq ürəkdən inanırdı. Bir gün dostum mənə dediki əldən baha qiymətə ət, yağ almaqdan yorulmuşam. Mağazadan alınan əti, yağı bu kişi yemir, bir əncam çək. Mən də çarə tapıb yollandım Kötük kişinin yanına dedim:
--Ay Kötük kişi, sənin uşaqların peyğəmbərin buyruğuna zidd çıxıb şərab içirlər. Onların hamısı cəhənnəmlikdir. Sən isə inşallah,cənnətə gedəcəksən. Bax mənim sualıma cavab ver. Qardaş, gedib orada tək-tənha neyləyəcəksən? Yox də oğuldan, qızdan ayrı necə dolanacaqsan? Palaza bürün, elnən sürün deyiblər. Onun bir asan yolu var. Onlar yediyindən ye, içdiyindən . Sonra da onlar hara, sən də ora, vəssalam, şüt tamam.
Kötük mənalı-mənalı üzümə baxıb dilləndi:
--Nə deyirəm, sən deyən olsun.
Biabır olacayıq

Kötüyü Gündüşməz kəndinə kolxoz sədri seçmişdilər. Bir gün iki nəfər mülki-müdafiə üzrə yoxlama aparmağa gəldi. Onların Kötüyə birinci sualı belə oldu:
--Kənddə neçə sakin var?
--Üç yuz nəfər baş
--Neçə əlehqaz var?
--Yetmiş dənə.
--Birdən düşmən durdu gəldi üstünüzə, nə edəcəksiniz?
--Nə edəcəyik, kişilərin yanında biabr olacağıq.

Adamı içirdirlər

--Ay kişi, az bu zəhrimarı, az .
--Elə bilirsən mən içirəm, içirdirlər ey.
--Sən sən olsan içməzsən.
--Mən mən olsam? Arvad, sən ciciyin canı gəl otur. Bax indi mən qaynatamın sağlığına içirəm, sən atanın sağlığına 50 qram vurmazsan?
--Bıy, atamın sağlığına zəhər də olsa ərəm.
--Ay sağ ol, atan olsun behiştlik. Götür vuraq kişinin sağlığına.
--A kişi, bu nə acıdır?
--Bəs nə bilmişdin, şirin söz deyib acı içirdirlər də adama. İndi gördün içirdirlər?

Deyirəm axı

        Gecədən xeyli keçmiş Kötük çarpayıdan düşmək istəyir. Amma nə qədər çalışır düşə bilmir.
--Ay arvad, bu çarpayının başına nə oyun açmısan mən yerə düşə bilmirəm.
--A kişi, axşam çox içmişdin elə güclə döşəməyə uzana bildin. Sən yerdə yatmısan. Daha hansı çaprayıdan düşəcəksən.
--Deyirəm axı...

Gözün çəp imiş

        Ax vəzifə, vəzifə,elə ki, vəzifə başındaydım, hər şey yağ kimi gedirdi. 23 ildə həmişə qoltuğumu dolu görüb. Qapını açan kimi gözü qoltuğuma dikilib. Tale bir gün vəzifə kitabımı bağladı. Pay-püş qeyb oldu. Dolu qoltuğum boşaldı. Dolu qoltuğumu boş görən arvad qapını açıb üzümə baxanda nə desə yaxşıdı:
        A kişi sənin gözün çəp imiş ki...

Qalanın beş ildən sonra qılacağam

Kötük bir gün üzünü tutur yalvarır ki, Allah ona bir oğul kəramət etsin və əhd edir ki, oğlunu qoysun Əzrayılın qucağına onunla kirvə olsun.
        Allah-təala Kötüyün arzusunu gözündə qoymur, onun bir oğlu dünyaya gəlir və Əzrayılla kirvə olur.Əzrayıl kasıblığın daşını atmaqda ona kömək etməyə söz verir və belə şərt qoyur:
-- Əgər mən xəstənin ayaq tərəfində dursam, deməli onun canını almayacağam və onda sən başla müalicəyə, yox əgər xəstənin baş tərəfində dayansan ona çarə yoxdur. Həndəvərə gəlmə
        Beləliklə Kötük «həkimlik» edərək xeyli varlanır. Bir gün bir varlı bərk xəstələnir, ölüm yatağına düşür. Kötük əri girən kimi görür Əzrayıl xəstənin baş tərəfində dayanıb. Qazanc əldən çıxmasın deyə ev sahibinə işarə edir ki, xəsənin çarpayısını çevirin, baş tərəf mənə sarı olsun Əzrayıl baxır ki, kirvəsi ona kəf gəldi bir neçə gündən sonra gəlir və kirvəsinə deyir:
-- Sənin vaxtın tamamdı, gəlmişəm sənin canını almağa. Kötük deyir:
-- nə olar mən sənə bir can borcluyam, ancaq kirvə təvəqqe edirəm möhlət ver namazımı qılım, sonra canımı al!
-- Buyur, namazını qıl, gözləyirəm-deyə Əzrayıl kirvəsinə him edir.
        Kötük həmişə işini ehtiyatla tuturmuş.Bu dəfə də elə edir. Kirvə, mən heç inanmıram ki, namazımı qılıb qurtarana kimi məni gözləyəsən. Mən buna əmin olmaq üçün bu bir parça kağıza yaz ki, «Kirvə, sən namazını qılıb qurtarana kimi sənin canını almayacağam». Kötük kağız yazdırıb cibinə qoyandan sonra üzünü qibləyə tutub iki dəfə Allahu Əkbər eləyib Əzrayıla deyir: Kirvə, qalanını da beş ildən sonra qılacağam.

Utanım yerinə

Bir gün Kötük yağ satırmış. Alıcı nə qədər edir, o qiyməti aşağı düşmür. Alıcı deyir yaxşı, onda düz çək, əgər düz olmasa qaytarıb pulumu alacam.
        Alıcı evdə yağı çəkib görür ki, nə az, nə çoz düz 200 yüz qram kəsib. Tez geri qayıdır, yağı Kötüyün qəərinə qoyub deyir:
--200 qram əskikdir,üstünü düzəlt.
        Kötük mənalı-mənalı alıcının üzünə baxır və deyir:
--Utanım yerinə. Ayıb olsun, 200 qramdan ötrü geri qayıtmısan?

Görücünün görmədiyi
       
        Özünü «baxıcı-görücü» kimi qələmə verən bir nəfər fırıldaqçı kəndbəkənd gəzib camaatı soyub talayırmış. Bunu eşidən Kötük fikirləşir ki, ərşdən-kürşdən dəm vuran bu adamı nə təhər ifşa eləsin, üzünü açsın.
        Bir gün yaxşı plov süfrəsi açır bir neçə ağsaqqalı, qarasaqqalı da «Bilici» ilə süfrəyə qonaq edir. Hamı bardaş qurub əyləşir, «Bilici» də həmişəki kimi yuxarı başda oturur. Qonaqlara nimçələrdə aşırma plov gəlir, yəni, düyünün üstündə qızardılmış toyuq da olur. Təkcə «Bilicinin» payı toyuqsuz verilir. Bunu görən «baxıcı-görücü» pərt olur. Kötük isə ona yaxınlaşıb pərtliyinin səbəbini soruşur. O, mızıldanır ki, ona çəkilmiş plov toyuqsuzdur, teyxa düyüdür. Kötük əlindəki qaşıqla düyünün altını üstünə çevirir və altdan qızardılmış toyuq çıxır. Kötük fırıldaqçı qonağa üz tutub deyir:
--Ay özünü görücü-bilici hesab edən,bu azacıq düyünün altında o boyda toyuğu görmürsənsə, bəs dünyanın gələcək işlərindən nə təhər xəbər verirsən,hıy?!

Düşə bilmirəm

        Yol polisi yol hərəkəti qaydalarını pozduğu üçün Kötüyün maşınını saxlayır. Kötük də lül qənbər imiş. Yol polisi onun maşından düşməsini tələb etdikdə, Kötük gözlərini xumarlandıra-xumarlandıra, -düşə bilmirəm,-deyir.
        Yol polisi maşının qapısını açan kimi Kötük tir-tap uzanır yerə.
--- Görürsən, deyəndə düşə bilmirəm,inanmırsan.Məni düşürdün,indi mindir maşına çıxım gedim.

Hər kəsin öz arşını

        Deyirlər loğmandan dərs alan cavan bir oğlan alim olmaq üçün imtahan verməliymiş. O, fikir-xəyal içində bir dağın ətəyindən keçərkən çobana rast gəlir. Salamlaşıb hal-əhval tuturlar. Oğlan loğmanlıqdan, imtahandan, alimlikdən danışır. Çoban onun dediklərindən heç nə anlamayıb soruşur ki, alim olmaq nə deməkdir? Məni başa sal görüm o nə görəcək, baş çoban olacaq, sağmal qoyunları otaracaq, yoxsa onları sağmal-subay edəcək?
        Oğlan güc-bəla ilə çobanı başa salır ki, alim ərşdən-kürşdən baş açan bir şəxsdir. Amma o, bu adı almaq üçün loğmanın suallarına cavab verməkdən qorxur. Çoban bir qədər fikirləşib deyir: yəni o loğman qurddan, ayıdan da qorxuludur? Gəlsənə mən gedib onun cavablarını verim. Oğlan razılaşır. Onlar libaslarını dəyişirlər. Çoban tapşırır ki, sürünü burda otar, orada suvar, axşam arxaca gətir, yığ ağula. Göstərişlərini verdikdən sonra çoban xudahafizləşib yola düşür. Bir qədər gedəndən sonra gözünə bir soğan dəyir. Onu götürüb tozunu silmədən cibinə qoyur ki, axşam arxacda dabannama eləyib yeyərəm.
        Çoban tələbə libasında özünü imtahan məclisinə çatdırıb əyləşir loğmanın qarşısında. Loğman ona iki sual verir. Əvvəlcə bir yumurta göstərir. Çoban cavab olaraq tapdığı soğanı cibindən çıxarır. Sonra Loğman ona bir barmağını göstərir, əvəzində çoban ikisini. Loğman ona əla qiymət yazıb deyir:
--Sən gözəl alim olacaqsan.
        Çoban gedən kimi tələbələr narazılıqlarını bildirirlər. Soruşurlar ki, axı o, nə dedi, əla yazdın? Loğman onları başa salır ki, o, hər şeyi bilir, suallara da düzgün cavab verdi. Mən ona yumurtanı göstərib anlatdım ki, allah bir xanədə iki mayeni elə yaradıb ki, bir-birinə qarışmır. O da soğanı göstərməklə başa saldı ki, hələ bu nədir, allah 40 köynəyi elə düzəldib ki, bir-birinə yapışmır. Mən ona bir barmağımı göstərib dedim: Allah birdir. O isə iki barmaqla cavab verdi ki, buna şübhə olmaz, iki deyənə lənət. Buna görə də əla qiymət yazdım.
        Çoban çarığının dabanını bərkidir, asta qaçana imam qənim olsun deyib özünü oğlana çatdırır. Oğlan kitabçaya baxıb görür ki, əla yazılıb. Oğlan təəccüblə soruşur:
--Necə oldu ki, Loğman əla yazdı?
Çoban dedi:
--Loğman mənə dedi ki, yumurta ilə vuraram başın dağılar. Mən də ona dedim ki, soğanla elə ilişdirərəm, qaşqalağın dağılar. Sonra dedi:
--Sənə bir şillə çəkərəm.
--Mən də dedim ki, mənim əlimi pişik yeyib, mən də sənə iki şillə vuraram. O, da qorxusundan əladı-məladı nədi yazdı.
Oğlan gülə-gülə dedi:
--Yaxşı deyiblər ki, hər kəsin öz arşını.

Bunumu deyirsən

        Kötük kişi bir gün başını taraş etdirirmiş. Qulağından muğayat olmağı dönə-dönə dəlləyə tapşırır. Dəllək də eləmə tənbəllik, kişinin qulağını dibindən sivirib tutur gözünün qabağına və deyir:
--Bununumu deyirsən?
Sən xoşbəxt  adamsan

Bir gün Kötük kişi həkimin yanına gedir və deyir:
--Həkim, günortadan sonra başım çox ağrıyır, gözlərimi belə aça bilmirəm, mənim dərdimə bir əlac elə.
        Həkim Kötüyü başdan ayağa süzüb deyir:
--Sən çox xoşbəxt adamsan ki, başın ancaq günün ikinci yarısında ağrımağa başlayır. Mənim başım səhərin gözü açılandan, qaş qaralana kimi ağrıyır.

Sıxanda öldü

        Gündüşməz kəndinin ətəyindən bir dağ çayı zümzümə edə-edə axır. Bir payız günü Kötük soyuq suda pişiyini yuyurmuş. Onun qonşusu oradan keçəndə deyir ki, soyuqdur, yuma, ölər.
Kötük başını yuxarı qaldırmadan:
--Borcu sənə qalmayıb, ölməz,-deyir.
Qonşusu qayıdanbaş görür ki, Kötük pişiyi qoyub qabağına ağlayır:
--Ay Kötük, axı dedim, soyuqdur, yuma, ölər, sözümə baxmadın.
Kötük gözünün yaşını silə-silə deyir:
--Sən də bilmirsən heç harda bişir, elə deyirsən bir çömçə bura qoy. Ə, yuyanda yox ey, sıxanda öldü

Oxuyan it

        Bir gün qonşular sözü bir yerə qoyub Kötüyün itindən şikayət edirlər. Kötüyü çağırıb tapşırırlar ki, ya iti qayadan atmalısan, ya da  tüfəglə vurub öldürməlisən.O hürüb qonşuları narahat edir. Kötük təmkinini pozmadan:
        ---Nə deyirəm, tapşığı yerinə yetirəcəm, lakin mənə bir «oxuyan» it tapın, qapı yiyəsiz qalmasın.
        Polis hirslə deyir:
        ---Kötük kişi, bizi ələ salırsan?
        Kötük gülə-gülə üzünü polisə tutur.
        ---Ay başına dönüm, itin peşəsi hürməkdi dayna, it oxumuyacak ki!

Şaftalı

        Kötük bazarda şaftalı satırmış. Bir müştəri göz-gözə vurub şaftalının birini götürüb qoyur ovurduna. Kötük bunu görür, gözünü zilləyir düz onun gözünə və deyir:
        --Necəsən gözümü səndən çəkməyəm, canın elə orada çıxa.

Tatos düşüb getdi

Bir gün Xaço bəd xəbər eşidir: «Qardaşın Tatos dünyasını dəyişib, durma gəlXaço qatara bilet alır. Üç gündən sonra çatır qardaşının vayına. Baxır ki, bahaçılıq, tabut düzəltmək də müşkül . Fikirləşir çarə tapır. Öz-özünə götür qoy edir:
«Tatosu yaxşı geyindirərəm, oturdaram yanımda, az xərclə çıxıb gedərəm kəndimizə
Elə də edir. Üçüncü dayanacaqda Kötük də həmin qatara minir, həmin kupeyə düşür. İçəri keçib salam verir. Öz yerində əyləşir. Elə bu heyndə Xaço siqaret çəkmək üçün çıxır dəhlizə. Kötük Tatosdan nə soruşursa o, cavab vermir. Kötük elə bilir ki, Tatos onu saya salmır, adam yerinə qoymur. Əsəbləşib Tatosa tutarlı bir dürtmə ilişdirir. Tatos aşıb düşür yerə. Kötük baxır ki, Tatos qartalıb. Elə bilir ki, onun vurduğu dürtmədən bu hala düşüb. Kötük tez kupenin pəncərəsini açıb. Tatosu qaldırıb atır bayıra. Xaço əri girəndə görür ki, qardaşı yoxdu. Üzünü Kötüyə tutur:
--Ara, axper, Tatos necə oldu?
Kötük saymazyana:
--Tatos Cacurda düşüb getdi.

Ta nə istəyir

Bir dəfə Kötüyün qohumlarından bir nəfər düyasını dəyişir və ona qəbir yeri tapa bilmirlər. Kötük məsələni eşidən kimi deyir:
--Qəbir yeri tapmaq mənim əlimdə su içim kimi bir şeydi. İndi mən gedirəm qəbristanlığa. Özüm orada olaçağam. Nə qədər meyid var vurun gəlsin ora.
Kötük özünü çatdırır qəbiristanlığa və qarovulçuya deyir ki, bir uşaq ölüb, ona bir küncdən, bucaqdan bir yer ver, gətirib basdırsınlar. Qəbri qazanlar gəlir uşaq qəbri yox, böyük qəbri qazırlar. Qarovulcu təəccüblənir. Deyir:
--Axı, Kötük deyirdi ölən uşaqdı,
Deyirlər ki, nə uşaq, böyük adamdı.
Nə isə meyidi gətirirlər. Lakin görürlər meyidin boyu qəbirdən uzundur. Bunu Kötüyə deyirlər. Kötük amiranə tərzdə:
--Qatlayın basın ora,--deyə göstəriş verir,--dədəsi, babası görməyən yerdi, çayın kənarı, təmiz hava, ta nə istəyir!
                                          
                                          
Belarus alıb

--Ana, ay ana, Kötük qağamdan kağız gəlib.
--Nə yazıb, ana qurban?
--Yazıb ki, bir belarus alıb, əsgərliyi bitirəndə onu da özü ilə gətirəcək.
--Bıy, nə yaxşı olub. Ədə, tez ol yaz ki, lafetini də alsın gətirsin otumuzu, güləşimizi rahat daşıyaq.

Bizim uşaq pul da götürür

Bir gün Kötüyün yaxın qohumlarından biri qonaq gəlir.
Evdə azyaşlı uşaq görüb təəssüflə deyir:
--Tələsidiyimdən uşaqların yanına əliboş gəldim, bir az qənfetdən zaddan da almadım.
Kötük aramla:
--Əşi nə olsun, bizim uşaq elə pul da götürür, --deyir.

Arvaddı də

Kötük həmişə yaxın dostları ilə çayxanada oturmağı, çənə söhbəti eləməyi sevirdi. Orasını da deyim ki, zarafatda ona çatan olmazdı. O, necə deyərlər, yetənə yetirdi, yetməyənə bir daş atırdı.bir dəfə  toyda müftə yemək-içmək görüb sapı çıxana qədər «vurur». Ona dey deyirlər:
--Ay Kötük,saman sənin deyil, samanlıq ki, sənindi.
Nəisə Kötük içib olur lül-qəmbər. Axşamdan xeyli keçmiş səkkiz yaza-yaza gəlir evə və tirtap uzanır döşəmənin üstünə. Həyat yoldaşı Xoşqədəm onun paltarını soyundurur, üstünə yorğan atır.
Səhər tezdən Xoşqədəm əhvalatı Hürnüsüyə nağıl edir:
--Bəs bu gecə Kötük dəm gəlmişdi, özün-sözün bilmirdi. Onun paltarını mən soyundurdum.
Bəli, 32 dişin arasından çıxan söz sirr deyil. Bu əhvalatı Hürnisə Tubnisəyə, Tubnisə Gülnisəyə, Gülnisə Bilnisəyə, Bilnisə Dürnisəyə ötürür. Söhbət gəlib Kötüyün dostlarına çatır. Başlayırlar onu lağa qoymağa.
--Ə, Kötük, o günə qalmısan ki, a, səni arvad soyundurur?
Kötük pərt olsa da söz altda qalmır:
--Arvaddı də, xirtdəyi yoxdu, mən 30 ildi hər axşam onu soyundurur və bunu heç kimə demirəm. O məni bircə gün soyunduru aləmə car çəkib.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal