Sumqayıt haqqında şeirlər
Sumqayıt
60
Sumqayıt
Aydan nur almısan, günəşdən ziya,
Sən görən gözümsən, gözüm, Sumqayıt.
İllərin qoynunda çatdın arzuya
Sənə fəda olum özüm, Sumqayıt.
Müzəffər çıxmısan hər imtahandan,
Çətin sınaqlarda şöhrət qazandın.
Sən həyat eşqiylə ucalan zaman,
Müdrik ağsaqqalın oldu ustadın.
Vətən torpağının hər qarışında
Sənin əməllərin çiçək-çiçəkdir,
Hələ xoş amallar durur qarşında
Saldığın pöhrələr böyüyəcəkdir.
Sumqayıt
60
Sumqayıt
Ay əliylə qələm çəkib qaşına,
Bərəkəti günəş töküb başına,
Yaman gəlib göy Xəzərin xoşuna,
Xəzər kimi sonsuzlaşır Sumqayıt,
Bir ümmandır,
aşıb-daşır Sumqayıt.
Binaları cərgələnir, ucalır,
Oğlu, qızı məhəbbətdən güc alır.
Hər kim desə Sumqayıtım qocalır,
İnanmayın, təzə coşur Sumqayıt.
Qocaldıqca cavanlaşır Sumqayıt.
Hər yerində xoş arzular gül açır,
Qucağında gül balalar dil açır,
Gənclik burdan səadətə yol açır,
Qardaşlığa nəğmə qoşur Sumqayıt,
Kainatla soraqlaşır Sumqayıt.
Fəhləsinin alnı açıq, üzü ağ,
Küçələri yaraşıqlı, çilçiraq.
Qibləgahdır, səcdəgahdır bu torpaq,
Bu torpağa çox yaraşır Sumqayıt,
Bakı ilə qucaqlaşır Sumqayıt.
Sumqayıt 60
Sumqayıtım
Sumqayıtım, gözəl diyar,
Torpağına qurban olum.
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna,
Mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdu
Gəl özünə qurban olum!
Sumqayıtım, doğma yurdum,
İlk yuvamı səndə qurdum.
Qucağına hər guşədən-
Naxçıvandan, Lənkərandan,
Xankəndindən,
Uzaq-uzaq dağ kəndindən
Ərlər gəldi, nərlər gəldi.
Atı itən, dada yetən,
Azan gəldi, təzən gəldi.
Atasından küsən gəldi
Əlbir oldu, dilbir oldu.
Hamı burda.
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
Lüt gələni,
Beyinləri küt gələni,
Beş kişidən biri etdin.
Ölüləri diri etdin.
Yaraşıqlı şəhər saldıq,
Göy Xəzərin sahilində,
Göydələnlər ucaltdıq biz.
Səni cavan edə-edə,
Özümüzü ucaltdıq biz!
Sonra, sonra…
Dünəninə salba atdıq,
Meydanlarda at oynatdıq.
Qamçıladıq bayatını,
gəraylını,
Təcnisi biz!
Yaddan çıxdı öz dilimiz,
öz donumuz.
öz dinimiz!
Bir-birindən seçilmədi,
Ev oğrusu, çöl oğrusu.
Qəbristanda peyda oldu,
Daş oğrusu, gül oğrusu.
Başıboşlar, ağlıazlar,
Yandan çıxma yerlibazlar
gözə dəydi.
Biri dedi: Şirvanlıyam,
Biri dedi: Muğanlıyam.
Biri dedi: Gəncəliyəm,
Biri dedi: Göyçəliyəm,
Zaratlıyam,
Coratlıyam!
Bax beləcə böldük səni,
Məhlə-məhlə, küçə-küçə.
Sərt yollardan keçə-keçə,
Nələr çəkdi başın sənin.
Gileylərə nöqtə qoydum,
Mübarəkdi yaşın sənin!
Sumqayıt 60
Ucalırsan
İcazə ver, Sumqayıtım,
Təbrik edim mən yaşını.
Qucaqlayıb öpüm sənin
Hər guşəni, hər daşını.
Gözəl şəhər, az yaşında
Tarixlərə düşdü adın.
Xəzər sənə layla çaldı,
Pərvazlanıb, qanadlandın.
Alqış sənin qələbənə-
Gündən-günə ucalırsan.
Nəsillərə şöhrət olub
Nəsillərdən güc alırsan.
Gecən parlaq, gündüzün ağ,
Ay camalın, günəş gözün.
Əsrləri qabaqladın,
Amma gəncsən hələ özün.
Fəhlə qardaş, gözün aydın,
Zəhmətinlə gülür Vətən.
Doğma yurdum Sumqayıtı
Öz əlində böyüdürsən.
Koroğlu tək yalmanladın,
Xəzri kimi azğın yeli.
Hünərə bax, cənnət edib
Şoranlığı insan əli.
Arzun böyük, qəlbin geniş,
Qəlbi kimi göy Xəzərin.
Qönçələnir, çiçəklənir
Zəfər dolu əməllərin.
Əzəl gündən dostluq oldu
Əməyinin ilhamçısı.
Bir dirilik çeşməsidir.
Alnındakı tər damcısı.
Fəhlə qardaş, gözün aydın,
Zəhmətinlə gülür Vətən.
Doğma yurdu Sumqayıtı
Öz əlində böyüdürsən.
Əvəz Mahmud Lələdağ
yaxsi
ОтветитьУдалить