Sözlə sazın vəhdəti
Sözlə
sazın
vəhdəti
Bu gərdişdə
namərd tutub mərd yeri,
Peyda olur
gündə
neçə
dərd yeri.
Qəribsəyib ocaq daşı, yurd yeri,
Yaylaqlara tamarzıyam,
tamarzı,
«Yurd yeri» çal, Avdı
dədə,
«Yurd yeri».
Biz dağın
ucalığını ətəyindən tutmuş başına
qədər süzürük,
dərənin dərinliyinə heyranlıqla baxırıq,
tər gülləri dərib ətrini
həvəslə
qoxlayırıq, buz bulaqların
həzin zümzüməsinə
canı-dildən qulaq asırıq, məcrasına sığmayan çayın coşqunluğunu
görürük, böyük cahanı
öz nuruna qərq edən
günəşə,
aya, ulduzlara
mənalı-mənalı tamaşa edirik. Lakin biz dağın
ululuğuna, vüqarına,
dərənin vahiməsinə,
gül-çiçəyin zərifliyinə,
suyun şəffaflığına, günəşin böyüklüyünə,
ayın, ulduzların parlaqlığına,
şehin büllurluğuna inanmasaq,
sənin qüdrətinin önündə
baş əyib, müqəddəsliyini təsdiqləyə
bilmərik, SAZ!
Sən yeganə
çalğı alətisən ki,
dəridən, qabıqdan
çıxsalar da, sənə
şərik çıxan başqa
millət yoxdur.
Sən ancaq bizimsən.
Çiynində
səni, dilində ustadnamə, gəraylı,
qoşma, təcnis, qıfılbənd, dodaqdəyməz, müxəmməs, bağlama, deyişmə,
bayatı yaşadan ustad, el sənətkarlarımız olub və
var, Saz! Səninlə
ülfət bağlayan,
elimizi-obamızı dolaşan, elin şad günündə sənin gücünü sözlə ucaldan ustad aşıqlarımıza: Qurbaniyə, Tufarqanlı
Abbasa, Aşıq Alıya, Ustad Ələsgərə,
Azaflı Mikayıla,
Aşıq Hüseyn Cavana, Aşıq Hüseyn Saraclıya, Dədə
Şəmşirə,
Xındı Məmmədə,
Ədalətə, Kamandara, Məzahir Daşqına eşq
olsun, Saz!
Onlar sənin sayəndə
ad-san
qazanıblar, SAZ!
Kərəmin Alvız dağından
gələn naləsi, Mənsumun nakam
məhəbbəti, Qəribin vətən həsrəti, Zöhrənin Tahir
intizarı, Cəlalın yanıqlı laylası
sənin tellərində
dinir, danışır,
Saz! Ustad
barmaqları gəzən pərdələrində
qeyri-adi məhəbbət, əyilməyən vüqar,
mənalı gülüş,
qeyrət, ülfət,
dostluq, nəciblik, müqəddəsləşir, Saz! Təbii duyğular,
coşqun ilhamlar,
ülvi sevgilər, əhd-peymanlar
sədəfli sinəndə
canlanır. Ulu sənətkarlarımızın sənət süzgəcindən süzülüb gələn «Yanıq
Kərəmi», «Keşiş oğlu», «Baş sarıtel»,
«İrəvan çuxuru»,
«Yurd yeri»,
«Göyçə
gölü», «Dilqəmi», «Ruhani»,
«Qəhrəmani» havalarını ürəksiz çalmaq bağışlanmayan
günahdır, el sənətinə
hörmətsizlikdir.
Bəmini bəm, zilini
zil eyləyib, el-obanı oymaq-oymaq dolaşan sənətkarlarımız sənin havadarlığınla ucalıblar.
Aşığın məsləhət yeri,
ümid çırağı olmusan.
Gəl sarıl boynuma, a telli sazım,
Çıxaq yaylaqlara, el yada düşdü.
Gəzək oymaq-oymaq dağı,
dərəni,
Çəmən yada düşdü, çöl yada düşdü.
Qoç Koroğlu
düşmən üstünə
gedəndə
harayına çatmısan, arxa,
köməyi olmusan,
gen günündə
şadlıq məclisində
ruhuna dönmüsən. Hələ
qıfılbəndlər, bağlamalar:
O
nədir ki,
tapılmadı əlacı?
O
nədir ki,
başmaqları narıncı?
O
nədir ki,
yarpaqlanmır ağacı?
Gəl bu dağın
meyvəsini dər indi.
Tərbiyə
məktəbidir bunlar.
Gərək hər hikmətdən baş çıxarasan, dünyanın min bir sirrini
biləsən.
Biz müasir
aşıqlarımızın dildə
daha ötkəm olmaqlarını istəyirik. Çünki onlar
da ictimai həyatımızda baş verən
bütün proseslərdə
iştirak edirlər. Həm
də
bugünkü dinləyicinin daha tələbkar olduğunu yadında saxlamalıdır. Müasir aşıqlarımız,
ustadlarımızın söz-sənət çeşməsindən içməli, qəvvas kimi
dəryalara baş vurmalı, dərinliklərdən ləl-cövhər
çıxarmalıdırlar. Onlar klassik
irsimizi, ustad aşıqlarımızı
dərindən öyrənə-öyrənə
irəliləməlidirlər. Aşıq
təbdən-təbə
düşməli, dodaqlara
şirin gülüş,
təbəssüm bəxş etməli, ruha
qida verməlidir. Bütün xalqların
qədim folkloru olduğu kimi, Azərbaycan xalqının da uzun
əsrlərdən bəri büllur bulaq
suyu kimi bu
günümüzə
qədər axıb gələn, bu
gün də
əzizlənən, sevilən
aşıq sənəti dövlət qayğısı ilə dinamik sürətlə
inkişaf edir.
Azərbaycan şifahi xalq
ədəbiyyatının aşıq sənətinin ən
monumental janrı dastanlardır.
Qəhrəmanlıq və
məhəbbət dastanları xalqımızın mənəvi dəyəridir. Məhəbbət dastanları çox qədim tarixə malik folklor nümunəsidir.
Azərbaycan xalq dastanları
və
nağılları tarixin süzgəcindən süzülüb gələn, ta
qədim bünövrədən çox mühüm
rol oynayan mənəvi sərvətimizdir. Mən hələ
cavan çağlarımda aşıqları çıraqla gəzirdim.
Ona görə
ki, dastan
gecələrində
onların söylədikləri məhəbbət dastanlarında cərəyan edən hadisələr, aşiqin
məşuqəsinə
qovuşması, ərgənlərə
haqq-tala tərəfindən göndərilmiş nurani dərvişlər vasitəsilə
buta verilməsi «mən
pay alan dərvişlərdən deyiləm, pay
verən dərvişlərdənəm» deməsi məni də
buta axtarmağa həvəsləndirirdi. Aşıq millətin dilini, adət-ənənəsini bilən məclis mərəkədə
ədəb-ərkən sahibi olan, Allahın güclü yaddaş
bəxş etdiyi bəşər övladıdır.
Məhəbbət dastanları əsasən,
üç hissədən ibarət olur.
Aşıq meydana girəndə
ustadnamə ilə
dastana giriş verir, sonra dastanın baş verdiyi
məkandan, aşiqin məşuqəsinə
yetişməsindən söhbət açır.
Dastanın sonunda duvaqqapma-
müxəmməslə
tamaşaçıları intizardan qurtarır. Bu gün
məni narahat edən
odur ki,
bizim müasir aşıqlarımız
dastanlarımızı öyrənmirlər. Yaşlı
aşıq nəsil dünyasını dəyişir, bildiklərini də
özləri ilə
aparırlar. Axı həyat davam
edir. Məgər bu millətə
dastan gecəsi keçirmək lazım deyil? Dastanlarımızı o qədər unudacağıq ki,
bir də
görəcəyik, başqa
millətlərin dilində
səslənir. Onda
da yanımızı çimdikləyəcəyik, o
da gec olacaq. Folklorşünaslığımızın tarixindən
məlumdur ki,
Sovetlər Birliyi dövründə ateizm, təlim-tərbiyə, etika və
s. pərdəsi altında xalq
dastanlarımız, nağıllarımız,
deyimlərimiz təhrif olunur,
ilkin variantından süni şəkildə
uzaqlaşdırılırdı. XX əsrin 50-ci illərində
belə
bir haqsızlığa «Kitabi Dədə
Qorqud» dastanı da
məruz qalmış,
bu möhtəşəm sənət abidəsinin mürtəce sənət kimi nəşri,
tədqiqi və
təbliği qadağan olunmuşdu. Şükürlər olsun ki, bu gün milli-mənəvi dəyərlərimizi yaşatmaq üçün,
mədəniyyətimizin dünyəvi olmasına qayğı ilə yanaşılır, inkişafına ciddi fikir
verilir. Bu gün
aşıq sənətinə
olan həvəs aşıqların festivalının Azərbaycanda keçirilməsi, gözəl şərait yaradılması buna sübutdur. Azərbaycan aşıqlarının qərb ölkələrindəki çıxışları aşıq sənətinin dünyəviliyindən, bu sənətə
dövlət qayğısının isti münasibətindən xəbər verir.
Aşıq Aydın
Çobanoğlu, Aşıq Ulduz, Kərəm Göyçəli, Qaracan
Kərimli, Aşıq Əhməd və
Aşıq Məhəmməd Sadaxlı,
Aşıq İlham Aslanbəyli müasir
aşıq
sənətini uğurla inkişaf
etdirən aşıqlarımızdandırlar. Aydın
Çobanoğlu haqqında çox eşitmişəm. Onun
çaldığı «Yanıq Kərəmi» Kərəmin Qara Məliyə
yağdırdığı nifrət duası idi.
Aşıq Ulduzun, Qaracanın məclisində
çox olmuşam.
Onların aşıqlıq sənətinə
az-çox
bələdəm. Lakin
Kərəm Göyçəli ilə
ilk dəfə
görüşürdüm. Onun şagirdi
Pəhləvanı da birinci
dəfə
görürdüm.
Aşıq Səməd İsgəndərov «Yurd yeri çal, Avdı dədə,
yurd yeri»
havasını elə
məharətlə
oxuyur ki,
adam bir anlığa
xəyalən el-obaya
gedir, yaylaqları,
yurd yerini görür.
Aşıq poeziyasının
bayraqdarlarından Aşıq Alının
210, Aşıq Ələsgərin 190 illik yubileylərinin dövlət
səviyyəsində
keçirilməsi
dövlətimizin Aşıq sənətinə,
onun inkişafına göstərdiyi böyük qayğının
təzahürüdür.
Комментарии
Отправить комментарий