İgid əsgər,möhkəm dayan


        İgid əsgər,möhkəm dayan


Oğul tək keçdiniz oddan,alovdan,
Özünüz yandınız,Vətən yanmasın.
Məğrur sinənizi sipər etdiniz,
Doğma yurdumuza kədər qonmasın.

Qisas qəlbimizdə mürt bağlayıbdı,
Fələyin zülmündən qaça bilmirik.
Yanan kəndlərimiz imdad istəyir,
Bizsə  düyünləri aça bilmirik.

         Qaniçən,başkəsən düşmənə qarşı,
İçimdə cücüərib qəzəbim, kinim.
Vətən torpağının bircə qarışı,
Qibləmdi, Kəbəmdi, Məkkəmdi mənim.

Kürədə bərkiyən, alovdan çıxan,
Cəngavər oğullar yada yem olmaz.
Hər işə ağılın gözüylə baxan,
İnsanın arzusu gözündə qalmaz.

Dərd ana südüylə hopub canıma
Tərlan gözlərinə yuxumu gələr?
Bu torpaq uğrunda şəhid olanın
Məzar torapağından gül qoxu gələr.

Bizə göz dikənin gözü tökülsün
Daş olsun, hörülsün daşa-divara
Mərdlərin ürəyi sevinclə dolsun,
Namərdin istəyi qalsın avara.

Elimlə-obamla deyib gülərdim,
Kim səpdi üstümə dözülməz dərdi?
Sevinci bölərdim, qəmi bölərdim
Qönçə güllərimi özgələr dərdi.

Min tufan, qasırğa çıxıb qarşıma
Yüz ildə millətim yüz yol sınandı.
Göydən tökülsə də alov başıma,
Ürəyim Vətəndən çətin sınandı.

Gözümüz görübdü çox çətin anlar,
Amansız yağını, yadı yandırın.
Ölümlə çarpışan igid oğlanlar,
Sevinc tonqalları alovlandırın.

            

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri