Namaz qılın, sağlam olun!
Namaz
qılın, sağlam olun!
Dinim islam,
Peyğəmbərim Həzrəti Məhəmməd Mustafa Sələllahı
Əleyhi və səllam, müqəddəs kitabım Qurani-Kərim, inandığım,
hər gün dərgahına
üz tutduğum,
ibadət etdiyim,
itaətində durduğum, bütün yeri-göyü, ərşi-kürsü yaradan o
bir Allahdır.
Şükürlər olsun Yaradanın böyüklüyünə.
Haqqı nahaqqa vermədi. İslam dini nazildi, lakin üzülmədi.
Daha da inkişaf
etdi və ona
iman gətirənlərin,
etiqad edənlərin sayı bir
milyardı ötüb keçdi,
islam dünyasının coğrafiyası böyüdü,
genişləndi.
Oruc tutan,
namaz qılan idi
ağbirçək nənəm. Sübhdən onun
oxuduğu dualar dolardı
qulaqlarıma. Namaz qılmağın
əhəmiyyətini necə gözəl təhlil
edərdi, xudaya!
Namaz qılmayan adamları benamaz adlandırardı
nənəm.
Dərya kənarı ilə
köç gedirmiş.
Bir benamazın dişi ağrayır. O dişini çəkib
atır dəryaya.
Balıqlar bu əcayib əşyanı
görüb düşürlər üstünə.
Dərya təlatuma gəlir,
nəhənglər zara. Bundan baş
aça bilmirlər.
Bu mənzərəni seyr edən
aqil deyir:
Köçün uymaz
köçənlərin köçünə
O
dünyada halın necə
keçinə.
Bir dəndənə
atdın dərya içinə,
Nəhəngləri gətdi zara
benamaz.
Köç eyləyib bu
dünyadan köçəndə,
Cəhənnəmin ağ şərbətin içəndə,
Ağzı polad qıl
körpüdən keçəndə,
Əlin çatmaz ciloydara, benamaz.
Belə olanda axirət
dünyasında benamazın halının necə olacağı
aydın təsvir edilir. Nənəm deyərdi:
«Bizi yaradan Allah
namazı, orucu öz
bəndələrinə borc göndərib.
Bütün müsəlmanlar o
borcu qaytarmalıdırlar. Əgər
qaytarmasalar onlar cəhənnəm oduna yanacaqlar». Sonra namazın əhəmiyyətini
elmi cəhətdən necə gözəl
təhlil edirdi nurani
nənəm. Sübhdən qalxmağın, sübh namazı qılmağın
xeyrindən danışırdı. Sübh gecə
ilə gündüzün təhvil-təslim dövrüdür.
Bu zaman hava
süzülüb təmizlənir,
havanın tərkibində yodbrom olur. Təmiz hava ilə
tənəffüs etmək orqanizmdə oksidləşməni gücləndirir.
Bundan sonra dəstəmaz
başlayır. Bu zaman
bədənin seçmə üzvləri
yuyulur. Buruna su
çəkmək onu iltihaba
qarşı dözümlü edir, boğazı qarqara etmək
badamcıqları möhkəmləndirir. Hamı bilir
ki, burun
qripp, boğaz angina
xəstəliklərinə tez tutulur.
Biz çox eşidirik: «Ona soyuq su
vermə boğazı angina
olar». Amma nənəm
buz kimi suyu
çəkərdi başına olardı
buz baltası kimi. Bütün damarların üzə çıxan
yeri dirsəkdir.
Dirsək bir yerə
toxunanda elə bil adamı
tok vurur.
Əmgək deyilən yeri
hamı tanıyır.
Ora daş dəysə
adam o
dünyalıq olar. Oranı sərtləşdirmək
çox faydalıdır.
Bunların hamısından sonra namaza durardı
nənəm. Fikir verin, əllər qulağın ardına
gedir. Başı
3 dəfə qaldırıb göyə baxmaq
boyunu hərəkət etdirir. Dizləri qatlamadan qaməti əymək, səcdəyə enib alnı
möhürün üstünə qoymaq
heç də biz
düşündüyümüz kimi deyil.
O, ürəyi
masaj edir.
Bu proseslərdən sonra oturub
Allah qarşısında dua edərdi
nənəm.
Allahım! Səni and
verirəm izzəti cəlalına, məni, mənlə oturub
duranları, qohum-əqrəbaları, bütün müsəlmanları
şəri–şeytandan,
quru böhtandan,
məkri zənandan hivz elə! Ya Rəbbim,
bizi çörəkdə imtahana
çəkmə, müşkül işləri
asanlaşdır, insanların könlünə insaf
sal, yer
üzündə sülh-əminamanlıq olsun. İlahi,
səni and verirəm
ali əbaya,
beş kimsəyə yolumuza
nicat, qolumuza qüvvət,
dizimizə taqət ver.
Sonra nənəm möhürü
üç dəfə öpüb
qoyardı gözünün üstünə, cenamazı qatlayıb qalxardı ayağa.
Namazdan sonra adam gümrah
halda yapışır işin
qulpundan. Açığını deyim
ki, namaz
qılan adam şər
işlərə meyl etmir. Onun qəlbində həmişə xeyirxah
əməllər yaşayır.
Qara fikirlər onu haqlayana
qədər günorta namazının
vaxtı çatır…
Nənəm deyərdi:-
dostluq, sədaqət,
halal duz-çörək, inam,
öz şəxsiyyətini tanımaq,
nəzakətli olmaq, müdriklərə hörmət,
özünün və başqasının
sirrini saxlamaq,
yersiz danışmamaq,
şirin dillə başqalarının
qəlbinə girmək kimi
gözəl xüsusiyyətlər diləyərdi nənəm yer
üzünün əşrəfi olan
insanlara. Geri qayıtması
mümkün olmayan şeylər
üçün təəssüflənməyə dəyməz deyərdi. Deyilmiş söz, açılmış
güllə, keçmiş ömür, baş vermiş qəza
heç vaxt geri
qayıtmaz.
İnsanın xoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb
etməkdə, özünü həmişə
sadə aparmaqda görürdü nənəm. Səbr etməsən arzuya
çatmarsan, təvazökar olmasan məhəbbət
qazanmazsan, səy göstərməsən
elm əldə edə
bilməzsən, deyərdi müdrik
nənəm. İnsanları paxıllıqdan,
xəsislikdən, namərdlikdən uzaqlaşdırmaqla bərabər böyük
əngəllər törədən şeyləri nifrətlə
qarşılayardı. Ləclikdən rusvayçılıq,
acıqdan peşmançılıq,
nalayiq danışmaqdan düşmənçilik,
təmbəllikdən alçaqlıq baş verə biləcəyini
dönə-dönə beynimizə
yeridirdi nənəm. O,
bildirirdi ki, yalançıda
tam insaniyyətlik,
paxılda xoşbəxtlik,
həsəd aparanda rahatlıq,
bədxasiyyətdə böyüklük, müdriklik olmaz.
Ağıl və bilik, ədalət və doğruçuluq, səbr və həya
insana hava və
su kimi lazımdır. Hazırda müstəqil respublikamızda qədim məscidlər
əsaslı şəkildə bərpa
olunur, möminlər həmin məscidə
axışırlar. Ciblərində
«Bəyaz», «Qumru»
gəzdirirlər. Hər il
müqəddəs ziyarətgahlara 10 minlərlə zəvvar gedir. Məşədi, Kərbəlayi,
Hacı olurlar.
Bunların hamısı islam dininə
olan etiqadın bariz nümunəsidir. Məscid tikdirən xeyirxah xeyriyyəçilərin Allah könüllərinə
insaf salaydı.
Onlar həm də
gələcəyimiz olan balaların təhsil aldığı
təhsil ocaqlarını da heç
olmasa beş ildən
bir təmir edəydilər.
Peyğəmbərimiz Həzrəti Məhəmməd Mustafa Sələllahı
Əleyhi və səllam
öz fərmayışlarının birində buyurmuşdur: «Gündoğanda bir müsəlmanın əlinə batan
tikanın ağrı-acısını günbatandakı müsəlman duymalıdır».
Nə, gözəl
kəlamdır. Bu,
həm də müsəlamanın
birliyi, ittifaqı deməkdir.
Lakin çox təəssüflər
olsun ki,
Əfqanıstan, Çeçenistan,
İranda, İraqda,
Tacikistanda, Azərbaycanda müsəlmanın qanı sel
kimi axanda din
qardaşlarımız «məndən ötdü» dedilər. Müsəlmanın tökülən qanını
görmədilər. Ulu peyğəmbərimiz
demişdir: - Bir saat
elm öyrənmək altmış il
ibadətdən sərfəlidir, beşikdən qəbirədək elm öyrənmək
lazımdır, qiyamət günü
Allah hüzurunda alimin mürəkkəbi
şəhidin qanından qiymətlidir,
alimlər peyğəmbərlərin varisləridirlər,
elm uzaq Çində
də olsa,
ardınca get.
Allah, özün kömək et, bu millətə, yazıqdır,
Qaytarıb salma bir də cəhalətə, yazıqdır.
Yolunu azanları düz yola
döndər, Allah,
Namus, qeyrət tacını
bizlərə göndər,
Allah.
Hüzurunda dayanıb biz səni
inkar etdik,
Günahı olmayanı döyüb günahkar
etdik.
Kin-küdurət
evinə çevirdik məscidləri,
Qolumuzu çırmayıb devirdik məscidləri.
Axund, müctehidi saldırdıq zindanlara,
«Quran» yasaq olundu
burda müsalmanlara.
Dinimizi aldılar, din belə
getdi əldən,
Donumuzu aldılar, don belə
getdi əldən.
Allahsız biletinə gedib növbəyə durduq,
Özümüz özümüzə beləcə
tələ qurduq.
Halalın mayasına haram maya
qatıldı,
Dəllallar bazarında insan ucuz satıldı.
Layla səsi kəsildi
beşiklərin başından,
Qəm dəryası yarandı
nənəmin göz yaşından.
Biganəlik uzatdı telli saza
əlini,
Bağladılar Alının, Ələsgərin dilini.
«Ustadnamə», «Bayatı»,
«Qoşma», «Gəraylı»
getdi,
Müxəmməsin, təcnisin dili haraylı
getdi.
Qara zurna çalanlar
qara günə qaldılar,
Bizi bizə satdılar, bizi bizdən aldılar.
Ər oğullar itirib
özümüzə qayıtdıq,
Şükür olsun,
çox şükür,
sazımıza qayıtdıq.
Etdiyimiz səfləri birdə gərək
etməyək,
Özümüzə söykənək,
haya-küyə getməyək.
Təkcə alış-verişə başımızı qatmayaq,
Başımızın altına yastıq atıb
yatmayaq.
Tale verən qisməti
verməyək hər aca biz,
Mənəviyyat sərvətin qoymayaq hərraca biz,
Allah, özün kömək
et, bu
millətə, yazıqdır,
Qaytarıb salma bir də
cəhalətə, yazıqdır.
Yolunu azanları düz yola
döndər, Allah,
Namus, qeyrət tacını
bizlərə göndər,
Allah.
Namaz qılın, sağlam olun!
Sağlamlıq insan üçün ən
gözəl varlıqdır.
Əvəz Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий