Hərbi hissədə görüş
Hərbi hissədə görüş
Bu, mənim cəbhə
bölgələrinə
87-ci səfərimdi. Doğma Azərbaycanı
qarış-qarış
gəzmişəm.
Qubadlıda,
Laçında,
Zəngilanda,
Cəbrayılda,
Füzulidə,
Ağdamda,
Qazaxda,
Kəlbəcərdə,
Goranboyda,
Qusarda və s. bölgələrdə
olmuşam,
əsgərlərlə görüşüb onlara
ürək-dirək
vermişəm,
işıq üzü görən
kitablarımı ərməğan etmişəm,
Vətənə məhəbbət, düşmənə nifrət, hisslərini
gücləndirməyə,
mübariz ruhlarını qaldırmağa,
ovqatlarını təzələməyə çalışmışam.
Yolboyu bölgələrdə
gedən abadlıq-quruculuq işlərini
gördükcə adamın könlü
açılır,
dodaqlarında təbəssüm görünür.
Şüşə kimi yollar, möhkəm
bünövrə üzərində tikilən
körpülər,
küçələri işıqlandıran elektrik
lampaları,
müasir tələblərə cavab
verən məktəblər, xəstəxanalar, idman kompleksləri,
mərkəzi klinikalar, doğma Azərbaycanın
dinamik inkişafından, güclü dövlət
olmasından,
qüdrətli Ordu quruculuğundan
xəbər verir. Şəhərimizdə, kəndlərimizdə, qəsəbələrimizdə hər
gün yeni-yeni binalar
inşa edilir, yollar çəkilir,
küçələr təzələnir. Bir ay
əvvəl gördüyün rayonu
tanımırsan yeniliyə baxıb
heyran olursan. Qeyri ixtiyari
olaraq dilimdən misralar
süzülür
Ən ucqar
kəndlərimiz
Necə gözəl
görünür.
Nur selinə
qərq olan
Gecə gözəl
görünür.
Asfalt löşənmiş yollar,
Küçə gözəl
görünür,
Hər tərəf
gül qoxuyur,
Qönçə gözəl
görünür.
Çiçəklərin ləçəyi,
İncə, gözəl görünür.
Parklar da
ayrı aləm
Məncə gözəl
görünür
Yevlax, Tərtər, Naftalan
Gəncə gözəl
görünür
Hansı səmtə
baxırsan
Üç rəngli
bayrağımız
Uca, gözəl görünür.
Ənvər Əhmədin
sürücüyə:
-Qabaqda radar
var deməsi məni
xəyal dünyamdan ayırdı. İsmayılın
anası qoyduğu yol
çörəyini,
qızardılmış qaz ətini
ləzətlə yeyə-yeyə mənzil
başına çatmağa can
atırdıq.
Bizi aparan sürücü
ləyaqətli,
ziyalı,
uzun müddət orqan
işçisi olmuş Akif
Sultanov idi. O, Xocalı qırğınında
xeyli yaxın qohumlarını
itirdiyindən içində olan
narahatlıq,
düşmənə olan kini, qəzəbi
açıq-aydın
hiss olunurdu.
Akif maşını
çox bacarıqla idarə
edir.
Bu dəfə səfərimiz
Azərbaycanın sərhəd bölgələrindən
birinə:-
Tərtər rayonuna idi.
Azərbaycan Respublikası
Beynəlxalq diaspora mərkəzinin
təşkilatçılığı şəxsən mərkəzin
sədri İsmayıl Ağayevin
təşəbbüsü ilə təşkil
olunmuş bu səfərin
məqsədi ali məqsəd
idi.
«N»
saylı hərbi hissədə
olan,
Vətənin keşiyində ayıq-sayıq
dayanan əsgərlərlə görüşmək,
onlara mənəvi qıda
vermək,
əhval-ruhiyələrini
qaldırmağı özümüzə vətəndaşlıq
borcu hesab edirdik.
Biz hərbi
hissənin həyətinə daxil
olanda artıq təşkilatı
iş qurtarmışdı. Səbirsizliklə yolumuzu
gözləyənlər bizi ürəkdən
alqışladılar.
Hərbi hissənin komandırı
Nizami Osmanov bizi
səmimi qarşıladı. Gəlişimizdən məmnun
olduğunu bildirdi. Əvvəlcədən hazırlanmış
stollarda əyləşdik, çay içdik. İstedadlı
müğənnimiz Səmistan Əlzamanlı
«igid əsgər» mahnısını oxudu
qurtardı.
Uzun sürən alqışlar
eşidildi.
Yeri gəlmişkən onu
da deyim ki, Şəmistan
Əlizamanlı yeganə müğənnidir
ki,
hərbi-vətənpərvərlik
mövzusunda müraciət edir, mahnılar
bəstələyir.
Oxuduğu mahnılarla gənclərimizdə,
əsgəri xidmətdə olanlarda
ruh yüksəkliyi yaradır,
Vətənə məhəbbət hisslərini
oyadır.
Şəmistan Əlizamanlı
bizi əsgərlərə təqdim
etdi,
sonra mənə tərəf
döndü.
-Əvəz
müəllim,
xahiş edirəm əsgərlərimizə
ürək sözlərinizi deyəsiniz.
-Əziz
əsgərlər,
möhtərəm hərbi hissənin
rəhbəri!
Sizi səmimi
qəlbdən salamlayıram. Mən Sumqayıt
şəhərindən gəlmişəm. Gənclik şəhərinin
bütün sakinlərinin, gənclərinin atəşli
salamlarını sizə yetirirəm.
Azərbaycanın bu günki
inkişafı bütün dünyanı
valeh edir, dövlətimizin lider
dövlət olmasını şübhə
altına alan ölkə
yoxdur.
Respublikamız yeraltı, yerüstü sərvətləri
ilə dünyanın diqqətini
bizə yönəldir.
Bu gün
Azərbaycanda ordu quruculuğuna
ayrılan vəsait, işğalçı dövlət
olan Ermənistanın ümumi
büdcə gəlirindən çoxdur. Bu
onu göstərir ki, ölkəmiz
dinamik inkişaf edir, əhalinin
güzaranı gündən-günə yaxşılaşır.
Bu uğurların hamısı
ulu öndərin yaratdığı
banisi olduğu müstəqil
dövlətimizin etibarlı əllərdə
olmasından xəbər verir. Möhtərəm
prezidentimiz Ali Baş
Komandan cənab İlham
Əliyevin möhkəm iradəsi,
səriştəsi,
səyi nəticəsində dövlətimiz
gündən-günə
möhkəmlənir,
ordumuz qüdrətli orduya
çevrilir.
Elə buna görədir
ki,
ölkəmizi tərəddüt etmədən
beynəlxalq təşkilatlara üzv
qəbul edirlər. Biz Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdıra bilirik.
Lakin bizim
intizarımız da var. O
da Qarabağ həsrətidir.
Bu həsrətə, hicrana Siz
son qoyacaqsınız, Azərbaycan bayrağını
Şuşada,
Xankəndində Siz dalğalandıracaqsınız,
əziz əsgərlər, Vətən övladları!
İgidlərim, ərlərim, qorxu bilməz
nərlərim,
Sizsiniz guman yerim, Sizsiniz ümid yerim.
Torpağı qorumayan, anasını qorumaz.
Qeyrəti olmayan kəs, heç hansını qorumaz.
Arzumuz, istəyimiz azadlıqdır, torpaqdır
Bizi susduran olmaz, bizim səsimiz haqdır.
Sizdən imdad istəyir Xocalının harayı
Vaqifin məqbərəsi, Xanqızının sarayı
Sizdən imdad istəyir «Malikəjdər» türbəsi,
Hikkəsindən daş oyan Bərgüşadın gur səsi.
Sizdən imdad istəyir Ağdamın imarəti,
Sözümün sərkərdəsi, Füzulinin sənəti
Sizdən imdad istəyir Murovdağın vüqarı
Cəbrayılın hicranı, Zəngilanın qubarı
Sizdən imdad istəyir Səngərli Səngərdağı
Bir gözü qan ağlayan Azərbaycan torpağı!
Sazından ayrı düşüb sazlı, sözlü Göyçəmiz,
Qaytaraq Ağbabanı, qaytaraq Göyçəni biz.
Əsgərlərin ürəyindən keçəni məhəbbət şeirləri oxudum, onların gözlərində sevinc parıltılarını gördüm və sonda onlardan umacaqlarımı bildirdim.
Döyüşçü qardaşım, əsgər qardaşım,
Xiffət eyləməkdən ağardı başım.
Yolumu gözləyir Göbəklidaşım
Düşmən ürəyimə yaralar vurdu,
Qaytar o torpağı, qaytar o yurdu.
Nə qədər ki, verəmmirik əl-ələ
Bizi yoracaqdır bu ağır şələ
Kərəmi yolundan döndər ay Lələ,
Keşiş, fənd işlətdi, min hiylə qurdu
Qaytar o torpağı, qaytar o yurdu
Həsrətim torpaqdır, bir də qələbə,
Təbibdır loğmandır dərdə qələbə
Vallah yaraşıqdır yurda qələbə
Çox şükür yaranıb müzəffər ordu,
Qaytar o torpağı, qaytar o yurdu.
Sonra söz hörmətli İsmayıl Ağayeğə verildi.
O diasporanın yaranmasından, fəaliyyətindən geniş söhbət açdı, qarşıda duran vəzifələrdən və planlardan danışdı. Apardığı bayraqları hərbi hissəyə bağışladı. Əsgərlər tədbir qurtarana qədər bayraqları həvəslə dalğalandırdılar.
Şair Ənvər Əhmədin çıxışı, xüsusi maraqla qarşılandı. Bu gün Göyçə, Zəngəzur, Ağbaba, Dərələyəz bütün işğal altında olan torpaqlarımız işğaldan azad olmayınca, düşmənin başı əzilməyincə «bu qılınc qınında pas ata bilməz» şeirini elə ürəkyanğısı ilə oxudu ki, içim göynədi. Əsgərlər toqqalarını bərkitdilər, gözlərində intiqam alovu parıldadı.
İstedadlı müğənni «Qarabağ» mahnısını elə etirasla həvəslə oxudu ki, bütün əsgərlər iştirakçılar rəqs elədilər, sevindilər güldülər.
Mənə xoş təsir bağışlayan o oldu ki, iki nəfər Sumqayıtlını, əziz şagirdlərimi Ceyhun və Məmmədi burada əsgər paltarında gördüm onları bağrıma basdım. Sevinclərinin həddi-hüdudu olmayan Ceyhuna da Məmmədə də çapdan təzəcə çıxmış kitablarımı avtoqrafla bağışladım, 20 nəfər əsgərə də kitablarımı payladım.
Hərbi hissənin komandiri Ceyhun Osmanov bizim gəlişimizdən xoşhal olduğunu bildirdi, minnətdarlıq etdi. Onu da dedi ki, bu gün bizim heç kimdən umacağımız yoxdur. Lakin ziyalı sözünə, ziyalı məsləhətinə ehtiyacımız var…
Bizi Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Orucov elə binanın həyətində gülərüzlə qarşıladı.
Açığını deyim ki, mən burada azından on dəfə olmuşam lakin Tərtəri tanımadan nə qədər dəyişilib, gözəlləşib? Sadədən sadə hörmətli başçı bizi çay süfrəsinə qonaq etdi, bölgədə gedən abadlıq, quruculuq işlərindən danışdı, gələcək planlarından söhbət açdı.
Biz icra başçımıza qonaqpərvərlik və səmimi söhbətlərinə görə minnətdarlığımızı bildirib ayrıldıq.
Maraqlı və mənalı səfərimiz başa çatdı.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий