Məni Məcnun edib


        Məni Məcnun edib

Səhər-səhər bir ov çıxdı qarşıma,
Fələk əl-qolumu bağladı Allah.
Kamana ox qoydum ata bilmədim,
Özüm öz halıma ağladım, Allah!

Baxdım amalına, gözüm qamaşdı,
Qəlbimə toxundu o qələm qaşlı.
«Qocalmısan» deyib, mənə sataşdı,
Sinəmi çal-çarpaz dağladı, Allah.

Demirəm hörüklər qulac-qulacdı,
Məni ovsunlayan o qara saçdı.
Özüm bilmirəm heçhara qaçdım,
Dərdi öz içimdə saxladım, Allah.

Qıyğacı baxışla boylanır hərdən,
Məni Məcnun edib o mina gərdən.
Görünür Əvəzi salıb nəzərdən,
Dünyanı güldürən, ağladan, Allah.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal