Uşaq
Uşaq
Uşaq bir töhfədir könül bağından,
Qayğısız baladır, yatır beşikdə.
Təbəssüm süzülür gül dodağından,
Uşaqsız darıxır ev də, eşik də.
Beşiyə bəzəkdir, evə yaraşıq,
Ataya, anaya arxa köməkdir.
Nənənin gözündə parlayan işıq,
Babanın köksündə vuran ürəkdir.
Düşmən toxmağıdır
həm də deyiblər,
Bir uşaq bir elin vüqarı olub.
Boynu bükük qalıb uşaqsız evlər,
Uşaqlar ömürün baharı olub.
Комментарии
Отправить комментарий