Sahil duyğuları


     Sahil duyğuları

Sahildəyəm,
Hava sakit, səma aydın.
Bir aynadır mavi Xəzər,
Ağ göyərçin qanadı tək
Ağ ləpələr
Qırçın-qırçın aşa-aşa,
Pıçıldaşa-pıçıldaşa,
Şıltaq-şıltaq oynaşırlar.
İlham dolu bu sahilə
Onlar əcəb yaraşırlar.
Ürək açan bu gecədə,
Gözəllərdən gözəl olub
Bidrlənmiş Ay necə də!
Nə qəşəngdir qar sinəsi.
Gur suların aynasında.
Bir qısqanclıq duyuram mən,
Yerlə Göyün arasında.
Elə bil ki, təzə gəlin
Sığallanıb, tumarlanıb.
Yol gözləyən ala gözlər,
Xumar olub xumarlanıb.
Çiçək-çiçək ulduzları
Öz bağrına basıbdır ay.
Düzüm-düzüm qaş-daşını,
Yaxasından asıbdır Ay.
Qarış-qarış sırğaları
Qulağına taxıbdır Ay.
Canlar alan bu camalla,
Can sirdaşı al Günəşin
Pişvazına sıxıbdır Ay!

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal