Qardaş.
Qardaş.
Qərib
qürbət eldə neçə illərdi,
Dözüb
keçinirəm bir təhər, qardaş
Səhər
yuxusuna yadırğamışam
Nə
axşam bilirəm, nə səhər, qardaş.
Xəyalım
dolanır, aran-dağ gəzir,
Gözlərim
hər yerdə buz bulaq gəzir.
Əllərim
uzanır bağca-bağ gəzir,
Hikkədən
tökürəm qanlı tər, qardaş.
Günlər
atlı olub mən də piyada
Bir
kimsə hələlik yetməyir dada.
Qəlbim
tel-tel olur, düşəndə yada
O
sərin çeşmələr, gözəllər, qardaş.
Qızıl
armudumuz yuxumdan çıxmır,
Pöhrələr
inciyib sözümə baxmır
Çiçəklər
küsübdü şeh sırqa taxmır
Əvəzi
üzübdü dərdi-sər, qardaş.
Комментарии
Отправить комментарий