Tarixi saxtalaşdıran iddia
Tarixi
saxtalaşdıran
iddia
Düz 96 ildir ki, erməni daşnakları döymədikləri qapı,
burunlarını soxmadıqları idarə
qalmayıb ki, uydurma «Soyqrımı» tanıtdırsınlar.
Tarixi faktlar göstərir ki, ötən əsrin
əvvəllərində
ənənəvi olaraq havadarlarının
himayəsinə
sığınaraq, onlardan hər cür dəstək alaraq,
ermənilər qonşu xalqlarının
əzəli əraziləri hesabına
dövlət qurmaq üçün
azərbaycanlılara və
türklərə
qarşı misli görülməmiş soyqrımı
və
terror aktları törətmişlər. Erməni vəhşiləri haray-həşir salır,
dünya ictimaiyyətinə
çatdırmağa can atırlar ki, guya türklər 1915-ci ildə
Şərqi Anadoluda 1,500 min erməni qətlə
yetiriblər. Ermənilər bu yalanı
iddia etsələr də
tarix hər şeyi açıq-aydın göstərir. 1915-ci ilin
aprel ayında bütün
dünyada cəmi 1,200 min erməni yaşamışdır. Bu rəqəm qondarma erməni «Soyqrımı»nın reallıqdan uzaq olmasından, yalan və
iftira olduğundan xəbər verir.
Dünyanın bir çox ölkələrində
arxivlərdə
qorunub saxlanılan tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda ermənilərin türklər tərəfindən qətlə
yetirilməsi
barədə
uydurmalarının cəfəngiyat olduğunu təsdiqləyir.
Birinci dünya müharibəsi illərində
Osmanlı imperiyasını daxildən zəiflətmək, onu
tamamilə
süquta uğratmaq istəyən çar Rusiyası
erməni məsələlərindən «siyasi
alət» kimi
yararlanmağa çalışmış, onları türklərə
qarşı qiyamlara qaldırmışlar.
Çar II Nikolay
bunun əvəzində
ermənilərin Türkiyə
torpaqları hesabına müstəqil dövlət yaratmaqlarına kömək edəcəyini vəd etmişdir.
Beləliklə,
çar Rusiyasının diktəsi ilə
hərəkət edən erməni terrorçu birləşmələri Türkiyənin müxtəlif şəhərlərində
təxribatlar, terror aktları
törətmiş, dinc insanlara
divan tutmuşlar.
Məşhur Amerika alimi
Castin Makkartinin yazdığına görə 1915-ci ildə
müharibə
zonasından kənarda yerləşən Sivas vilayətində
ermənilər 180 min müsəlmanı son
nəfərinədək qətlə
yetirmişlər. Digər Amerika tarixçisi
Stenford
Con Şou isə ermənilərin 1915-ci ilin
əvvəllərində
Van şəhərində
türk dövləti əleyhinə qiyam qaldırdığını,
bu qiyamın qısa
zamanda bütün Şərqi Anadolu
vilayətini bürüdüyünü tarixi faktlar
əsasında diqqətə
çatdırmışdır.
Bu tutarlı faktlara
baxmayaraq ermənilər öz saxta
ittihamlarını əsaslandırmaq üçün özlərini tarixə «məzlum», «cəfakeş», «soyqrıma məruz qalan»
millət kimi təqdim etməyə
çalışırlar.
Türkiyə
parlamentinin deputatı Stepan Ter-
Danilyanın rəhbərliyi altında Qarsda, Ərdəhanda erməni quldur
birləşmələri 30 min etnik
türkləri öldürmüşdülər. Erməni vəhşiləri körpə
uşaqları analarının əlindən alıb tonqallara
atır, insanları öldürməzdən əvvəl
onlara vəhşicəsinə
işgəncə
verdikdən sonra qətlə
yetirirdilər.
ABŞ tarixçisi Stenford Con Şounun
«Osmanlı imperatorunun tarixi»
kitabından: «Bütün müharibə ərzində
müsəlmanların ermənilər tərəfindən dəhşətli, amansız
kütləvi qırğını nəticəsində
1 milyondan çox türk kəndlisi doğma
ata-baba
yurdlarından qaçmalı, didərgin düşməli olmuşdular.
Həmin vaxt minlərlə
qaçqın türk tikə-tikə
doğranmışdır».
1914-cü ildə
türklərin 5 vilayətində- Trabzon, Ərzurum, Ərzincan, Van və Butles vilayətlərində
yaşayan 3,3 milyon türk
əhalisindən
600
min nəfəri müharibədən sonra qaçqın
və
məcburi köçgün vəziyyətində
idi. Erməni quldur
birləşmələri «Daşnaksütyun» partiyasının fəal üzvü Atom
ləqəbli Arutyun Şaxrikyanın
başçılığı ilə
kəndlərə
basqın edir,
bütün dinc əhalini vəhşicəsinə
kəsib-doğrayır, qadınlara, qocalara,
uşaqlara belə
rəhm etmirdilər.
Fransa tədqiqqatçısı Corc de Malevilin
«1915-ci il erməni faciəsi»
adlı kitabında yazır:
«Erməni quldur birləşmələri tərəfindən planlı surətdə
məhv edilən Şərqi Anadolunun dinc müsəlman əhalisindən
olsa-olsa
1,600 mini qalmışdır.
Bu dəhşətləri görən bir çox
rus zabitləri belə
qırğından hiddətlənərək erməni cəlladlarına qarşı güc işlətdilər».
Təbiidir ki,
dinc əhaliyə qaşrı vəhşiliklər, erməni təbliğat-
təşviqatının açıq-aşkar ikiüzlülükləri Osmanlı
dövlətinin səbir kəsasını doldurdu və
Ali Komandanın əmri
ilə
1915-ci il aprel
ayının 24-də
DİN bütün erməni komitələri İstanbuldakı və
Türkiyənin başqa bölgələrində
fəaliyyət göstərən terror təşkilatlarının dərhal bağlanması barədə
sərəncam verdi.
Erməni quldur və terror birləşmələri Vanın ətraf qəsəbə
və
kəndlərinə
hücuma başlayırlar.
Bu civardakı bütün müsəlman kəndləri od-alova bürünmüşdür.
Rus diplomatı,
general Q.
Mayevskinin məlumatına görə,
erməni təbliğatının türkləri qəddarlıqla hər vəchlə
təqsirləndirməsinə
baxmayaraq, o,
bunun əksinin
şahidi olmuşdur:
o illərin bütün qanlı
hadisələrini erməni quldur dəstələri fitnəkarlıqla törədir və
həyata keçirirdilər.
Bitlis şəhərində
erməni quldur birləşmələrinin azğınlıqları nəticəsində
123 adam öldürülmüşdür.
Həlak olanlar arasında
çoxlu uşaq və qadın var.
Tədqiqatçı Rafael de Noqalesə görə,
o dövrdə
dinc müsəlmanların vəhşicəsinə
qətlə
yetirilməsinin, kəndlərinin yandırılmasının başçılarından biri Osmanlı
Assambleyasının deputatı, «Daşnaksütyun»
erməni terror təşkilatının üzvü Qaregen
Pasdermacan idi. Tarixçi
Noqales yazırdı:
«Onlar əllərinə
keçən dinc müsəlmanların hamısını öldürürdülər». «Daşnaksütyun»
təşkilatının ölüm hökümləri hər yerdə
həyata keçirilirdi.
Tədqiqatçıların fikrincə,
bu təşkilat heç vaxt
real siyasi proqram
təklif etmirdi,
əksinə,
öz icraçılarına ancaq mübarizə metodlarını göstərirdi. Zorakılığa əsaslanan
bu metodlar belə
şərh edilirdi:
«Adamları silahlandırmaq üçün istənilən vasitələrə
əl atmalı,
… toqquşmaları təşviq etməli və
hökumət məmurlarını qorxu-vahimə
içində
saxlamalı, … dövlət idarələrini qarət etməli və
dağıtmalı, … məqsədə
çatmaq üçün hər
şeyə-
təbliğata, terrora,
qiyamlara yol verilir».
Amerika tarixçisi Stenford Con Şou
yazır ki,
«mayın 14-16-sı ərzində
erməni quldur birləşmələri yerli müsəlman əhalini kütləvi surətdə
qırıb-çatdılar».
Tədqiqatçı Corc de Malevil
bu barədə
yazır: «Ermənilərin 30 il ərzində
müntəzəm surətdə
həyata keçirdikləri terror aktları 1915-ci ildə
başqa yerlərə
köçürülən öz soydaşlarının
taleyinə
təxminən eyni dərəcədə
ciddi təsir, «əks-təsir»
gösrətmişdir. Kənardan qızışdırılan bütün bu
mənasız qiyamlar ancaq nahaq
ölümlərə
gətirib çıxarırdı.
Lakin onların müəyyən psixoloji nəticəsi də
vardı ki,
ona da erməni təbliğatçılar
«gərginlik strategiyası»
yolu ilə, yəni osmanlalırın nəzərində
erməniləri «sadiq
millət» dən
«şübhəli millət»ə
çevirmək yolu ilə nail olurdular.
On illərlə
davam edən qətillər və
amansız qiyamlar buna kifayət
idi».
Erməni terror və quldur birləşmələri Türkiyənin qədim Van şəhərini yandırmışlar.
Dinc əhali
arasında çoxlu tələfat olmuşdur.
C. və K. Makkartilərin tədqiqatına görə, XX əsrin
əvvəllərində
törədilən qanlı hadisələr zamanı
2,5 milyon müsəlman öldürülmüşdür.
Hökumət qoşunları Türkiyənin Van şəhərinə
daxil olduqda onların
gözləri qarşısında dəhşətli bir mənzərə
açıldı: meyitlər qalaq-qalaq yığılmışdı.
Erməni terror birləşmələri Vanın vaxtında
qaçıb canını qurtara
bilməyən bütün müsəlman əhalisini- türkləri, azərbaycanlıları,
kürdləri məhv etmişdilər. Ermənilər bütün müsəlmanları böyük bir
xəndəyin qırağına toplamış,
sonra da vəhşicəsinə
öldürmüşdülər. Səkkiz gün sonra, 1915-ci il iyulun 1-də
general Nikolayev öz məlumatında Tero mə Xeco adlı erməni quldurların
vəhşiliklərindən danışacaqdır.
Hiddətə
gələn rus zabiti
onları topların qabağına qoyub güllələməyə
çağırır.
Qəddarcasına işgəncələr verilmiş
5 min adamın-erməni quldur və terror birləşmələrinin dinc əhaliyə
qarşı törətdiyi 1915-ci il
soyqrımı qurbanlarının dəfn edildiyi yerdə
onların xatirəsinə
indi türk xatirə abidəsi ucalır.
Atalar yaxşı deyiblər:
« Oğru elə
dindi ki,
doğru bucağa qısıldı», «Utanmasan oynamağa nə
var ki».
Bu qədər cinayətlər törədən erməni quldur birləşmələri utanmadan tarixi saxtalaşdıraraq 24 aprel
1915-ci ili qondarma «Soyqrımı» kimi dünya
ictimaiyyətinə çatdırmaq istəsələr də
faktlar onların arzusunu
gözlərində
qoyur.
Əvəz
Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий