Ordumuz ,bəladan bizi sən qurtar.
Ordumuz ,bəladan bizi sən qurtar.
Sübhədək
yuxuma haram qatıram,
Oturub
Ay ilə dərdləşirəm mən,
Yasdan
qurtarmamış, yasa batıram,
Sevinci
buraxıb, dərd eşirəm mən.
Iyirmi
qış keçib, iyirmi bahar
Gör
indi babamın köçü nə çəkir.
Div
kimi yuxuya gedib adamlar,
Xoruzlar
səsini içinə çəkir.
Hər
yerdə Vətən var, torpaq var, daş var,
Ya
Rəbb, sülhün nuru niyə yayılmır?
Cahanda
istəkli dost var, sirdaş var.
Görən
bu yatanlar niyə ayılmır?
Yarın
fərağından solub gəlinlər,
Şəhid
balasını ana ağlayır.
Eyş-işrət
içində deyib-gülənlər,
Belə
biganəlik məni dağlayır.
Gözümün
yuxusu ərşə çəkilir,
Qəmdən
yatmayanın halı qolaydı.
Ilahi,
sinəmə dağlar çəkilir,
Yurdun
gediş-gəliş yolu qolaydı.
Uğursuz
ayların sayı azalmır,
Bezib
bu həyatdan nənələr indi.
Açılan
güllənin hayı azalmır
Gözəllər
çəkirlər gör nələr indi.
Oyanmaq
vaxtıdır hamı yatıbdır,
Bülbüllər
salınıb bəlkə qəfəsə.
Bəlkə
azançının səsi batıbdı,
Səhərlər
quşlar da vermir səs-səsə.
Qəflət
yuxusundan ayılmırıq biz,
Hələ
açılmamış qönçəm göynəyir,
Vətən
deyə-deyə qaldıq Vətənsiz,
Varlığım
sarsılır, içim göynəyir.
Qartalın
yuvasın dağıdıb qarğa,
Laçınlar
qırğının əlinə keçib.
Sonasız
göllərdə üzür qurbağa,
Tülkülər
yurduma süpürgə çəkib.
Dərddən
xali olsa könlüm azacıq.
Sevinc
gəlib keçər yanımdan belə
Dağların
yolları olsaydı açıq,
Gedib
qovuşardım sevdiyim gülə.
Biz
də bir gün görək fani dünyada
Bizim
əməlimiz, işimiz haqdır.
Bunu
yaxşı bilir bütün dünya da,
Bu
sitəm əvəzsiz qalmayacaqdır.
Təsəlli
tapmıram, həmdəmim yoxdu,
Tale
üz döndərib, üzümə baxmır.
Içimdə
tığlanan dərd-qəmim çoxdu,
Ürəyim
tərsləşib, sözümə baxmır.
Düşmənə
əzab da, ölüm də azdır,
Qışın
sazağıdır onun nəfəsi.
Xudaya,
yağının yolunu azdır,
Kəsilsin
gülşəndən bayquşun səsi.
Aqillər
demişkən-nahaq ucalmaz
Haqq
gəlib nahaqqın gözünü tutar.
Kənardan
baxmaqla düyün açılmaz
Ordumuz,
bəladan bizi tez qurtar.
Комментарии
Отправить комментарий