Aybəniz


Aybəniz

İstər küs sözümdən, istər inci sən,
Heyran eyləmisən bizi, Aybəniz.
Sən bizim ellərdə nadir incisən,
Tək-tənha dolanma düzü, Aybəniz.

Çiynin üstündən dönüb baxma,amandır,
Şirin canı oda yaxma, amandır.
Aya çıxma, günə çıxma, amandır,
Qamaşar onların gözü, Aybəniz.

Zülfün saçağına gül düzə-düzə,
Min zinət vurma sən o qaşa,gözə!
Ay camal gizlədər, görünməz gözə,
O, görsə səndəki üzü, Aybəniz.

Səni and verirəm gecə-gündüzə,
Ahuluq eyləmə,qulaq as sözə.
Sən elə zucu baxsan Əvəzə
Aranı düzəldər özü, Aybəniz!

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal