Vaxtıdı
Vaxtıdı
Göy ağlayır, nur ələnir,
Ilin nə göyçək vaxtıdır.
Ana torpaq cana gəlir,
Nazını çəkmək vaxtıdır.
Şair, demə vaxt var hələ
Buyur gedək bizim elə,
Tər güllərin güləgülə,
Açılan ləçək vaxtıdır.
Işıqlını gəzə-gəzə,
Gedək çıxaq Ərizəmzə.
Bizim elin təzə-təzə,
Yaylağa keçmək vaxtıdır.
Nəğməkar quşlar oxuyur,
Gözəllər çələng toxuyur,
Yamaclar ətir qoxuyur,
Gülləri seçmək vaxtıdır.
Dağlar dumana bələnir,
Çən sürünür çözələnir,
Otlar asta silkələnir,
Körpə göbələk vaxtıdır.
Boz sürülər yunu qumaş,
Qalxır döşə yavaş-yavaş,
Əlli tərpən, çoban qardaş,
Süd sağıb içmək vaxtıdır.
Yaşıl donun geyib dağlar,
Dərələrdə sellər dağlar,
Ürək açır gözəl bağlar,
Bağların çiçək vaxtıdır.
Kəklik ötür dəstə-dəstə,
Bükbük qonur qönçə üstə.
Əvəz arzuda, həvəsdə,
Yüz ölçüb biçmək vaxtıdır.
Комментарии
Отправить комментарий