Niyə utanmadın ?



                 Niyə utanmadın ?

                            Erməni dönüklərinə

 Deyirdin dostluqdur mənim istəyim,
 Üzdə beləymişsən, arxada belə.
 Etdiyin pisliyin hansını deyim?
 Xəyanət deyilmi qurduğun tələ?

Xəyanət deyilmi bu atmacalar,
Kəsdiyin çörəyə,daddığın duza.
             Haqqı dananlara haqq qənim olar,
Niyə dönük çıxdın KürəAraza

Niyə dönük çıxdın ülvi dostluğa,
Sənin günahını dənizlər yumaz.
Verdiyin öyüdlə böyüyən dığa,
Dostluğu duyammaz,dostu duyammaz

Niyə utanmadın el qınağından
Yenidən çəkildi dağ dağın üstə.
Gül-çiçək toplayıb mənim dağımdan,
Səpirsən satqının,alçağın üstə.

Niyə utanmadın nər Ələsgərdən,
Göyçəni dəyişib Vardanis etdin.
Zori Balayanın «Ocağı»yla sən
Köhnə kilsələrə səçdəyə getdin.

Yağılar o yerə dərd gətirəndə
Göylərin gözündən qan-yaş axırdı,
Qarabağ uğrunda mən itirəndə,
Sənin dığaların kefə baxırdı.

pislik görmüsən bizim ellərdə
Cənnət tək yaylağı sənə vermişəm.
İlanlar mələşən susuz çöllərdə
Yanıb kipriyimlə od götürmüşəm.

Mən səni dost bilib varımdan keçdim.
Sənə bağışladım buz bulaqları
Mən burda gölməçə suları içdim,
Sən orda seyr etdin yaşıllıqları.

Mənim həsənlərim təzək yandırır,
Qazla sirab olub sənin Vartanın
Sənin dönüklüyün məni yandırır
Onsuz da dönükdür başda qırtanın

O qədər sırtıqsan azca qalıb ki,
Cabbarı danasan,Xanı danasan.
Nadanlar,naşılar qılınclanıb ki,
Sən ibrət götürüb bəlkə qanasan.

Bəlkə yalağında yalın var artıq
Qarnını dəlməsin bu halal çörək.
Quduran gedəmməz qırx gündən artıq
Bu dərin hikməti duyasan gərək.

Gərək duyasan ki,haq var nahaq var,
Günəşdən utan sən,aydan utan sən.
Məndə dostluq adlı nurlu çıraq var,
Dostundan umduğun paydan utan sən.

İçini qurd kimi yeyər bu dərd-qəm
Geç deyil,noxtala tərs inadını,
Ölüm xilas edər səni bu dərddən
Ölüm tarixlərdən silər adını.

Özgə qapısında quyruq bulamaq,
Qanında,canında yurd-yuva salıb.
Çınqıl bayquşu tək hərdən ulamaq,
Sənə güvəndiyin keşişdən qalıb.

Bir bədən,bir candır bizim Qarabağ
De,hardan yarandı səndə bu arzu
Zatın qırıqmış,ay peləqulaq,
Sənə haram olsun o hava,o su.

Qayıt cızığına hələ geç deyil.
Bir damcı qan görsən ürəyin gedər
Özgə yalağına sən azca əyil,
Əyilmək dostluğa xəyanət edər

Öyünmək lazım,özün görmürsən,
Mənim mərdliyimi,mətanətimi
Sən çoxdan fürsəti əldən vermisən ,
Döndərə bilməzsən dəyanətimi.

qanla döyünür sinəndə ürək,
Əqidən,məramın dəhşət imiş
Sənə haram olsun o duz,o çörək,
Sənin dostluğun da xəyanət imiş.

             Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri