Şairlə görüş


Şairlə görüş


Bu günlərdə tanınmış şair, dramaturq və publisist Əvəz Mahmud Lələdağla Qaradağ rayon Qızıldaş qəsəbəsi Azər Namazov adına 180 saylı orta məktəbdə şagirdlərin, əllimlərin, valideynlərin iştirakı ilə görüş keçirilmişdi. Yığıncağı giriş sözü ilə açan məktəbin direktoru Zöhrə Qədirova qonaqları salamladı və Əvəz Lələdağ poeziyasının qüdrətindən danışdı. Məktəb həmkərlar təşkilatının sədri Ümid Əmrahov Əvəz Lələdağ poeziyasının məna çalarlarından elə yanğı ilə danışdı ki, zalda əyləşənləri riqqətə gətirdi. Şagirdlərin ifasında səslənən şeirlər Əvəz Lələdağ yaradıcılığının səmimiyyətindən, klassik poeziyamızın qaynaqlarından bəhrələnməsindən xəbər verdi. Görüşdə istedadlı qələm sahibi R. Abdalova da iştirak edirdi. Sonda Əvəz Lələdağ görüşü təşkil edənlərə minnətdarlığını bildirdi və təzə yazdığı şeirlərini oxudu, şagirdləri maraqlandıran suallara cavab verdi.



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri