Əsrin fenomeni
Əsrin fenomeni
Məmləkətimiz fəlakət burulğanında
boğulduğu bir zamanda bacarıqlı sərkərdə müdrik rəhbər, dünya görmüş ağsaqqal H. Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi. Onun gəlişi ilə respublikada
həm daxili, həm də xarici siyasətdə bir saflaşma, paklaşma, təmizlənmə duyuldu, siyasi iqlim əsaslı dəyişdi, qanun mexanizmi işlədi. Daxildəki didişmələrə, hakimiyyət davasına, özbaşınalığa, qanunsuz silah saxlamalara, uşaq oğurluğuna
son qoyuldu, respublikada
siyasi sabitlik yarandı. Əhali vahimədən, hədədən-qorxudan
xilas oldu, rahat nəfəs aldı. Nəhayət, insanların
huququnu müdafiə edən tapıldı, ölkənin əhalisi özünə gəldi. Saz tutub söz qoşdu:
Qoca Şərqin Günəşisən, Ayısan,
Bu millətin tale verən payısan,
Sərkərdəsən, dahilərin tayısan.
Xudam səni hifz eləsin xəbisdən
Sən gələli səngiyibdi duman, çən.
Bu yaş nədir ömür çatdır yüzə sən.
Bu hörmətə, bu qeyrətə yüz əhsən,
Dar ayaqda yaman çatdın bizə sən,
Qarşıdurma götürüldü aradan,
Səni bizə çox görməsin yaradan.
Sənsiz bağa çəyirtgələr darışdı,
Halal, haram, günah, savab qarışdı,
Ömür yolun dərə keçdi, dağ aşdı,
Sərt yoxuşda qatlanmadı dizlərin,
Daim güldü uzaqgörən gözlərin.
Ulu tanrı hər an sizə yar olsun,
Dostun gülsün, düşmənlərin xar
olsun.
Vaqqıldayan bayquşlara ar olsun,
Varı, yoxu əlimizdən aldılar,
El obanı yaman günə saldılar.
Heydər baba, köhlənini sür öndə,
Qayğılıdır indi dövran sürən də.
Nənəm sizi ekranlarda görəndə,
Yazıq qarı üzərrik, duz yandırır,
Neçə-neçə bədnəzər göz yandırır.
Yurdumuzun nicat yolu səndədir,
Görən gözü, vuran qolu səndədir.
Ərşi, gürşü, sağı, solu səndədir.
Yağılara vahiməsən, hədəsən,
Ata sənsən, baba sənsən, dədə sən.
Heydər baba dünya alış-verişdi,
Təhlükəni sovuşdurmaq zor işdi,
Məqam çatdı xeyirlə şər görüşdü
Neyləməli zaman cəllad olubdu,
Yağı düşmən qəsdimizə dolubdu.
Heydər baba, Əvəz gəldi özünə,
Haqq oyandı, bəxti güldü üzünə
O, inanır ağsaqqalın sözünə.
Allah, qaytar itib batan inamı,
Naxələflər ucuz satan inamı.
Ayrı-ayrı bölgələrdə başlanan xoşagəlməz hadisələr, dəstəbazların amansızlığı, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönəldilən xəyanət, respublikanı parçalamaq, prezidentin həyatına qəsd cəhdləri baş tutmadı, ölkə dəhşətli təhlükədən sovuşdu. Xalq öz xilaskarına inandı, onun çağırışına gəldi, torpağa, millətə xəyanət edənlər elin qəzəbinə, nifrətinə düçar oldular, ifşa edildilər. Xalq çörək itirənlərə, böyüklüyə asi çıxanlara nifrət duası oxudu.
Kimə tuşlamısan sən bu silahı,
Qardaş da qardaşa güllə atarmı?
Yerdə Ağsaqqalı, göydə Allahı,
Müqəddəs saymayan əhdə çatarmı?
Xalq üzünü haqqa tutdu, şükür elədi, vətənə göz aydınlığı
verdi.
Ana Vətən nə yaxşı
ki,
İgid, cəsur övladın
var.
Uzaq görən, yol
göstərən,
Sərkərdən var,
ustadın var.
Gərək onu hamı
duya,
O, dayaqdır, el-obaya
Odur bizə hörmət tacı,
Odur bizə qeyrət tacı.
O yaşadır ana yurdu.
Yağıların qarşısında
Əyilmədi, məğrur durdu.
Dağılmış dünyamızı
Özü tikdi, özü qurdu
Yurdumuzun igid oğlu,
İnamlıdır qələbəyə,
Çətinliyə sinə gərir-
Azərbaycan gülsün deyə.
Alqış, əhsən bu qeyrətə,
Bu inama, bu ülfətə
Torpaqların xilasına
Haraylayır bizi, qardaş!
Yolumuza nur çiləyir,
Onun nurlu gözü, qardaş
Namərd addım ata bilməz,
Nadan eli sata bilməz,
Kimsə ara qata bilməz,
Sərkərdəmiz olan yerdə.
Haqqın səsi bata bilməz,
Sərkərdəmiz olan yerdə.
Möhtərəm prezidentimizin xarici siyasət sahəsində böyük uğurları var. Onun Amerikaya, Çinə, Fransaya, Rusiyaya, Yaponyaya, İngiltərəyə, Danimarkaya, Pakistana, Ukraynaya, Qazaxıstana, Özbəkistana, Türkiyəyə, İspanyaya və başqa ölkələrə etdiyi səfərlər zamanı həmin ölkələrin dövlət başçıları onun geniş dünya görüşünə, dərin biliyinə, möhkəm yaddaşına heyran olurlar. Özbəkistanın prezidenti
İ. Kərimovun «Prezidenti
Heydər Əliyev olan xalq xoşbəxt xalqdır». deməsi buna canlı sübutdur.
ABŞ prezidenti
B. Klintonun H. Əliyev barədə söylədiyi fikrilər çoxlarını təsirləndirmişdir.
«H. Əliyev çox böyük dahi siyasətçidir. Azərbaycana
belə adamlar çox lazımdır. Onda Azərbaycan
dah sürətlə inkişaf edər və daha güclü olar. H. Əliyevin gördüyü işlər Azərbaycanın çiçəklənməsinə, inkişaf etmiş bir dövlətə çevrilməsinə çox böyük fayda verəcək».
Möhtərəm Prezidentimiz H. Əliyev haqqında düşünərkən fikrimin fonunda çox əzəmətli və məğrur bir sima, incə, həssas, həm də son dərəcə qüdrətli bir istedad canlanır. H. Əliyev bu zirvəyə çatana qədər mürəkkəb həyat yolu keçmiş, ağır və böhranlı bir təkamül dövrü yaşamışdır.
Mən H. Əliyevə başqa bir prizmadan baxmaq istəyirəm. Bu gün respublikadakı siyasi sabitliyi görməyən, iqtisadiyyatdakı dirçəlişi hiss etməyən, əldə edilmiş atəşkəsi alqışlamayan,
iqtisadi islahatları qəbul etməyən, dövlətçiliyimizin möhkəmlənməsini duymayan, əsas qanunumuzu, ilk demokratik
konstitusiyamızı, parlamentimizi təsdiqləməyən,
hər yeni uğura, şad xəbərə ağız büzən adamın ürəyi sönük, gözü kor, qulağı kar, mənəviyyatı
dayazdır.
Prezidentimizdə güclü müşahidə qabiliyyəti var. Bəzən başqaları üçün xırda, əhəmiyyətsiz
sayılan məqamlar onun gözündən yayınmır.
İntuisiya və fəhm. Bu da müdriklərə
xas olan ən gözəl xüsusiyyətdir. Daxili inam və fəhm ən böyük siyasətçiləri heyran qoyan addımı atmaqda ona kömək edir. Onun gözəl təhlil etmək qabiliyyəti var. Bu yaxınlarda xalq şairi B. Vahabzadənin «Hara gedir bu dünya?» əsərinin ilk tamaşasına
baxdıqdan sonra əsəri bir ədəbiyyatşünas,
teatrşünas kimi təhlil etməsi şəxsən məni heyran etdi. Siyasi tərəfdən çıxardığı nəticələr baş verəcək bəlaların qarşısını almaqda, hadisəni düzgün istiqamətləndirməkdə imkan verir.
Adaptasiya. Hansı mühitə düşürsə ətrafdakılarla xoş münasibət yaratmağı bacarır. Böyüklə böyük, kiçiklə kiçik rəftar edir.
Diplomatiya. Bircə onu demək kifayətdir ki, dünya diplomatları XX əsrin ən böyük şəxsiyyətləri, siyasi xadimləri Heydər Əliyev diplomatiyasına heyran olurlar. Bax, elə Türkiyə respublikasının bütün dünyada məşhur olan «Nərgiz TV» kanalının keçirdiyi rəy sorğusu nəticəsində toplanan 59413 səslə ilin ən görkəmli siyasətçisi, diplomatı adına bizim möhtərəm prezidentimiz Heydər Əliyev cənabları layiq görüldü.
Daxili mədəniyyət. Yüksək mədəniyyəti, əsl azərbaycanlı
kişisinə xas olan ağayanalığı, beynəlxalq etnik qaydaların incəliklərini bilməsi onu başqalarından fərqləndirir.
Özünənəzarət. Ən çətin anlarda özünü itirmir, hiss və həyəcanlarını daxildə boğmağı bacarır, arzusuna, məqsədinə nail olmaq üçün dünyanın bütün sirlərinə vaqif olan dörd şeyə arxalanır. Hikmət, ağıl, təmkin və ədalət.
Son illərdə amnistiya haqqındakı verdiyi yadda qalan ədalətli fərmanlar humanist bir insanın dərin zəkasının bəhrəsidir. Güclü yaddaşı var. O, 30-35 il əvvəl baş verən hadisələri, əmək adamlarına, elm xadimlərinə, mədəniyyət işçilərinə, yazıçılara, şairlərə göstərdiyi qayğıları bu gün də çox dəqiq bilir, ayı, günü belə yadından çıxarmır. Hətta toplantılarda məruzə edən şəxslər rəqəmləri yanlış deyəndə onun səhvlərini dərhal düzəldir. Biz bu gözəl keyfiyyətin hər gün şahidi və iştirakçısı
oluruq. Baxışları və nitqi maqnetizmi ilə insanları özünə cəlb edə bilir. Onun gözlərinə baxan yalan danışa bilməz. Qədim tarixə malik olan gözəl adət-ənənələrimizi dərindən bilməsi də təqdirəlayiqdir.
Heydər Əliyevin bir Vətəni var-Azərbaycan! Onun dediklərini
poeziya sığalına gətirsəm.
-Hara getsəm, harda olsam,
Əl çatmayan, ün yetməyən
Bir qalada darda olsam
Sənsən canım mənim, Azərbaycan!
-deyir.
Müdrik el ağsaqqalıdır.
O, Vətənini, torpağını sağlam ehtirasla sevdiyi kimi millətini də, dilini də, dinini də ürəkdən sevir. «Ölsəm xalqımla birlikdə öləcəm, Yaşasam xalqımla birlikdə yaşayacam» deyir.
Qaçıb yad ölkələrdə baş girələyənlərə nifrət edir. O, müdrik bir ağsaqqal təmkini ilə insanları birliyə, mehribançılığa sövq edir.
Heydər Əliyev bəşəriyyətə
nicat yolu göstərməyə
qadir
olan sərkərdədir. O, qəlbində yaşatdığı arzularla, gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alır.
Böyük zəka, düha, kamal sahibi olan Heydər Əliyev mövcud aləmdəki ziddiyyətləri, haqsızlığı
və zülmü aradan qaldırmağa can atır, nahaq qanların tökülməsini, yurd-yuva dağılmasını istəmir.
XX əsrin yeganə şəxsiyyətidir. Ona görə də o, nəinki ilin adamı, hətta əsrin adamı adına layiqdir. Əsrin fenomenidir. Əminəm ki, əgər belə bir rəy sorğusu bütün dünyada keçirilsə, bizim hörmətli prezidentimiz yenə ən yüksək ada layiq görüləcək.
Artıq
respublikamızda hər bir şey öz məcrasına düşüb. İndi yaratmaq, qurmaq lazımdır.
Adam fikirləşəndə ki, birdən hakimiyyətə H. Əliyev gəlməsəydi, nə olardı? Dəhşətə
gəlirsən.
Daş-daş üstə qalmaz idi,
Heydər baba gəlməsəydi.
Ölkə azad olmaz idi,
Heydər baba gəlməsəydi.
İş qalmışdı gör nə yerə,
«Nər» olmuşdu bir heyvərə.
Bölünürdük neçə yerə
Heydər baba gəlməsəydi.
Bakı burda boğulurdu,
Gəncə orda dağılırdı.
Millət cana yığılırdı,
Heydər baba gəlməsəydi.
Azərbaycan, ana yurdum,
Yurd-yuvamı səndə qurdum.
Yaranmazdı Milli Ordum,
Heydər baba gəlməsəydi.
Bağa «cırlar» gətirirdik,
Hayla-küylə bitiridik.
Qibləmizi itirirdik,
Heydər baba gəlməsəydi.
Azərbaycanın
hər binasında əlinin hərarəti, hər ağacın böyüməsində əməyi olan, hər mütəxəsisin
ərsəyə çatmasında böyük zəhmət çəkən millətin gələcəyini irəlicədən düşünən, C.
Naxçıvanski adına hərbi məktəbin açılmasında can qoyan, hər il 800-dən çox gənci
Rusiyanın ayrı-ayrı ali məktəblərinə göndərən, xalq üçün ağılasığmaz dərəcədə işlər
görən bir şəxsi nüfuzdan salmağa can atanlar qədir-qiymət bilməyənlərdir. Xalqın
yarasına məlhəm qoyan, millətin yanında alnı açıq, üzü ağ başı uca olan, el arasında,
bütün dünyada sayılıb-seçilən siyasət peyğəmbərinin, müdrik el ağsaqqalının üzünə
ağ olmaq bağışlanılmayan günah, keçilməyən təqsirdir.
Torpaqları
satan ordunu başsız ordunu başsız qoyub qaçan bacarıqsız «sərkərdələr»ə xalq öz xilaskarını, rəhbərini göstərib dedi:-Buyurun
öyrənin!
Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə dahi olsa,
Verərmi ordu bada?
İnanıram ki, hörmətli ali baş komandan, mahir sərkərdə heç vaxt ordunu bada verməyəcək. Bunu ordumuzun formalaşması
da bir daha sübut edir. Tez-tez cəbhə bölgələrində oluram. Respublikanın elə bir qaynar nöqtəsi olmayıb ki, ora getməmiş olum. Cəsarətlə deyə bilirəm ki, əvvəlki ordu quruculuğu
ilə bu günkü ordu quruculuğu arasında ağla gəlməz dərəcədə fərq var. Qanun-qayda, nizam-intizam, Vətənə məhəbbət, torpağa sevgi, düşmənə nifrət hissi çox yüksək səviyyədədir.
Ana Vətən, sevin ki, sən
Cəsarətli milli ordun,
Artıq minib səməndinə
Bir gün gələr,
Pir gün gələr.
Düşmən düşər kəməndinə,
Torpağımız azad olar,
Yurd-yuvamız abad olar.
Üz tutarıq o dağlara
Durna gözlü bulaqlara…
Möhtərəm
prezidentimiz H. Əliyev ömrünün 75-ci baharını yaşayır. Ürəyimdə bəslədiyim misralar
ağ varaqlara düzülür.
Karvanını çəkib
getdi,
yetmiş beş il
Gəncliyinin baxçasından
budaq-budaq
Yarpaqları töküb getdi
yetmiş beş il
Məhəbbətin sarayını
kərpic-kərpic,
Möhrə-möhrə söküb getdi
yetmiş beş il
Saçlarına öz əliylə
Qar çiçəyi əkib getdi
yetmiş beş il
Bu illərdə nələr çəkib
başın sənin.
Nankor əllə düyün düşüb
Arzun sənin, əhdin sənin,
işin sənin.
Sərt ayların, nəs illərin
Caynağından saldırmısan
gəncliyini.
Güllələrin yağışından
Qorumusan ilk eşqini,
dincliyini.
Dərd sajında cız-bız kimi
qovrulmusan.
Ələk-ələk ələnmisən,
Üflənmisən, sovrulmusan.
Qılıncını ovxarlayıb,
Hücum edib namərd sənə.
Fəlakətlər pəncəsindən,
Mərd çıxmısan dönə-dönə.
Belə-belə ömür keçib
Yaş üstünə yaş gəlibdir.
Payız çıxıb, qış gəlibdir,
Yaz gəlibdir, yay gəlibdir.
Sətir-sətir, pillə-pillə
Həftə gedib, ay gəlibdir,
Hay- haraylar qucağında
Misqal-misqal, qəlpə-qəlpə
əriyibdir yetmiş beş il
Biləyindən yapışıbdır
Öz biliyin, öz istəyin, saf əməlin
Sədaqətli insansan sən,
Zirvəsində qartal gəzən,
Buz suları diş göynədən
Yaylağına karvan-karvan
elim köçən
Dərəsində yarpız bitən,
Qayasında min əfsanə,
nağıl yatan
Dağlar sənə arxa olub,
kömək olub.
Səni dağla qovuşduran,
Zəhmət olub, qeyrət olub,
əmək olub.
Sıldırımlı cığırlardan
keçə-keçə.
Ağarıbdır başın sənin,
Tanrı sənə dayaq olsun,
Mübarəkdir, yaşın sənin!
Комментарии
Отправить комментарий