Gəlsin


Gəlsin

Zəhmət mənim hünər tacım,
Hünər tacı qoyan gəlsin.
İş insanın cövhəridir,
Mənasını duyan gəlsin.

Qanad verir əmək mənə,
Saf arzu, xoş dilək mənə.
Eldən gəlir kömək mənə,
Sinəsinə döyən gəlsin.

Xoşum gəlir xoş avazdan,
Faraş gələn güllü yazdan.
Ələsgərdən, telli sazdan,
Məhəbbətlə deyən gəlsin.

İlhamımı eldən aldım,
Fərhad kimi külüng çaldım
Qazancımla süfrə saldım,
Halal çörək yeyən gəlsin.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri