Sən məndən can istə…


Sən məndən can istə

Qoynunda and içdim, sədaqət andı,
Könlümün hər gşəsi bir cənnət andı.
Eşqimin şamları əlinlə yandı,
Gül açdı xoş arzum, diləyim, Vətən.

Ulduzu sayrışan göyün var sənin,
Yaxşıdan savayı nəyin var sənin.
Handa bərabərin, tayın var sənin,
Sinənə söykənib kürəyim, Vətən.

Sən məndən can istə, verim can sənə
Əvəz dönük çıxmaz heç zaman sənə.
A mehriban ana, mən qurban sənə,
Sənsiz buza dönər ürəyim, Vətən.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri